Bioqrafiya
Dosent Ülviyə Hacıyeva 1988-ci ildə orta məktəbi qızıl medalla bitirmiş və həmin il N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakultəsinə daxil olmuşdur . 1994 cü ildə ATU nu fərqlənmə diplomu ilə bitirmiş və Elmi Şuranın qərarı ilə kliniki ordinatura kursunu keçmək üçün ATU-nun I Uşaq xəstəlikləri kafedrasında saxlanılmışdır. 1996-1999-cu illərdə həmin kafedranın baş laborantı, 2000-ci ildən assistenti olmuşdur. 2010-cu ildə “Uşaqlarda difteriyanın müasir gedişi zamanı miokardın funksional vəziyyəti” mövzusunda namizədlik dissertasiyasını mudafiə etmiş və tibb elmləri namizədi adı almağa layiq görülmüşdür.2018 ci ildən II Uşaq xəstəlikləri kafedrasının dosentidir. Hal-hazırda ATU-nun Tədris Terapevtik Klinikasının «Uşaq sağlamlıq və xəstəlikləri» şöbəsində çalışır.
Calışdığı müddətdə Dosent Ülviyə Hacıyeva kafedrada müalicə, tədris-metodik, elmi-tədqiqat işləri ilə məşğul olur.Mütamadi olaraq ölkəmizdə və xaricdə keçirilən beynəlxalq konqreslərdə məruzələrlə çıxış edir. Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərmişdir. Azərbaycan,rus,ingilis dillərini mükəmməl bilir, hər 3 dildə mühazirələr oxuyur.
O, eyni zamanda ATU-nun Beynəlxalq Əlaqələr şöbəsinin kafedra üzrə koordinatorudur.Yerli və xarici elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin,dərsliyin müəllifidir.Dosent Ülviyə Hacıyeva işlədiyi müddətdə özünü peşəkar həkim, əməksevər, təşəbbüskar bir işci və intizamlı müəllim kimi tanıtmışdır.
Akademik fəaliyyət
Baş laborant - Azərbaycan Tibb Universiteti / 1996-1999
Assistent - Azərbaycan Tibb Universiteti / 2000-2018
Dosent - Azərbaycan Tibb Universiteti / 2018 - hal-hazıradək
Təhsil
Pediatriya fakültэsi - Azərbaycan Tibb Universiteti / 1988—1994
Kliniki ordinatura - Azərbaycan Tibb Universiteti / 1994-1996
Peşə və pedaqoji inkişaf
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu / 2023
COVİD-19 və immunizasiya: Şərqi Avropada səhiyyə işçilərinin üzləşdiyi problemlər 2021
Uşaqlarda Covid-19 ürək-damar sistemi beynəlxalq iştirakla Rusiya Pediatrlarının XXIII Konqresi “Pediatriyanın aktual problemləri”. Moskva. 2021
Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının 1-ci Konqresi, Moskva, Covid-dən sonrakı dövrdə uşaqlarda ürəkdəki dəyişikliklər. 2022
Postcovid dövrdə uşaqlarda tranzitor miokard işemiyasının diaqnostikasında Holter tədqiqatının effektivliyi və zəruriliyi Beynəlxalq iştirakla Rusiya Pediatrlarının XXIV Konqresi Moskva. 2023
Uşaqlarda postkovid dövrdə ürəkdə olan dəyişikliklərin dinamikada səciyyəsi: Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci Milli qurultayı 2023
Uşaqlarda öskürək. Simptomdan xəstəliyin diaqnozuna doğru Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci Milli qurultayı, Bakı 2023
Postcovid dövrdə ürək ağrısı olan uşaqlarda kardial dəyişikliklərin identifikasiyasında Holter EKQ aparılmasının əhəmiyyəti
Витамин Д ;Важная роль в здоровье подростков. III Конгресс педиатров Восточной Европы и Центральной Азии, Moskva 1-3 mart 2024 (çıxış)
Transient hypoxia of myocardium in children during Long-covid. 11 Europediatrics Congress. Turkiyə Bələk. 17 aprel 2024(çıxış)
İmportance of anti measles İg M in the diagnostics of Measles. 11 Europediatrics Congress. Turkiyə Bələk. 17 aprel 2024(çıxış)
Kitab
Uşaq xəstəlikləri (I hissə) Bakı «MSV NƏŞR»2022452 səh. (682.514 simvol)
Fəsil
II fəsil - səh.96-138
III fəsil - səh.139-182
IV fəsil - səh.183-281
Ümumi həcmi: 274,03 simvol
Məqalə
Uşaqlarda sol mədəciyin qeyri-kompakt miokardı nadir kardiomiopatiyalardandır Azərbaycan Tibb Jurnalı, AR SN V.Y.Axundov adına elmi-tədqiqat tibbi profilaktika institutunun elmi əsərləri X cild. Bakı, 2017, № 1. Səh. 109-113 , ISSN 0005-2523.
Uşaqlarda idiopatik hipertrofik kardiomiopatiyalar zamanı ürəyin remodelləşməsində matriks metalproteinazaların rolu. Sağlamlıq jurnalı, Bakı,2017. № 4 ISBN 5-8035-0168-9
Uşaqlarda idiopatik hipertrofik kardiomiopatiyalar zamanı matriks metalproteinazaların dəyişiklikləri. Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı, 2017. № 3 .Səh.231-232 ISSN 2073-2651
Hipermobilliyi olan uşaqlarda sol mədəciyin diastolik disfunksiyası Azərbaycan Pediatrik Jurnalı, 2023. № 1
Həkim pediatrın təcrübəsində probiotiklərin rolu Azərbaycn Pediatrik Jurnalı, 2023
Məqalə
Третий этический комментарий к COVID-19 (2 года спустя): вакцинация, солидарность и доверие (обзор) Журнал «Инфекция и иммунитет» 2022, Tom 12 № 2 , Səh. 222-238