Bizi izləyin:
Heydər Əliyev
Təhsili

Pediatriya  fakültəsi / Azərbaycan Tibb Universiteti *1997-2003

Bioqrafiya

Doktor Nağıyeva Ürfanə Bəhram qızı 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini bitirib.

 2003-2004-cü ildə Suraxanı rayonu  Əmircan  qəsəbəsində  8 saylı  Birləşmiş  xəstəxanada internatura keçib.

 2004-cü ildən 2016-cı ilədək Azərbaycan Tibb Universitetinin  “Ağciyər xəstəlikləri” kafedrasında baş laborant, 2016-cı ildən isə assistent  vəzifəsində işləyir.  Kafedrada  işlədiyi müddətdə   kafedra əməkdaşlarının və tələbə kollektivinin dərin rəğbətini qazanmış, savadlı və  məsuliyyətli bir əməkdaşdır. O, özünə qarşı tələbkardır, bilik və bacarığını artırmaq məqsədilə daim öz üzərində çalışır,  kafedranın və universitetin ictimai həyatında fəal iştirak edir.    Pandemiya zamanı Respublikanın 5 rayonunda həkimlərə təlim keçib. Eyni zamanda Bakı şəhərində və rayonlarda modul tipli xəstəxanalarda konsultant pulmonoloq kimi fəal iştirak edib.

    Ü.B.Nağıyeva  tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi  almaq üçün “Ağciyərlərin xronik obstruktiv xəstəliyi ilə yanaşı gedən multirezistent ağciyər vərəminin xüsusiyyətləri” mövzusunda dissertasiya işi üzərində çalışır.  O, kafedrada işlədiyi müddətdə elmi jurnallarda dərc edilən tezis və məqalələrin həmmüəllifi olmuşdur

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti * 2016-hal-hazıradək

Baş laaborant  Azərbaycan Tibb Universiteti * 2004-2016

Məqalə

COVİD-19  xəstəliyi keçirmiş ağciyər vərəmi olan xəstələr arasinda dərmanlara rezistentliyin xüsusiyyətləri

Allerqoloq,İmmunoloq və İmmunoreabilitoloqlar  Elmi Cəmiyyətinin VII Milli Beynəlxalq konqresi, 14 oktyabr  2022-ci il, səh.19-20   R.İ.Bayramov, C.M.İsmayılzadə, Ü.B.Nağıyeva, A.E.İrzayeva      

Koronavirus və ağciyər vərəminin  birgə gedişi / Allerqoloq,İmmunoloq və İmmunoreabilitoloqlar  Elmi Cəmiyyətinin VII Milli Beynəlxalq konqresi, 14 oktyabr  2022-ci il, səh.20-21   R.İ.Bayramov, Ü.B.Nağıyeva, Ş.M.Vəliyeva, Z.T.Qurbanova, R.İ.Həmzəyeva.

Xronik destruktiv ağciyər vərəmi və ağciyərlərin xronik obstruktiv xəstəliyinin  birgə gedişi zamani   morfo-funksional dəyişikliklər

7 -10 iyun 2022-ci ildə keçirilən Qarabağ 3-cü Beynəlxalq Tətbiqi Elmlər konqresi “Şuşa ili-2022” səh.12-16   C.M.İsmayılzadə, R.İ.Bayramov, Ü.B.Nağıyeva, A.H.Osmanova.

Dərmanlara rezsitent ağciyər vərəmi tibbi-sosial problemdir

Ümunmilli lider Heydər Əliyevin anadan olmasının 100illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-paktik konqres, 3-6 may 2023-cü il, səh.138

R.İ.Bayramov, C.M.İsmayılzadə, Ü.B.Nağıyeva.Dərmanlara rezistent ağciyər vərəmi zamanı kimyəvi terapiyanın effektivliyi

Ümunmilli lider Heydər Əliyevin anadan olmasının 100illiyinə həsr olunmuş “Çağdaş təbabət: yeniliklər və müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filyalı, Bakı Sağlamlıq mərkəzi-2023 cü il, səh.40   R.İ.Bayramov, C.M.İsmayılzadə, Ü.B.Nağıyeva, R.İ.Mustafayeva

Dərmanlara rezistent ağciyər vərəmi ftiziatriyanın problemidir

Təbabətin aktual problemləri, Beynəlxalq elmi-praktiki konqresin materialları, 6-8 may 2024-cü il, səh. 112-113  R.İ.Bayramov C.M.İsmayılzadə, Ü.B.Nağıyeva