İlahə Rəsul
Assistent
İlahə Rəsul

Bioqrafiya

Doktor Rəsul İlahə 1994-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra akad. C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda funksional diaqnostika üzrə internatura kecib.

1997-2017-ci illərdə 3№-li şəhər poliklinikasında sahə həkimi vəzifəsində işləmişdir. 2003-2017-ci illərdə ATU-nun Ailə təbabəti kafedrasında saat hesabına dərslər aparmışdır. 2010-2013-cü illərdə Səhiyyə Sektorunda islahatlar lahiyəsi üzrə təlimçi olaraq çalışmışdır. 2014-cü ildən Ə.Əliyev adına ADHTİ, 2017-ci ildən isə ATU Ailə təbabəti kafedralarında assistent vəzifəsində calışır.

Calışdığı müddətdə Rəsul İ. kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqanlarına kömək etmiş və Tələbə Elmi Cəmiyyətinin işində fəaliyyət göstərmişdir. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir.

Doktor Rəsul İ. işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, təşkilatcı işci və intizamlı müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Assistent / Azərbaycan Tibb Universiteti  2017-hal-hazıradək

Təhsil

Müalicə-profilaktika fakültəsi / Kursk Tibb institutu (Rusiya) 1988-1991 / Azərbaycan Tibb Universiteti 1991-1994

Peşə və pedaqoji inkişaf

Ailə həkiminin təlimçisi üzrə təkmilləşdirmə kursu / TC, Hacettepe universiteti, tıp fakültesi 2008-2009

İlkin səhiyyə xidməti PRO ACT care / Azərbaycan, Şamaxı şəhəri 2021

Ali məktəbin pedaqogikası üzrə təkmilləşdirmə kursu / TC, 19 Mayıs universiteti, tıp fakültesi 2022

Məqalə

Yüksək normal arterial təzyiqin aktual aspektləri, AKJ, 2025 №1 cild 25

Yüksək normal arterial təzyiqi olan şəxslərdə ürək ritminin variabelliyi

ATJ, 2024/4 s.17-22 DOİ:https//doi.org/10.34921/amj.2024.4.003

Üzv olduğu qurum

Azərbaycan Kardiologiya Cəmiyyəti