Bioqrafiya
Doktor Fətəliyeva Məhəbbət Mübariz qızı, azərbaycanlı, 24 dekabr 1976-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Səfərli kəndində ziyalı ailəsində anadan olmuşam. 1983-cü ildə Səfərli kəndi orta məktəbinə daxil olmuş, 1994-cü ildə Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonunda yerləşən 5 №-li kimya-biologiya təməyüllü respublika baza liseyini bitirmişəm. Həmin ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil olmuş, 2000-ci ildə həmin universiteti həkim-pediatr ixtisası üzrə bitirmişəm. 2000-ci ilin avqust ayından 2001-ci ilin iyul ayınadək Respublika Klinik Uşaq xəstəxanasında həkim-interna işləmişəm. 2001-2005-ci illərdə Bakı şəhərində ayrı-ayrı müalicə müəssisələrində həkim-pediatr kimi çalışmışam. 2006-2010-cu illərdə “Uşаq хəstəliklərinin prоpеdеvtikаsı” kаfеdrаsında baş laborant, 2010-cu ildən hal hazıradək assistent (2010-2013-cü illərdə "Uşaq xəstəliklərinin propedevtikası", 2013-2022-ci illərdə "Terapevtik və pediatrik propedevtika", 2022-ci ildən hal hazıradək "Ailə təbabəti" kafedralarında) vəzifəsində işləyirəm. 2006-2011-ci ildən “Ürək ritminin pozğunluğu olan uşaqlarda mədəciklərin gecikmiş potensiallarının və ürək ritminin variabelliyinin xüsusiyyətləri” mövzusunda nаmizədlik dissеrtаsiyаsını müdаfiə еdib tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. 2013-cü ildən “Ürəyin kiçik inkişaf anomaliyası olan uşaqlarda kardioritmlərin variabelliyinin, miokardın funksional və elektrofizioloji remodelləşməsinin vəziyyəti və onların korreksiyası” mövzusunda tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi üzərində işləyirəm.
Akademik fəaliyyət
2006-2010-cu illərdə “Uşаq хəstəliklərinin prоpеdеvtikаsı” kаfеdrаsında baş laborant, 2010-cu ildən hal hazıradək assistent (2010-2013-cü illərdə "Uşaq xəstəliklərinin propedevtikası", 2013-2022-ci illərdə "Terapevtik və pediatrik propedevtika", 2022-ci ildən hal hazıradək "Ailə təbabəti" kafedralarında) vəzifəsində işləyirəm.
Təhsil
1983-cü ildə Səfərli kəndi orta məktəbinə daxil olmuş, 1994-cü ildə Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonunda yerləşən 5 №-li kimya-biologiya təməyüllü respublika baza liseyini bitirmişəm. Həmin ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil olmuş, 2000-ci ildə həmin universiteti həkim-pediatr ixtisası üzrə bitirmişəm.
Peşə və pedaqoji inkişaf
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayında Məruzəçi. 24.06.2023. Türk dövlətləri kardioloji qurultayı. 19-24.2024. Bakı, Azərbaycan, Gülüstan sarayı İştirakçı.
Məqalə
Qrant
2012-ci ildə Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Yаnındа Еlmin Inkişаf Fоndunun kеçirdiyi еlmi işlərin Qrаnd Lаyihələri Müsаbiqəsinin qalibi olmuş, əldə edilən vəsaitin hesabına ATU-nun Tədris Terapevtik Klinikasında respublikada ilk dəfə müasir tələblərə cavab verən “Uşaq kardioloji funksional diaqnostika laboratoriyası” yaradılmış və hal-hazırda uğurla fəaliyyət göstərır.