Bioqrafiya
Doktor Rəhmanova Kəmalə 1981-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutunda kardiologiya üzrə internatura keçmişdir. 1982-1991-ci illərdə “Sağlamlıq sahəsi” poliklinikasında (hazıtrda “Herontologiya mərkəzi”) həkim-kardioloq, daha sonra Kardiologiya şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1991-ci ildə ATU-nun “Poliklinik terapiya” kafedrasında assistent vəzifəsində işləməyə başlamışdır. 2002-ci ildə kafedra profilini dəyişərək “Ailə təbabəti” adlanmışdır. Bu günə qədər həmin kafedrada çalışmaqda davam edir. Calışdığı müddətdə K.Rəhmanova kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqanlarına kömək etmişdir. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir. 2022-ci ildə ÜST-ün dəstəyi ilə “1.basamak sağlık hizmetleri staj programı” layihəsində iştirak etmişdir. Layihə çərçivəsində 2 ay müddətində Şamaxı şəhərində ATU-nun tələbələri üçün təşkil edilən nəzəri və praktik dərslərdə təlimçi olmuşdur. Doktor K. Rəhmanova işlədiyi müddətdə özünü məsuliyyətli, əməksever, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır.
Akademik fəaliyyət
“Ailə Təbabəti” kafedrasının assistenti 1991 – hal-hazıradək
Təhsil
Müalicə - profilaktika fakültəsi Azərbaycan Tibb İnstitutu 1975 – 1981
Peşə və pedaqoji inkişaf
Fevral 2022 – Ailə həkimliyi, müasir yanaşma/ÜST
Sentyabr 2022 – “Səyrici Aritmiya” düşərgəsi/AKC
Məqalə
Rakhmanova K.Kh., Heydarova Y.F., Pashayeva J.Y., Mammadova S.A. Prevention of Ischemic Disease in the elderly patients, Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft №22, 2021
Rəhmanova K.X., Hande Harmancı, Aygün Mustafayeva və b. Azerbaycan Tıp Üniversitesi 6. Sınıf Tıp Fakültesi Öğrencileri için Şamahı Rayonunda Birinci Basamak Sağlık Hizmeti Staj Programı: Topluma Dayalı ve Eğitim Odaklı Programın İlk Sonuçları, XII. Ulusal Tıp Eğitimi Kongresi 19-22 Mayıs 2022 Bildiri Kitapçığı
Məqalə
Rəhmanova K.X., Heydərova Y.F., Əlizadə A.R., Kərimli N.K. Эффективность применения 3D-анимаций в учебном процессе АМУ, Журнал “Проблемы современной науки и образования”, №2, 2021, стр.46-50
Məqalə
Rəhmanova K.X., Salihov M.S., Nağıyeva S.İ. Ailə həkiminin təcrübəsində yaşlı və ahıl şəxslərdə anemik sindrom, “Ailə həkimi” jurnalı, dekabr 2021, səh. 8-9
Məqalə
Rəhmanova K.X., Talıbova C.X., Novruzova M. The Subjective Condition of Patients After Tonsillectomy, 2nd İnternational Scientific and Practical İnternet Conference. 2022