Lalə Qasımova
Assistent
Lalə Qasımova

Bioqrafiya

Lalə Qasımova 1991-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra həmin İnstitutun Daxili xəstəliklər kafedrasinda  terapiya üzrə internatura kecib. Sonra Kurort Üsulları ilə müalicə “Sağlamlığ Sahəsi” poliklinikasında həkim-kardioloq vəzifəsində işləmişdir. 1995-ci ilin fevral ayından ATU-nun Poliklinik terapiya  kafedrasında assistent vəzifəsində calışır və sonradan kafedranın adı dəyişərək Ailə təbabəti kafedrasının assistent vəzifəsində hal hazırda calışır.

  Calışdığı müddətdə L.Qasımova kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqanlarına kömək etmiş və Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərmişdir. Ailə təbabəti fənnini 4,5,6 kursun xarici tələbələrinə azərbaycan, ingilis və rus dillərində tədris edir. Apellyasiya imtahanların ,5,və 6 kursun azərbaycan, ingilis və rus bölmələrinin   eksperti, eyni zamanda fakultənin rezidentura üzrə kuratoru kimi aktiv fəaliyyət göstərmişdir.

   2020-ci ildə “AB-nin Şərq Tərəfdaşlığı ücün Covid-19 Həmrəyliyi Programı” çərçivəsində Türkiyənin İzmir şəhərində  EGE  Universitetində kecirilən təlimlərdə  iştirak  etmişdir.  ÜST-nin  həyata  kecirdiyi  “PROACT-QAYĞI” layihəsinin 1-ci mərhələsinin qiymətləndirilməsi və növbəti mərhələlərində Şamaxı rayonunda Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş missiyada istirak etmişdir.

    Bunlarla yanaşı işlədiyi dövrdə öz üzərində işləmiş, elmi işlər aparmısdır. Müxtəlif elmi-tibbi məcmuələrdə Respublika və Beynəlxalq konfranslarda   nəşr olunan məqalələrin müəllifidir.  Müxtəlif Beynəlxalq konfranslarda məruzəci və iştirakci kimi iştirak etmişdir.

  20-24 sentyabr 2023-cü il tarixləri arasında  Şımalı Kipr  Türk Cümhurriyyəti TAHEN Türkiye Aile Hekimliği Vakfi tərəfindən kecirilən  “17 Aile Hekimliği Güz Okulu”na  katılmış və öz poster və məruzəsi  ilə cixis etmişdir.

  L.Qasimova işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, kreotiv təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Assistent / Azərbaycan Tibb Universiteti 1995 ci ildən hal-hazırda

Təhsil

Azərbaycan Tibb Universiteti / Müalicə-profilaktika fakültəsi

Peşə və pedaqoji inkişaf

Ə.Əliyev adina Azərbaycan dövlət Həkimləri təkmilləşdirmə İnstitutu.  2019 “Ailə təbabəti fənni üzrə kursu”.

ÜST-nin  həyata  kecirdiyi  “PROACT-QAYĞI” təlimləri.  2020

Türkiyənin İzmir şəhərində  EGE  Universitetində kecirilən təlimlər. 2020 “AB-nin Şərq Tərəfdaşlığı ücün Covid-19 Həmrəyliyi Programı”

Azərbaycan Tibb Universiteti 2023. “Effective curuculum sylabus design”. TAHEN Türkiye Aile Hekimliği Vakfi “17 Aile Hekimliği Güz Okulu” 2024

Ə.Əliyev adina Azərbaycan dövlət Həkimləri təkmilləşdirmə İnstitutu 2025 “Ailə təbabəti fənni üzrə kursu”.

Məqalə

1. Ailə həkiminin iş təcrübəsində andropauza dövründə erektil disfunksiya və xayaların vokal TM müayinəsi. Azərbaycan Xalq Cümhurriyətinin 100 illik yubileyinə həsr edılmiş “Təbabətin aktual propblemləri” elmi praktik konfransın  materialları. Bakı - 2018, səh.34

2. Ailə həkiminin təcrübəsində stenokardialı və xroniki ürək çatışmazlığı olan xəstələrin tibbi-sosial ekspertizası. Ə.E.X, T.E.D.,professor Tağı Ələkbər oğlu  Tağızadənin 95 illik yubileyinə həsr olunmuş elmi praktik konfransın  materialları. Bakı - 2018, səh. 158-160

3.  Yaşlılar ücün qidalanma qaydaları.  Ailə həkimi Elmi-kütləvi tibbi jurnal, Bakı, Fevral 2022 , səh.16-17

4. Ailə həkiminin təcrübəsində yaz mövsümünün xəstəlikləri.  Ailə həkimi Elmi-kütləvi tibbi jurnal .Bakı, Aprel 2022, səh. 10-11

5. Coviddənsonrakı sindrom.

Ailə həkimi Elmi-kütləvi tibbi jurnal.Bakı, May 2022, səh.12

6. Ailə həkiminin təcrübəsində stresin araşdırılması.

Ailə həkimi Elmi-kütləvi tibbi jurnal.Bakı, İyul 2022, səh.60-62

7. Ailə həkiminin təcrübəsində stresin araşdırılması(ikinci hissə).  Ailə həkimi Elmi-kütləvi tibbi jurnal.Bakı, Oktyabr 2022, səh.66-,68

8. Ailə həkiminin iş təcrübəsində xroniki hepatit C viruslu xəstələrdə qaraciyər parenximasının vaskulyarizasiy dəyişikliklərinin diaqnostikası. “Azərbaycan Cərrah və Qastroenteroloqlar” Birliyi.  Bakı, Jurnal №2, 2022, Səh.60

9. Ailə həkiminin təcrübəsində Altsheymer xəstəliyi. Ailə həkimi Elmi-kütləvi tibbi jurnal. Bakı, Noyabr 2022, səh.62-63

10. Ailə həkiminin təcrübəsində zərərli içkilərin və vərdişlərin hamiləliyə olan təsirinin qiymətləndirilməsi. Ailə həkimi Elmi-kütləvi tibbi jurnal. Bakı,  İyun 2023, səh.55

11. Ana südü ilə qidqlqnmanın üstünlükləri. Ailə həkimi Elmi-kütləvi tibbi jurnal. Bakı, İyul 2023, səh. 58-59

12. Состояние фагоцитоза при сахарном диабете. Prof.essor Z.A.Zeynalovanın anadan olmasının 90 illik Yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı-2023, səh. 263-264

13. Azərbaycanda birinci basamak sağlık hizmetlerinin dünü və bugünü Semashko modeli ile birinci basamak sağlık hizmetleri.Türkiye Aile Hekimliği Vakfı – TAHEV, 20-24 Eylül 2023, Türkiye Cümhurruyyeti

14. Ailə həkiminin təcrübəsində uşaq və yeniyetmələr arasında narkotik vasitələr və psixotrop maddələrin istifadəsi və erkən aşkarlanması. Ailə həkimi Elmi-kütləvi tibbi jurnal. Bakı, Noyabr 2023, səh.32-33

15. Sağlamlaşdırıcı aclıq (acqalma). Ailə həkimi Elmi-kütləvi tibbi jurnal. Bakı, Dekabr səh. 51-52

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası