Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Doktor Süleymanov Orxan Knyaz oğlu 1984-cü ildə Saratov tibb universitetinin hərbi-tibbi fakültəsininin məzunu olmuşdur. 1984-1992-ci illərdə Sovet Ordusunda hərbi hissənin tibb məntəqə rəsi, hərbi hospitalın terapiya şöbəsinin rəisi vəzifələrində xidmət etmişdir. 1992-2014-cü illərdə Azərbaycan Ordusunda Hərbi-Tibb idarəsində baş zabit, MN Mərkəzi Klinik hospitalında nefrologiya və vərəm şöbələrinin müdiri, MN Ağciyər xəstəlikləri hospitalında baş ordinator, şöbə müdiri vəzifələrində, 2014-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin rezidentura bölməsində  çalışmışdır. 2016-2020- ci illərdə MN hərbi hıssəsində terapevt kimi (mülkü) işləmiş, 2020-çi ildən hal-hazıra kimi  Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasında assistent vəzifəsində çalışır.

Calışdığı müddətdə O.Süleymanov kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqanlarına kömək etmiş və Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərmişdir. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir.

Doktor O.Süleymanov işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti * 2020-hal-hazıradək

Təhsili

I müalicə-profilaktika  fakültəsi Azərbaycan Tibb Universiteti *1978-1982

Hərbi-tibbi fakültə Saratov tibb universiteti *1982-1984

Nailiyyətlər (adlar)

Tibb elmləri namizədi (2005-ci il)

Peşə və pedaqoji inkişaf

Ə.Əliyev adına ADHTİ –*1995 kliniki nefrologiya

Ə.Əliyev adına ADHTİ –*1999 uşaq və yeniyetmələrin ftiziatriyası

Ə.Əliyev adına ADHTİ –*1999 ftiziatriya

Məqalə

Результаты лечения туберкулеза с лекарственной устойчивостью микобактерий с применением бедаквилина и деламанида

2021*Buletinul Akademiei de Ştiinte a Moldovei, Том 1 Выпуск 69 (стр 72-78) Кищинев.

Dərmana davamlı vərəm: problemlər və müalicə imkanları 2021 *Sağlamlıq jurnalı, cilid 27, №2 (səh.212-216)

Bronxial astmanın və ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşmələri zamanı tənəffüs viruslarının spektri

2024  Azərbaycan allerqologiya və klinik immunologiya jurnalı, cild 12, №1 (səh.36-44)