İnarə Əlizadə
Assistent
İnarə Əlizadə

Bioqrafiya

Doktor Əlizadə İnarə Bahadir qızı 1986 ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinin məzunu olmuşdur. Institutu bitirdikdən sonra F.Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasında terapiya üzrə internatura keçib.

1994-2012cü illərdə həyat yoldaşının xidməti əzamiyyəti ilə əlaqədar Birləşmiş Ərəb Ərəb Əmirliklərində yaşamışdı və orada tibbi peşəkar fəaliyyətini davam etmişdir.

2000-2002-ci illərdə "Dr.Wasef Medical clinic" klinikasında həkim-terapevt, General Practitioner, UAE, Dubai, 2003-2008-ci illərdə "Dr.Ake Akel's Medical clinic", həkim-terapevt, General Practitioner, UAE, Dubai, 2008-2011-ci illərdə "Top Medical Center - Wellcare Hospital" adlı həstəxanada, həkim-terapevt, General Practitioner vəzifəsində işləmişdir, UAE, Dubai.

2012-ci ildən Bakıda yaşayır.

2013-cü ildə Mərkəzi Klinik Xəstəxanasında həkim-terapevt vəzifəsində işləmişdir.

2016-2017 illərdə Mərkəzi Neftçilər Xəstəxanasında Sənaye Təbabəti Xidməti şöbəsində həkim-terapevt vəzifəsində işləmişdi.

2017 ilin dekabr ayında ATU-nun Ailə Təbabəti kafedrasına assistant vəzifəsinə təyin olunub və həmin kafedrada hazırki vaxta qədər çalışır. Kafedrada işlədiyin dövrdə tələblərnən ingilis dilində məşqlər, praktik terapiyanın bütün sahələrinin əhatəli şəkildə aparmışdı. Eyni zamanda, Ailə təbabəti kafedrasının nəzdində yaradılan ilk rezident - ailə həkimlərin hazırlanmasında fəal iştirak etmişdir. Həkimlərin gələcəkdə Beynəlxalq standartlara müvafiq hazırlanması məqsədilə tələblərin ailə həkimi kimi formalaşmasında özünün xarici təcrübəsini istifadə etmişdi. Müxtəlif elmi-tibbi məcmuələrdə nəsr olunan məqalələrin müəllifidir. Canlı Beynəlxalq eləcə-də respublika konfranslarda, vebinarlarda iştirak etmişdi.

Doktor İ.B.Əlizadə işlədiyi müddətdə özünü əməksevər, təşəbbüskar işçi və intizamlı müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Assistent / Azərbaycan Tibb Universiteti * 2017-hal-hazıradək

Təhsil

Müalicə işi fakültəsi, həkim-terapevt / Azərbaycan Tibb Universiteti *1983-1989

Peşə və pedaqoji inkişaf

Terapiyanın aktual məsələləri

Azərbaycan Dövlət Həkimlərin Təkmillərşdirmə İnstitutu, Bakı *2017

Tibbi görən gözü

Şua diagnostikasının beynəlxalq elmi praktik konfrans, *2020, ATU

Təbabətin aktual problemləri

Elmi-praktiki kongress, *2020, ATU

“Ways of Science development in modern crisis conditions”

Praktiki konfrans, *İyun 2021, Ukrayna

Hamiləlikdə ürək xəstəlikləri

Azərbaycan kardiologiya cəmiyətinin konfrans, *2022, Bakı

Comstech – International Workship in Development of animal models for metabolic disease

Online konfrans, *2023, Pakistan

Case Based Lesson – Non-melanoma skin cancer

CME, Cleveland Clinic Center for CME, online, *2023

Case Based Lesson – Hidradenitis Suppurativa

CME, Cleveland Clinic Center for CME, online, *2023

Disease Management Clinical Decisions – Influenza

CME, Cleveland Clinic Center for CME, online, *2024

Disease Management Clinical Decisions – Dermatology for Primary Care

CME, Cleveland Clinic Center for CME, online, *2024

İntestinal ağciyər xəstəlikləri diagnostika və mülicəsində yeniliklər

Səhiyyə Nazirliyin confransı, *2025 fevral

Qanaxmalara Multidissiplinar Yanaşma

Səhiyyə Nazirliyin confransı, *2025 fevral

Məqalə

Диагностика и лечение стенокардии у больных пожилого и старческого возраста в практике семейного врача.

2021*International Electronic Scientific and Practical Journal “Way Science”, Dnipro (Ukraine), (səh 460, 461, 462)

Полипрагмазия пациентов пожилого и старческого возраста в практике семейного врача

2021*International Electronic Scientific and Practical Journal “Way Science”, Dnipro (Ukraine), (səh 402).

Течение, диагностика и лечение стенокардии у гериатрических больных в практике семейного врача.

2021 * Azərbaycan təbabətin müasir mailiyyətləri N3  (səh 247-250).

Üzv olduğu qurum

ABŞ-nın Nevrolingvistika Programı və psixologiyası Milli Federasiyanın üzvü, iyun 2008 ildən – halhazırədək, Florida