Səidə Xanməmmədova
Dosent
Səidə Xanməmmədova

Bioqrafiya

1984-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş, 1990-cı ildə fərqlənmə diplomu və adlı təqaüdlə bitirmişdir. 1990-cı ildə Azərbaycan Tibb İnstitutunun Elmi Şurasının qərarı ilə Uşaq xəstəlikləri propedevtikası kafedrasında pediatriya ixtisası üzrə klinik ordinaturada (1990-1992) saxlanılmış və 1992-ci ildə klinik ordinaturanı bitirmişdir. 1992-1995-ci illərdə ATU-nun Uşaq xəstəlikləri propedevtikası kafedrasının “Pediatriya” ixtisası üzrə aspiranturada təhsil almışdır. 1995-ci ildə dissertasiya işini vaxtından əvvəl başa vurmuş və müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1995-2002-ci illərdə Uşaq xəstəlikləri propedevtikası kafedrasında assistent vəzifəsində çalışmışdır.

2002-2009-cu illərdə dövlətlərarası müqavilə əsasında Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyinin tabeliyində olan regional ana və uşaq xəstəxanasında həkim-pediatr işləmişdir. 2009-20211-ci illərdə “Uşaq xəstəlikləri propedevtikası” kafedrasında assistent, 2011-2022 dosent vəzifəsində çalışdır (2013-cü ildən Terapevtik və pediatrik propedevtika kafedrası). 2022-ci ildən bu günə kimi Ailə təbabəti kafedrasında dosent vəzifəsində çalışır.

Təhsil

Azərbaycan Tibb İnstitutu - Pediatriya fakültəsi - 1984-1990

Azərbaycan Tibb İnstitutu - Pediatriya ixtisası üzrə aspirantura - 1992-1995

Akademik fəaliyyət

1990-1992 Azərbaycan Tibb İnstitutu Uşaq xəstəliklərinin propedevtikası kafedrasında klinik ordinator

1995-2011 Azərbaycan Tibb İnstitutu Uşaq xəstəliklərinin propedevtikası kafedrasında assistent,

2011-2022 azərbaycan Tibb Universiteti Uşaq xəstəliklərinin propedevtikası kafedrasında (2013-cü ildən Terapevtik və Pediatrik propedevtika kafedrasında) dosent,

2022-ci ildən ATU-nun Ailə təbabəti kafedrasında dosent işləyir.

1996-2002 ATU-nun Pediatriya fakultəsinin Dövlət Buraxılış imtahan Komissiyasının məsul katibi,

2017-2019 ATU-nun Dissertasiya Şurası nəzdində Pediatriya ixtisası üzrə elmi seminarin elmi katibi işləmişdir

Peşə və pedaqoji inkişaf

2020 il  Həkimləri Təkmilləşdirmə institutunda Uşaq xəstəliklər-i Modul 1və 2adlı 2 həftəlik kurs

2020il Rusiya Federasiyası Moskva şəhərində Uşaqlarda kəskin vəziyyətlərdə təxirəsalınmaz yardım adlı 2 həftəlik kurs

2021 il Bakida USTnın keçirdiyi Tədqiqat bacarıqları və CR metodikası kursu

2025 il Həkimləri Təkmilləşdirmə İnstitunda Uşaq xəstəlikləri üzrə 2 həftəlik kurs

Məqalə

Steroidə rezistent nefrotik sindromun müalicəsində rituksimabın tətbiqinin səmərəliliyi

Azərbaycan Tibb Jurnalı, 2018, №1, səh.110-113, R.O.Bəylərov, M.R.Hacıyeva, S.Q.Xanməmmədova, F.M.Vəlibəyova, N.A.Əlimərdanova

Məqalə

Uşaqlarda aortanın anadangəlmə anomaliyaları: bikuspidal aorta qapaqları Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı, Cild 4, №1, 2018, səh. 70-73, R.R.Məmmədova, İ.İ.İsayev, S.K.Rəfiyeva, M.R.Hacıyeva, S.Q.Xanməmmədova


orcid DOI

Məqalə

Kəskin revmatik qızdırmanın etiologiya, patogenez və təsnifatının müasir aspektləri

Sağlamlıq (Elmi-praktik jurnal) Cild 25, №4, 2020, səh. 21-25, M.R.Hacıyeva, İ.İ.İsayev, R.R.Məmmədova, S.Ş.Mustafayeva, S.Q.Xanməmmədova


orcid DOI

Məqalə

Revmatik qızdırmanın klinik gedişi, diaqnostikası və müalicəsinin müasir prinsipləri Sağlamlıq (Elmi-praktik jurnal) Cild 25, №5, 2020, səh. 27-32, Azərbaycan Tibb Universitetinin 90 illik Yubileyinə həsr olunmuş xüsusi buraxılış, İ.İ.İsayev, M.R.Hacıyeva, S.Q.Xanməmmədova, S.Ş.Mustafayeva


orcid DOI

Məqalə

Uşaqlarda ürəyin anadangəlmə kiçik inkişaf anomaliyaları və onların klinik əhəmiyyəti Sağlamlıq (Elmi-praktik jurnal) Cild 27, №1, 2021, səh. 191-196, İ.İ.İsayev, R.R.Məmmədova, S.K.Rəfiyeva, S.Q.Xanməmmədova, S.Ş.Mustafayeva, M.R.Hacıyeva, Z.İ.Məmmədova


orcid DOI

Məqalə

Uşaqlarda reaktiv artritin diaqnostika və müalicəsinə müasir yanaşmalar

Əziz əliyev adına elmi-praktik jurnal “Tibb və Elm” №2(24) (2021*), səh. 13-18, İsayev İ.İ., Məmmədova R.R., Rəfiyeva S.K., Mustafayeva S.Ş., Hacıyeva M.R., Xanməmmədova S.Q., Mustafayeva A.İ.


orcid DOI

Üzv olduğu qurum

Yeni Azərbaycan partiyasının üzvü

ATU I Müalicə Profilaktika fakültəsininElmi Şurasının üzvü (2017-2021)

ATU –nun nəzdində fəaliyyət göstərən ED 2.27Dissertasiya Şurasının Pediatriya ixtisası üzrə elmi seminarın üzvü

DİM-də Rezidentura şöbəsinin Pediatriya ixtisası üzrə eksperti