Bioqrafiya
1989-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun II Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-1990-cı illərdə 1 saylı şəhər klinik xəstəxanasında Daxili xəstəliklər üzrə internatura keçmiş, 1991-2000-ci illərdə praktiki təbabət sahəsində çalışmışdır. 1992 və 1999-cu illərdə ADHTİ-da Klinik kardiologiya üzrə təkmilləşdirmə kursları keçmişdir. 2000-2003-cü illərdə Azərbaycan Səhiyyə Nazirliyi ET Kardiologiya institutunun əyani aspiranturasında təhsili almışdır.
2003-cü ildən 2009-cü ilə qədər Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklərin propedevtikası kafedrasının assistenti, 2009-cu ildən 2022-ci ilə qədər həmin kafedranın dosenti, 2022-ci ildən hazırki dövrə qədər Ailə təbabəti kafedrasının dosenti vəzifəsində çalışır.
2011-2016-cı illərdə ATU-da Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, sonralar prorektor vəzifəsində çalışmışdır. Həmin illərdə ATU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsində onun böyük əməyi olmuşdur. Çoxsaylı layihələrə (EU Erasmus Mundus, Tempus, Erasmus, s.) rəhbərlik etmiş, yüzlərlə tələbə və professor-müəllim heyətinin xaricdə təhsil və təcrübəsini təşkil etmişdir. ATU-da tibbin müxtəlif sahələrinə və tibb təhsilinə aid onlarla beynəlxalq konfrans və seminarların təşkilatçısı, həmçinin 2011-2014-cü illərdə Bakı Humanitar Forumunun tibb və molekulyar biologiya üzrə dəyirmi masanın təşkilində aktiv iştirak etmişdir.
2017-ci ildən ADBTİA-da elmi işlər üzrə müşavir, elmi tədqiqatların ekspertizası üzrə etik komitənin sədr müavini, magistratura üzrə müdafiə şurasının üzvü kimi fəaliyyətə başlamışdır.
2019-cu ilin yanvar ayından hazırki dövrə qədər Gənclər və İdman Nazirliyinin İdman Tibbi və Reabilitasiya Elmi-praktiki İnstitutunda müalicə işləri üzrə sədr müavini vəzifəsində çalışır.
Peşə və pedaqoji inkişaf
Klinik kardiologiya – ADHTİ, 1992
Klinik kardiologiya – ADHTİ, 1999
ExoKQ – Rusiya Həkimlərin Diplomdan sonrakı təhsili İnstitutu, 05/14/2001 - 06/09/2001
Salzburg Medical Seminars in Cardiology - Salzburg, Austria, 05/2008,
Methodology of Development of Evidence Based Guidelines - Bakı, Azərbaycan, 2008
Quality Improvement and Evidence-based Medicine - Worcester, Massachusetts, USA, 08/06/2008 - 08/27/2008
OMI Salzburg Weill Cornell Seminars in Cardiology - Salzburg, 05/04/2008 - 05/10/2008
OMI Symposium in Cardiology - Baku, 04/17/2009 - 04/18/2009, Salzburg Columbia Seminar in Internal Medicine - 06/27/2010 - 07/03/2010,
ExoKQ kursları - Berlin, Almaniya, 10/28/2011 - 10/29/2011
Sübuta əsaslanan təbabət - Bakı, Azərbaycan, 01/22/2012 - 01/27/2012,
Tibbi statistika və epidemiologiya -Bakı, Azərbaycan,, 02/19/2012 - 02/25/2012,
Tibb Təhsili üzrə təcrübə mübadiləsi - Seoul, Korea, 03/31/2012 - 04/07/2012
Faculty Development - University of Leeds, Leeds, 04/23/2012 - 04/27/2012
OMI Symposium on Medical Education - Tbilisi, Gürcüstan, 09/10/2012 - 09/12/2012,
OMI Salzburg Weill Cornell Seminar in Cardiology - Salzburg, 10/2012
Klinik təhsil və qiymətləndirmə - Bakı, 04/08/2013 - 04/12/2013,
Research skills/ Public Health Training - Roma, Italiya, 06/03/2013 - 06/07/2013,
Tədqiqat bacarıqları/CBCR metodologiyası - Baki, Azərbaycan, 06/24/2014 - 06/28/2014,
Salzburg CHOP Seminar in Applied Clinical Research - 04/19/2015 - 04/25/2015,
OMI Satellite Symposium in Diabetes - Bakı, Azərbaycan 12/11/2015,
OMI Satellite Symposium in Rehabilitation Medicine - Bakı, Azərbaycan, 01/27/2016,
Salzburg OMInar Medical Leadership - 09/23/2020 - 09/24/2020,
Salzburg OMInar Medical quality and safety - 02/23/2020 - 02/25/2020,
Salzburg OMInar Medical Education - 04/20/2021 - 04/22/2021,
AMEE-ESME Courses on Medical Education - 04/2021,
AMEE-ESMEA Courses on Assessment in Medical Education - 04/2022,
AMEE-ESME Lead - Courses on Leadership in Education - 06/2022,
AMEE-RESME Courses on Research in Medical Education - 01/2023
Praktiki təcrübə
Kardiologiyada funksional diaqnostika - Berlin, Almaniya, 07/2010 - 09/2010,
ExoKQ - Berlin, Almaniya, 09/2011 - 10/2011,
Salzburg Landeskrankenhaus, Kardiologiya şöbəsində təcrübə - Salzburg, 06/2012,
Salzburg landeskrankenhaus, Kardiologiya şöbəsində təcrübə - Salzburg, 06/2017 - 07/2017
Akademik fəaliyyət
2003-2009-cu illər ATU-nun Daxili xəstəliklərin propedevtikası kafedrasının assistenti,
2009-cu ildən hazırki dövrə qədər ATU-nun dosenti vəzifəsində çalışır.
Azərbaycan, rus, ingilis dillərində təcrübi məşğələlər və mühazirələr aparır.
2017-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bədən tərbiyəsi və idmanda reabilitasiya" ixtisasının bakalavr proqramının, “Xroniki ürək çatışmazlığı və miokard infarktından sonrakı reabilitasiya” və “Ümumi tibbi biliklər” fənni üzrə tədris proqramının müəllifidir. Həmin fənləri və həmçinin ingilis dilli "İdman Tibbi və reabilitasiya üzrə magistratura" proqramını tədris edir.
2011-ci ildən Azərbaycan Prezidenti yanında Dövlət İmtahan Komissiyasının rezidenturaya qəbul üzrə eksperti kimi fəaliyyət göstərir.
Təhsil
Bakı şəhəri, Oktyabr rayonu, 225 saylı orta məktəb, 1973-1983 (Fərqlənmə attestatı);
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, Bakı, Azərbaycan, 1983-1989, II Müalicə-Profilaktika Fakültəsi, (Fərqlənmə diplomu)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya institutu - Aspirant, 2000-2003.
Kitab
Clinical examination (Dərs vəsaiti, “Apostrof”, Baki 2008)
Klinik bacarıqlar (Bakı, 2025)
Məqalə
Characteristics of coronary artery lesions in patients with painless myocardial ischemia / Buziashvili IuI; Kabulova RI; Khanashvili EM; Alekian BG; Asymbekova EU; Staferov AV; Shuvaev IP; Dzhandzhgava DA; Sinkha D
Dynamics of parameters of variability of processes of repolarization after transluminal balloon angioplasty in patients with ischemic heart disease / Buziashvili IuI; Alekian BG; Kabulova RI; Khananashvili EM; Asymbekova EU; Shuvaev IP; Dzhangdzhava DA
Məqalə
Role of sex and training characteristics on exercise effects on cardiovascular aging: protocol for a systematic review with meta-analysis of randomized trials.
Məqalə
A Global Perspective on Cardiovascular Risk Factors by Educational Level in CHD Patients: SURF CHD II
Məqalə
Strategy of lipid-lowering treatment in patients with acute coronary syndrome. The ELECTRA-SIRIO 2 investigators’ view point
Məqalə
Risk factors in cardiovascular patients: Challenges and opportunities to improve secondary prevention
Məqalə
Arterial hypertension management in patients with confirmed coronary heart disease: how far are we from meeting prevention goals?
Qrant
TEMPUS MUMEENA layihəsi
TEMPUS FLEPP layihəsi
ERASMUS MUNDUS MEDEA layihəsi
Erasmus + Movlane mübadilə proqramı
Üzv olduğu qurum
Azərbaycan Kardiologiya Cəmiyyəti
Avropa Kardiologiya Cəmiyyətinin professional üzvü
Avropa Preventiv Kardiologiya Assosiasiyası
Avropa Ürək çatışmazlığı Assosiasiyası
Magistr
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Tibbi-bioloji elmlər” kafedrası, “Uroloji əməliyyatlardan sonra xəstələrin reabilitasiyası” mövzusunda Bədən tərbiyəsi və idman ixtisası üzrə magistr dərəcəsi almaq üçün dissertasiya işinə elmi rəhbərik (2020)
ADBTİA-nın 2017-2020-ci illərdə ingilisdilli İdman Tibbi və Reabilitasiya magistr proqramı dissertantlarının məsləhətçisi