Bioqrafiya

Cəfərova Aytən Olman qızı 2010-cu ildə Azərbaycan Tibb Universiteti Pediatriya fakültəsinin məzunu olmuşdur. 2010-2011-ci illərdə 6 saylı Uşaq Klinik Xəstəxanasında pediatriya üzrə internatura keçmişdir. 2012-ci il 11 noyabr tarixində Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasına baş laborant təyin olunmuşdur. 23.09.2024-cü il tarixindən hal – hazıra qədər assistent vəzifəsində çalışır. 2023-cü ildə  tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13.06.2024 – cü il tarixli qərarı ilə  tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Kafedrada çalışdığı müddətdə A.Cəfərova kafedranın tədris və elmi-tədqiqat işlərində aktiv fəaliyyət göstərmişdir. 20 elmi işi (məqalə və  tezis)  elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş, bir neçə yerli və beynəlxalq konfranslarda  məruzələrlə çıxış etmişdir. 19.10.2024-cü il tarixindən TƏBİB Tibbi tədqiqatlar Etik Komissiyasının üzvüdür. İşlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, məsuliyyətli bir işci və intizamlı əməkdaş kimi tanıtmışdır.

Akademik fəaliyyət

Assistent / Azərbaycan Tibb Universiteti   2024–cü ildən hal-hazıradək

Baş laborant / Azərbaycan Tibb Universiteti  2012-2024

 

Təhsil

Azərbaycan Tibb Universiteti Pediatriya fakültəsi 2004-2010

6 saylı Uşaq Klinik Xəstəxanasında pediatriya üzrə internatura 2010-2011

Peşə və pedaqoji inkişaf

1.Türkiyə Cumhuriyyəti İzmir şəhəri Ege Universiteti, “Çocuk İmmunolojisi ve Allerji Hastalıkları” bölümündə kurs. 21.07-21.08.2018

2.RUDN Tibb Universitetinin Davamlı Təhsil Mərkəzinin "Tənəffüs xəstəliklərinin qarşısının alınması, diaqnostikası və müalicəsinin müasir aspektləri" adlı tibbi professionalların təlimi. ATU, Tədris – Terapevtik klinika. 19.10-20.10.2021

3.Master – klass “Allerqoloji xəstəliklərin müalicəsində fərdi yanaşma” kursu. ATU, Tədris – Terapevtik klinika. 5 noyabr 2022-ci il

4.“Pediatrik tənəffüs yolu problemləri və mexaniki ventilyasiya” kursu. Fairmont otel, Flame Towers, Bakı. 22 dekabr 2022-ci il.

5.“Pediatrik dermatologiya” kursu. Hilton otel, Bakı. 12 dekabr 2024-cü il.

6.Tibb və sağlamlıq elmləri təhsili kafedrasında “Pedaqoji Peşəkarlığın inkişafı” təlim. 25 noyabr – 3 dekabr 2024 – cü il.

Məqalə

Роль витамина Д в патогенезе заболеваний бронхо-легочной системы. “Azərbaycan Allerqologiya və Klinik İmmunologiya” jurnalı. Bakı. 2016. Cild 4; №2. səh. 38 – 43. A.A.Eyyubova, H.H.Qabulov, N.H.Sultanova, A.O.Cəfərova.

Uşaqlarda bronxial astma və vitamin D: suala müasir yanaşma. “Azərbaycan Allerqologiya və Klinik İmmunologiya” jurnalı.  Bakı. 2017. Cild 5; №2. səh.28 – 34 N.H.Sultanova, L.İ.Allahverdiyeva, A.O. Cəfərova.

Məqalə

Иммунокорригирующий эффект витамина D у больных бронхиальной астмой. Медицинские новости. Белорус, г. Минск. 2018. 11 ноябрь. səh. 54 – 56. N.H.Sultanova L.İ.Allahverdiyeva, A.O. Cəfərova.


orcid DOI

Məqalə

Влияние фармакологической коррекции  витамином D на цитокиновый       ответ  у детей с атопической бронхиальной астмой. Казанский Медицинский Журнал., г. Казань, Российская Федерация. 2019. №1. səh. 135 – 139. L.İ.Allahverdiyeva, N.H.Sultanova, A.O. Cəfərova.


orcid DOI

Məqalə

Atopik forma bronxial astma xəstəliyi və vitamin  D-nin çatişmazlığı olan uşaqlarda  immun sistemin vəziyyətinin qiymətləndirilməsi və korreksiyasi. Sağlamlıq jurnalı. 2019. № 1, səh. 117. A.O.Cəfərova.


orcid DOI

Məqalə

Atopik forma bronxial astma olan uşaqlarda vitamin D-nin  səviyyəsi və onun korreksiyası. “Azərbaycanın Təbabətinin müasir nailiyyətləri” jurnalı. 2018. № 4. səh. 107-110. A.O.Cəfərova.


orcid DOI

Məqalə

Atopik  forma    bronxıal  astmalı uşaqlarda  sitokin göstəriciləri  ilə D vitaminin göstəricisi  arasında korrelyasion   əlaqənin   xarakteristikası. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. 2022. cild 4, № 1-2, səh. 58-61. N.H.Sultanova, A.O. Cəfərova. 

 


orcid DOI

Üzv olduğu qurum

1.Qərbi Azərbaycan İcmasının üzvü

2.TƏBİB Tibbi tədqiqatlar Etik Komissiyasının üzvü

3.“Azərbaycan Allerqolologiya, immunologiya cəmiyyəti”nin üzvü

4.“Azərbaycan Pediatriya Cəmiyyətinin” üzvü

5.“AHEF Akademiya dərnəyi”- nin (Türkiyə) üzvü

6.“Allergiya, Astma, İmmunologiya Platforması” – nın (Türkiyə) üzvü

7.“Avropa akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin”- nin  üzvü ( junior membership No: 25696).

8.Dünya Pediatriya  Cəmiyyətinin üzvü

9.Avropa Pediatriya Cəmiyyətinin üzvü

10.Türk Dünyası Milli Pediatriya Cəmiyyətləri Birliyinin üzvü