Sarabəyim Mansurova
Assistent
Sarabəyim Mansurova

Bioqrafiya

Doktor Sarabəyim Mansurova 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.1986-1990-cı illərdə həmin institutun I-uşaq xəstə-likləri kafedrasında klinik ordinator,1990-1991-ci illərdə baş laborant işləmiş,1991-1994-cü illərdə aspirant olmuşdur.1994-cü ildən həmin kafedrada assistent,2004-2017-ci illərdə həm də tədris işləri üzrə müdir müavini işləmişdir.2017-ci ildən II-ci uşaq xəstəlikləri kafedrasında assistent vəzifəsində çalışır.40-dan çox elmi işləri (səmərələşdirici təklif, məqalə,tezis)dərc olunub,bir çox yerli və xarici konfranslarda iştirak edib. İşlədiyi müddətdə S.Mansurova kafedranın tədris,tədrismetodik,elmi tədqiqat işlərinə,səhiyyə orqanlarına kömək etmişdir.Doktor S.Mansurova işlədiyi müddətdə özünü əməksevər,təşəbbüskar,təşkilatçı bir işçi və intizamlı müəllim kimitanıtmışdır.

Təhsil

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutu 1980 –1986

N.Nərimanov adına Azərbaycan Tibb institutu, klinik ordinatura 1986-1990

Akademik fəaliyyət

Azərbaycan dövlət Tibb institutu 1990-1991 baş laborant

Azərbaycan Dövlət Tibb institutu 1991-1994 aspirant

Azərbaycan Tibb Universiteti 1994 -hal Hazıradək Assistent

Peşə və pedaqoji inkişaf

Ə.Əliyev adına ADHTİ 2022

Ə.Əliyev adına  ADHTİ 2023

Pedaqoji peşəkarlığın inkişafı  - Azərbaycan Tibb Universiteti 2023

Pediatriyada respirator tibb üzrə beynəlxalq maarifləndirici konsensus,Kaluqa ş,Rusiya 2019.

Pediatriyanın aktual Problemləri III -beynəlxalq elmi-praktiki konfrans ,Daşkənd ş,Özbəkistan2024.

Uşaq həkimlərinin XI Avrasiya konqresi ,Bakı,Azərbaycan,2024

Azərbaycan -Türkiyə allerqoloqlarının 1-ci Beynəlxalq konfransı,Bakı,Azərbaycan,2024.

Məqalə

Timomeqaliyalı körpələrdə sepsis xəstəliyi zamanı immun sistemin səciyyəvi xüsusiyyətləri. Sağlamlıq Bakı 1997 №4 s.22 – 25.

Üzv olduğu qurum

Azərbaycan Pediatrlar Assosiasiyasının İB -nin idarə heyətinin üzvü