Əfəndiyev İbrahim
Assistent
Əfəndiyev İbrahim

Bioqrafiya

1982-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsini bitirmişdir. 1982-1983-cü illərdə terapiya ixtisası üzrə internatura keçmişdir. 1983-1986-ci illərdə Dəvəci (indiki Şabran) rayonunda terapevt vəzifsində çalışmışdır.  1987-ci ildə aspiranturaya daxil olmuş və I Daxili xəstəliklərin propedevtikası kafedrasının aspirantı olmuşdur. 1990-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır. Həmin kafedrada (2013-cü ildən Terapevtik və pediatrik propedevtika kafedrası) əvvəlcə baş laborant, 1990-cı ilin oktyabr ayından 07.07.2022-ci ilə kimi həmin kafedrada assistent, 08.07.2022-ci il tarixdən hal-hazıra kimi Ailə təbabəti kafedrasında assistent vəzifəsində işləyir.

Təhsil

Azərbaycan Tibb Universitetinin I Müalicə- profilaktika fakültəsi-müalicə işi

Akademik fəaliyyət

Həkin-terapevt - Dəvəci (indiki Şabran) rayonu  - 1983-1986

Aspirant  - Azərbaycan Tibb Universiteti - 1987-1990

Assistent - Azərbaycan Tibb Universiteti  1990-hal-hazıradək

Məqalə

  1. Metabolik sindromla müşayiət edilən arterial hipertenziyalı şəkərli diabet tip 2 xəstələrində arterial təzyiqin sutkalıq monitorlanması zamanı  sutkalıq  indeks  göstəricilərinin  müqayisəli təhlili / XIV Ümumdünya böyrək gününə həst olunmuş “Müasir nefrologiyanın aktual problemləri”, adlı elm-praktik konfransın materialları, 2019, səh.68-69 Əfəndiyev İ.Z., Novruzova M.S., Əliyeva F.M.
  2. Metabolik sindromla müşayiət olunan şəkərli diabet  xəstələrində arterial hipertenziyanın inkişafında  risk amili kimi  hiperhomosisteinemiyanın rolu // “Tibbin görən gözü” Sua diaqnostikasının  aktual problemlərinə həsr edilmiş beynəlxalq elmi praktiki konfransın materialları, 2019, səh.28-31. Əfəndiyev İ.Z., Novruzova M.S., Əhədova F.F., Əliyeva F.M.
  3. Siqaretçəkmənin yeniyetmələr arasında yayılması və onun fəsadları // “Ailə həkimi” elmi-kütləvi tibbi jurnal, fevral-2023, səh.51-52. Z.Əfəndiyev, A.İ. Mustafayeva, R.Ə.Rzayeva
  4. Ailə həkiminin təcrübəsində uşaq və yeniyetmələrdə  arterial hipertenziyanın aşkar edilməsi // “Ailə həkimi” elmi-kütləvi tibbi jurnal, aprel-2023, səh.54-55 R.R. Məmmədova,  A.İ. Mustafayeva, İ.Z.Əfəndiyev

Üzv olduğu qurum

Yeni Azərbaycan partiyasının üzvü