
Doktor Aysel Osmanova 1992-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı şəhəri N.Nərimanov rayonu 212 saylı orta məktəbini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub.
2015-ci ildə həmin fakültəni bitirdikdən sonra 2015-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin bazasında Ftiziatriya ixtisası üzrə Rezidentura pilləsində təhsilimi davam edib.
2018-ci ildən 2023-ə qədər Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasında baş laborant kimi fəaliyyət göstərib. 2023-cü ildən indiyə qədər Ağciyər xəstəlikləri kafedrasında assistent vəzifəsində çalışır.
2022-ci ilin noyabr ayından Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsində akademik məsləhətçi (tyutor) kimi işləyir.
Kafedrada fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan və İngilis dillərində tədris prosesinə cəlb olunub. Bununla yanaşı kafedrada tədris işinin təşkilində köməkçi kimi edib.
Azərbaycan Tibb Universiteti * 2023-cü ildən hal-hazıradık
Baş laborant Azərbaycan Tibb Universiteti * 2018-2023
Azərbaycan Tibb Universiteti (Müalicə-profilaktika fakültəsi)* 2009-2015
Xronik destruktiv ağciyər vərəmi və ağciyərlərin xronik obstruktiv xəstəliyinin birgə gedişi zamani morfo-funksional dəyişikliklər
7 -10 iyun 2022-ci ildə keçirilən Qarabağ 3-cü Beynəlxalq Tətbiqi Elmlər konqresi “Şuşa ili-2022” materialları səh. 12-16. C.M.İsmayılzadə, R.İ.Bayramov, Ü.B.Nağıyeva
Vərəmin müalicəsi zamanı dərman preparatlarına qarşı yaranan allergik reaksiyalar
Allerqoloq,İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin VII Milli Beynəlxalq konqresi, 14 oktyabr 2022-ci il, səh.-115 Ş.M.Vəliyeva, R.İ.Bayramov, Z.Ş.Qədimova, Z.T.Qurbanova
Dərmanlara rezistent ağciyər vərəminin müalicəsinin effektivliyi
Ümunmilli lider Heydər Əliyevin anadan olmasının 100illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-paktik konqres, 3-6 may 2023-cü il, səh.139 R.İ.Bayramov, R.İ.Həmzəyeva
İnfiltrativ ağciyər vərəmi olan xəstələr arasında dərmanlara davamlılığın aşkarlanması və onun xüsusiyyətlərinin öyrənilməsi
Ümunmilli lider Heydər Əliyevin anadan olmasının 100illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-paktik konqres, 3-6 may 2023-cü il, səh.200 A.E.İrzayeva, Z.T.Qurbanova
Genital orqanların vərəminin diaqnostikasının kompleks müayinəsinin xüsusiyyətləri və qadın sonsuzluğunun inkişafında rolu
Ümunmilli lider Heydər Əliyevin anadan olmasının 100illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-paktik konqres, 3-6 may 2023-cü il, səh.242 Ş.M. Vəliyeva