Bioqrafiya
Əlibəyova Nigar 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakultəsini bitirmişdir. 1985-1986-cı illərdə «6 saylı Uşaq Klinik Xəstəxanasında» internatura keçmişdir.
1986-1988 illərdə təyinatla Sumqayit şəhərinin Birləşmiş Uşaq Xəstəxana- sında həkim-allerqoloq işləmişdir.
1988-1991-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun « II uşaq xəstəlikləri» kafedrasının əyani aspiranturasına daxil olmuşdur. 1990 ildə “3-metoksi benzoat flüoresan zondunun erkən yaşlı uşaqlarda bronxial obstruksiyanın müxtəlif formalarının differensial diaqnostikası üçün istifadəsi" adlı rasionalizator işi üzrə şəhadətnamə alıb.
1992-ci ildə “Erkən yaşlı uşaqlarda bronxial obstruksiyasının klinik patogenetik variantları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi elmi adı almışdır.
1991-2023–ci illərdə ATU-nun “II uşaq xəstəlikləri” kafedrasının assistenti vəzifəsində çalışıb. 2023-ci ilin oktyabrından bu günə qədər ATU-nin “II Uşaq xəstəlikləri” kafedrasının dosenti vəzifəsində çalışır.
«Azərbaycanda Bronxial astmalı uşaqlarda müalicə və profilaktika strategiyası» adlı milli proqramın müəlliflərindən biridir.Xəstə uşaqların maarifləndiril- məsinə istiqamətləndirilmiş bir neçə yaddaş kitabçasının müəllifidir. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəlli -fidir. Azərbaycanda və bir neçə xarici ölkələrdə beynəlxalq konfranslarda, seminarlarda iştirak edib.
Doktor N.Əlibəyova kafedrada işlədiyi müddət ərzində özünü intizamlı, əməksevər işçi, hərtərəfli biliyə malik müəllim və tərcübəli həkim kimi göstərmişdir. 2006-ci ildən Azərbaycan Allerqoloqlar və İmmunollqoqlar Elmi Cəmiyyətinin üzvüdür.
Akademik fəaliyyət
Assistent - “II Uşaq xəstəlikləri” kafedrası Azərbaycan Tibb Universiteti 1991-2023
Dosent - “II Uşaq xəstəlikləri” kafedrası Azərbaycan Tibb Universiteti 2023-ildən hal –hazıradək
Təhsil
Pediatriya fakultəsi - N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu 1979-1985
Həkim-intern - «6 saylı Uşaq Klinik Xəstəxanası» 1985-1986
«II uşaq xəstəlikləri» kafedrasının əyani aspiranturası - N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu 1988-1991
Peşə və pedaqoji inkişaf
1.VII Beynəlxalq Azərbaycan Allerqoloq İmmunoloq və İmmun- reabilitoloqların kon- fransı. 4 noyabr 2022-ci il.
2.Pediatriyaya müasir yanaşma.Elmi-praktik konfrans.2023-cü il.
3.41 -ci Azərbaycan Pediatorlarının Milli Konqresi. 22-25 İyun 2023.
4.Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivi. 26.04.2024.
5.Peyvəndin elmi əsası və təbliğatı. Konfans ÜST və ATU. 1 iyul 2024.
6.II Azərbaycan-Türkiyə Pediatriya günləri. 3-5 may 2024.
7.Azərbaycan-Türkiyə Allerqoloq və İmmunoloqların 1 -cı Beynəlxalq konfransı. Dekabr 2024.
Məqalə
Gida allergiyası N.C Əlibəyova Konsilium.Azərbaycan Tibb Jurnalı 2 (21) 2006
Bronx-ağciyər patologiyalı uşaqlarda immunomodulyatorların effektliyi A.A Əyyubova, N.C.Əlibəyova , A.N.Tağıeva
“Sağlamlıq” elmi – praktiki jurnal 2006 s.153-156
Dərinin allergik xəstəliklərində helmintoz və lyambliozlar
N.C.Əlibəyova ,A.N.Tağıeva “Elm və həyat” Jurnalı №2 2009 p.40-41
Влияние ронколейкина на цитокиновый статус детей с атопической бронхиальной астмой А.А.Эюбова ,
Н.Д Алибекова,Н.Г.Султанова Украинский журнал клинической и лабораторной медицины М.6 №4,2011 р.88-91
Изучение иммунного и цитокинового статуса у детей с бронхиальной астмой А.А.Эюбова ,Н.Г.Султанова ,
Н.Д Алибекова, А.Н ТагиеваУкраина., Практична медицина T.XVII. 2011 р.104-111
Uşaqlarda gida allergiyası Əlibəyova N.C “Elm və həyat” Jurnalı №2 2012 p.48-51
Üzv olduğu qurum
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2006-ci ildən Azərbaycan Allerqoloqlar və İmmunollqoqlar Elmi Cəmiyyətinin üzvüdür.