
Zeynəb Tamrelha qızı Qurbanova 1972-cı il təvəllüdlüdür. 1989-сu ildə orta məktəbi gümüş medalla, 1995-cü ildə isə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-1996-cı illərdə 6 saylı Uşaq Klinik Xəstəxanasının pediatriya şöbələrində internaturanı keçmişdir. 2004-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda həkim-pediatr ixtisası üzrə 2 aylıq ixtisaslaşma kursu keçmişdir. 2004-cü ildə Mərkəzi Klinik xəstəxanasında həkim-müdavim pediatr vəzifəsində çalışmışdır. 2004-cü ildən ATU-nun Ağciyər xəstəlikləri kafedrasında 7 il baş laborant vəzifəsində işləmişdir. 22.11.2011-ci ildən Azərbaycan Tibb Universitetinin Agciyər xəstəlikləri kafedrasında assistent vəzifəsində çalışır.
Çalışdığı müddətdə Z.Qurbanova kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat işlərində və Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərmişdir. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir. Assistent Z.Qurbanova işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır
Assistent Azərbaycan Tibb Universiteti * 2011-hal-hazıradək
Baş laborant Azərbaycan Tibb Universiteti * 2004-2011
Pediatriya fakültəsi Azərbaycan Tibb Universiteti *1989-1995
25 sentyabr 2021-ci ildə «Центр дополнительного образования Медицинского института РУДН по программе дополнительного профессионального образования «Современные аспекты профилактики, диагностики и лечебная тактика при респираторных заболеваниях» təlimdə olmuşam.
Оценка взаимосвязи различных патогенетических факторов и аритмий у больных туберкулезом легких и сахарным диабетом
Тбилиси-Нью-Йорк: Georgian Medical News Journal, – 2016. № 11 (248), – c. 57-60. З.Т. Курбанова, А.Б. Бахшалиев, Р.И. Байрамов, Д.М. Исмаилзаде.
Clinical features of pulmonary arterial hypertension in patients with chronic destructive lung tuberculosis combined with chronic obstructive pulmonary disease
Казань: Вестник современной клинической медицины, – 2019. №6, – с.23-29 J. İsmyilzada, R. Bayramov, Z. Qurbanova, Z. Kadimova, T. Ibrahimov, U. Nagiyeva
Изучение роли различных патогенетических факторов в развитии аритмий и нарушений центральной гемодинамики у больных туберкулезом легких с сопутствующим сахарным диабетом
Кишинёв: Вестник Академии наук Молдовы, Медицина, – 2019. №3. Том 63, – с. 142-146. З.Т.Гурбанова.
Эффективность b-блокатора III поколения карведилола больных хроническим туберкулезом лёгких с сопутствующим сахарным диабетом
Сборник статей по материалам XXV международной научно-практической конференции Современная медицина новые подходы и актуальные исследования, Москва-2019. №7 с.-32-35 З.Т.Гурбанова.
Ağciyər vərəmi ilə yanaşı gedən şəkərli diabet xəstələrində ürək keçiriciliyi və ritm pozğunluqlarının müasir diaqnostikası
Bakı: Azərbaycan Tibb jurnalı, 2020-ci il. Xüsusi buraxılış, s.34-38. Z.T. Qurbanova, Ş.M. Vəliyeva, A.E. İrzayeva, U.B. Nagıyeva.
Ürək ritmi və keçiricilik pozulmalari aşkarlanan ağciyər vərəmi ilə yanaşı gedən şəkərli diabetli xəstələrdə III nəsil qeyri-selektiv α, ß-blokator karvedilolun təyininin effektivliyi
Karabakh III. International congress of applied sciences "Year of Shusha- 2022". Baku, june 7-10, – 2022, – p. 40-44. Z.T. Qurbanova, R.İ. Bayramov Z.Ş. Qədimova Ş.M. Vəliyeva, A.E. İrzayeva