Bioqrafiya
Dr. Məmmədova Naibə 1982-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya Fakultəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra Bakı şəhər Ə.Qarayev adına 2 saylı klinik Uşaq xəstəxanasında pediatriya üzrə internatura keçib. 1984-1986-cı illərdə Abşeron rayonu Hökməli qəsəbəsində sahə pediatrı işləyib.
1987-1990-cı illərdə Elmi Tədqiqat Pediatriya İnstitutunda aspirantura təhsili alıb. 1990-1993-cü illərdə həmin İnstitutda kiçik elmi işçi kimi işləmişdir. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Neonatologiya Kafedrasına assistent vəzifəsinə keçmişdir.
2018-ci ildə 6 saylı Uşaq Klinik Xəstəxanasına baş həkim, 2021-ci ildə K.Fərəcova adına ET.Pediatriya İnstitutunun direktor müavini, 2023-cü ildə Nərimanov Tibb Mərkəzində direktor müavini vəzifələrində çalışmışdır. 2023-cü ildən ATU-in 2-ci Uşaq Xəstəlikləri Kafedrasında assistent vəzifəsində çalışır.
Çalışdığı müddətdə N.Məmmədova kafedranın tədris-metodik, elmi-tədqiqat işlərində aktiv fəaliyyət göstərmişdir. 75 elmi işi, məqalə və tezisi skopus materiallarında dərc olunmuşdur. Bir neçə beynəlxalq, yerli və xarici konfranslarda mühazirələrdə çıxış etmişdir. Dr. N.Məmmədova işlədiyi müddətdə özünü əməksəvər, təşəbbüskar, təşkilatçı bir işçi və intizamlı əməkdaş kimi tanıtmışdır.
Təhsil
N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakultəsi (1976-1982)
Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında Pediatriya ixtisası üzrə İnternatura (1982-1983)
Akademik fəaliyyət
K.Fərəcova adına ET. Pediatriya İnstitutu, Elm bölməsi, Aspirantura (1987)
Azərbaycan Tibb Universiteti (1993 - hal-hazıradək)
Peşə və pedaqoji inkişaf
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (2021)
Azərbaycan Tibb Universiteti Pedaqoji Peşəkarlığın inkişafı təlimi (2024)
VIII Beynəlxalq Ege Konfransı, 23-25 sentyabr, 2023, İzmir, Türkiyə
Kitab
Neonatologiya (dərslik), 2007
Məqalə
Vaxtından əvvəl doğulanlarda nekrotik enterokolitin erkən diaqnostikası və proqnozlaşdırılmasında biomarkerlərin rolu/ Azərbaycan Təbabətinin müasir nailiyyətləri. N1, 2022. S 177-181/ https://maamjournal.az/download/dost_n1_2022.pdf
Məqalə
The role of single immunoglobulin interleukin-1-related receptor in formation of necrotizing enterocolitis in infants with intrauterine infection. World journal of advanced pharmaceutical and life sciences. Onlayn jurnal/2023 (Thomson Routers)
Məqalə
SIGIRR gene profile in infants with necrotizing enterocolitis and intrauterine infection. British journal of medical and health sciences. Vol5 İssue 9, 2023
Məqalə
Bətndaxili infeksiyası olan körpələrdə nekrotik enterokolitin formalaşmasında SİGİRR genlərinin rolu. Azərbaycan perinatologiya və pediatriya jurnalı. Vol 9, N2,2023, s 8-15
Tibb üzrə fəlsəfə doktoru
Tibb üzrə fəlsəfə doktoru