Bioqrafiya
Babayeva Günəş Əzizxan qızı 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin pediatriya fakultəsini bitirmişdir. 2007-2008-ci ildə 3 saylı şəhər klinik xəstəxanasında pediatriya ixtisası üzrə internatura keçib. 2009-2010-cu illərdə Şamaxı şəhər kliniki xəstəxanasında Çuxuryurd xəstəxanasında pediatr vəzifəsində, 2010-2014-cü illdən həmin məntəqədə ailə həkimi vəzifəsində çalışıb. 16.04.2012-14.05.2012-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ailə təbabəti üzrə ümumi təkmilləşdirmə kursu keçmişdir. 19.09.2017-ci ildən ATU-nun “Ailə təbabəti” kafedrasında baş laborant, 20.09.2019-cu il tarixdən assistent vəzifəsində çalışır.
Assistent Babayeva G.Ə. yüksək ixtisaslı, təcrübəli həkim, müəllim olmaqla yanaşı, tələbələr və kafedranın əməkdaşları arasında hörmət qazanmışdır. Daima müasir tibb elminin yenilikləri ilə tanış olub, onları gündəlik təcrübi və tədris işində istifadə edir
Akademik fəaliyyət
Assistent / Azərbaycan Tibb Universiteti * 2017-hal-hazıradək
Təhsil
Azərbaycan Beynalxalq Universiteti Pediatriya fakültəsi / 2001-2008
Məqalə
Ürəyin atrioventrikulyar və aorta qapağında anadangəlmə kiçik inkişaf anomaliyası olan uşaqlarda miokardın DE- və repolyarizasiyasının vəziyyəti // Azərbaycan “Perinatologiya və pediatriya” jurnalı, (Elmi-praktik jurnal), cild 9, №2, 2023, səh.24-27 İ.İ.İsayev, Məmmədova R.R., Mustafayeva A.İ., Babayeva G.Ə.
Gizli dəmir çatışmazlığı və dəmidefisitli anemiyanın kliniki əlamətləri // Azərbaycan Allerqologiya və klinik immunologiya jurnalı, Elmi-praktik jurnal, Cild 11, № 1, 2023, səh 35-39 Babayeva G.Ə, .Əlizadə L.İ., İsrafilova Ş.Y.
Ailə həkiminin təcrübəsində mədə və onikibarmaq bağırsağı xora xəstəliyi // “Ailə həkimi” jurnalı, fevral 2024, səh.30-31 Babayeva G.Ə., L.İ.Əlizadə, S.V.Qasımova
Ailə həkiminin təcrübəsində sümüklərin sağlamlığı üçün və yeniyetmə dövründə diqqət ediləcək məqamlar // “Ailə həkimi” jurnalı, fevral 2024, səh.52-53 İ.İ.İsayev, L.İ.Əlizadə, Babayeva G.Ə., S.V.Qasımova.
Ailə həkiminin təcrübəsində vitamin D çatışmazlığının dəyərləndirilməsi // “Ailə həkimi” jurnalı, iyul 2024, səh.28-29 Babayeva G.Ə., S.V.Qasımova, A.İ.Mustafayeva
Ailə həkiminin təcrübəsində hipodinamiya və balanslaşdırılmış qidalanma // “Ailə həkimi” jurnalı, oktyabr 2024, səh.52-53 Babayeva G.Ə., L.İ.Əlizadə, S.V.Qasımova, A.İ.Mustafayeva