Axundova Cəmilə İsmayıl qızı 29 oktyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 152 saylı orta məktəbə qəbul olunmuş və 2000-ci ildə məktəbi bitirmişdir. 2000-2007-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Pediatriya fakültəsində təhsil almışdır. 2007-2008-ci ildə Ə.Qarayev adına uşaq xəstəxanasında internatura kursu keçmişdir.
Baş laborant, ATU, 2023-2025 (hal-hazıradək).
İnternatura, 2007-2008.Pediatriya üzrə bakalavr, Azərbaycan Beynəlxalq Universiteti, 2000-2007. Bakı.
06-08.05.2025. Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş “Tibb Festivalı”.
04.10.2024. Professor S.Əliyevin anadan olmasının 80 illik yubileyi münasibətilə elmi-praktik konfrans.
07.12.2024. Azərbaycan -Türkiyə Allerqoloqlarının 1-ci Beynəlxalq Konfransı.
08.05.2023. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Pediatriyanın aktual problemləri” konfrans. Bakı.
06.05.2023. Ümumilli lider H.Əliyevin 100 illiyinə həsr olunmuş “Təbabətin Aktual Problemləri üzrə Elmi Praktiki Kongresi” çərçivəsində keçirilən “Pediatriya və Neonatologiyada Yeniliklər Konfransı”, Bakı.