Cahan Paşayeva
Assistent
Cahan Paşayeva

Bioqrafiya

Doktor Paşayeva Cahan 1984-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra Bakı şəh, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansıyasında həkim interna kimi çalışmışdır.

1985-1986-ci illərdə Yevlax şəh, Mərkəzi xəstəxanasının terapeya şöbəsində həkim terapevt vəzifəsində işləmişdir.

1988-1991-ci illərdə Şamaxı şəh, Mərkəzi poliklinikasında həkim terapevt vəzifəsində işləmişdir.

1991-2001-ci ilə kimi Ağdaş rayon Mərkəzi poliklinikasında həkim terapevt kimi çalışmışdır.

 2001-ci ildən ATU-nun “Poliklinik terapiya” kafedrasında assistent vəzifəsində işləməyə başlamışdır. 2002-ci ildə kafedra profilini dəyişərək “Ailə təbabəti” adlanmışdır. Bu günə qədər həmin kafedrada çalışmaqda davam edir.

Çalışdığı müddətdə C. Paşayeva kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqanlarına kömək etmişdir. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir.
2022-ci ildə ÜST-ün dəstəyi ilə “1.basamak sağlık hizmetleri staj programı” layihəsində iştirak etmişdir. Layihə çərçivəsində 2 ay müddətində Şamaxı şəhərində ATU-nun tələbələri üçün təşkil edilən nəzəri və praktik dərslərdə təlimçi olmuşdur.

Doktor C. Paşayeva işlədiyi müddətdə özünü məsuliyyətli, əməksever, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Kafedranın assistenti / ATU, “Ailə Təbabəti” kafedrası *2001 – hal-hazıradək

Təhsil

Müalicə - profilaktika fakültəsi / Azərbaycan Tibb İnstitutu* 1978-1984

Peşə və pedaqoji inkişaf

Yanvar 2020 – Uşaqlarda inkişafın dəstəklənməsi və izlənməsi üzrə Beynəlxalq Rəhbərlik/İDİR

Fevral 2022 – Ailə həkimliyi, müasir yanaşma/ÜST

Məqalə

Azerbaycan Tıp Üniversitesi 6. Sınıf Tıp Fakültesi Öğrencileri için Şamahı Rayonunda Birinci Basamak Sağlık Hizmeti Staj Programı: Topluma Dayalı ve Eğitim Odaklı Programın İlk Sonuçları, XII. Ulusal Tıp Eğitimi Kongresi 19-22 Mayıs 2022 Bildiri Kitapçığı Pashayeva C.Y,  Rəhmanova K.X., Hande Harmancı, və b.


orcid DOI

Məqalə

Stress and Biological reactions of some heavy metals in the human body.5th International Conference on Innovative Studies of Contemporary Sciences January 14-16 2022  Tokyo, Japan, Pashayeva J.Y,  Kerimova R.J, Rzayeva.S.J, Azizova E.N, Selimli T.A.


orcid DOI

Məqalə

Prevention of Ischemic Disease in the elderly patients, Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft №22, 2021 Pashayeva J.Y., Rakhmanova K.Kh., Heydarova Y.F., Mammadova S.A.


orcid DOI