Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Sevinc Ismayılova ATU-nun I Uşaq xəstəlikləri kafedrasının assistentidir.Pediatriya sahəsində  malik olduğu geniş bilik və böyük təcrübə ilə, o özünü uşaqların diaqnostika və müalicəsinin yaxşılaşdırılmasına həmçinin, uşaqlar arasında müxtəlif xəstəliklərin profilaktikası və yardımına həsr etmişdir. Tədris-metodik işlərin hazırlanmasının fəal iştirakçısıdır. Klinikaya böyük həvəs göstərməklə yanaşı, elmi-tədqiqat işlərə ciddi maraq göstərmişdir.

Elmə olan marağını və böyük elmi potensialını nəzərə alaraq kafedrada o iddiaçı kimi dissertasiya işi üzərində işləməyə başlamışdır. “Nekrotik enterokolit keçirmiş körpələrin katamnezi və reabilitasiya yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiyyə etmişdir.  S.C.İsmayılova pediatriya ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru adı almışdır.  Dissertasiya işi S.İsmayılovanın elmi və analitik xüsusiyyətlərini nümayiş etdirdi, eyni zamanda onun xəstə uşaqlara kömək məqsədilə alınmış nəticələrdən praktikada istifadə bacarığını da nümayiş etdirdi.

O, çalışqan və qabilliyətli bir həkim kimi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Diaqnostika şöbəsində ixtisaslı yardımın göstərməsində fəal iştirak edir. Klinik təhlillər aparır, xəstə uşaqları müayinə edərək, müalicəvi kömək göstərir. Həkimlərin sertifikasiyasından keçmiş və sertifikasiya şəhadətnaməsini almış.

 O, tələbələri və rezidentləri ilə qazanılmış geniş bilik və təcrübə mübadiləsi aparır və onları müzakirələrə, interaktiv dialoqlara cəlb edərək seçdikləri ixtisas üzrə müvəffəqiyyət əldə etmək üçün doğru səmtə yönəldir. Onun tədris tərzi praktikadan nümunələrlə, teoretik bacarıqlar, tələbə və rezidentləri analitik və klinik düşüncə təcrübəsi qazanmağa sövq etmək, pediatriyanın  müxtəlif sahələri haqqında vahid anlayış inkişaf etdirməkdir. S.C.İsmayılova akademik fəaliyyətindən əlavə pediatriyanın müxtəlif istiqamətləri üzrə aktiv iştirak etmiş və etməkdədir. O, müxtəlif beynəlxalq konqres, konfrans, seminarlarda aktiv iştirak edir və bu zaman öz kolleqaları ilə peşəsi üzrə təcrübəsini  bölüşür. Reytinq jurnallarda işıq üzü görən məqalələrindən çoxu uşaq xəstəliklərinin problemlərinə həsr olunub.

Akademik fəaliyyət

Tibb üzrə fəlsəfə doktoru, ATU, 2024.

Assistent, ATU, 2009.

Baş laborant 2005-2009.

İnternatura, Bakı şəhəri K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu

 

Təhsil

• Pediatriya ixtisası, tibb üzrə fəlsəfə doktoru, 2024, Bakı.

• İnternatura, Pediatriya üzrə, 2004-2005. Bakı.

• Pediatriya üzrə bakalavr, Azərbaycan Tibb Universiteti, 1998-2004. Bakı.

Peşə və Pedaqoji İnkişaf

2024-Pedaqoji Peşəkarlığın İnkişafı

2023-Pediatriyaya Müasir yanaşma-elmi-praktik konfrans

2023-1st International Pediatric Gongress of the Azerbaijan Pediatric Society

2023 Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Həsr Olunmuş Konfrans

2023 International Conference On Medical Education- “Artificial Intelligence in Medical Education”

2023 Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Pediatriyanın aktual problemləri -elmi-praktik konfrans

2023 “Pediatriyanın actual problemləri” elmi-praktik konfrans.

2022 “Nadir genetik xəstəliklərə multidissipinar yanaşma” Elmi-praktiki konfrans.

2022 1-ci tip Tirozinemiya mövzusunda seminar

2022 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu Yoluxucu Xəstəliklər kursu (modul 5-6).

2022 Pediatriyanın Aktual Problemləri” XII Beynəlxalq Elmi-Praktiki Kongres

2022 Dünya Diabet Günü Elmi-praktik konfrans

2021 Pediatriyada Yeniliklər” elmi-praktik konfrans

2021 The 5th Global Mikrobiota Summit

2021 Неотложная помощь у детей при инфекционных заболеваниях. Санкт-Петербург

2021 Professor Tamerlan Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Təbabətin Aktual Problemləri” Beynəlxalq konqres

2020 “Modern Medicine. Problems, Prognoses and Solutions

2019Təbabətin Aktual Problemləri Elmi-praktik konfrans

2019 “ Kəskin Respirator Xəstəliklərin Menecmenti. Qrip və Sars-Cov 2 virus infeksiyalarının Differensial Diaqnostikası seminar

2019 “Qadın xəstəlikləri və Fetal Radiologiya” adlı konfrans.

2019  “Təbabətin Aktual Problemləri” adlı elmi-praktik konfrans.

2019  Bir yaşa qədər körpələrin qidalanması.Təlim kursu

2019 Pediatriyanın tibbi-sosial aspektləri konfrans.

2019 “ IX simpozium “Pediatriyada Yeniliklər”

2018 Erkən yaşlı uşaqların qidalanması. adlı elmi-praktik konfrans

2018  “Uşaqlıq dövrünün.nevroloji xəstəlikləri elmi-praktik konfrans

2018 Yenidoğulma dövrünün aktual problemləri elmi-praktik konfrans

2012 OMI Satellite symposium/ Pediatric Emergency Care

2011 “Təhsilin əsasları” / 2010 “Diplomaqədərki və diplomdansonrakı tibbi təhsildə Reproduktiv Sağlamlıq və Ailə Planlaşladırılması mövzusunun tədrisinin gücləndirilməsi”

Məqalə

1.Nekrotik enterokolit keçirmiş körpələrdə südəmər dövrün katamnezi. Sağlamlıq. Bakı 2014. Səh 169-175

2.Оценка факторов повышенного риска заболеваемости детей некротизирующим энтероколитом. Фундаментальные исследования. Москва 2015. стр. 1166-1169

3.Uşaqlarda nekrotik enterokolitin formalaşmasının risk amillərinin təhlili. Azərbaycan Təbabətinin 

müasir nailiyyətləri nailiyyətləri. Bakı 2018. səh.152-157

4.Bakı şəhərində uşaqların nekrotik enterokolit ilə  xəstələnmə dinamikası və yayılma səviyyəsi. Sağlamlıq. Bakı 2018. Səh.113-117

5.Факторы риска и  распространенности некротического энтероколита среди детей  в г.Баку. «Биомедицина». Баку 2018. стр.10-13.

6.Особенности акушерство-гинекологического и соматического статуса матерей детей с некротическим энтероколитом. «Медицинские новости». Минск 2019. стр. 66-69

7.Importance of combinations of risk factors in the development of necrotizing enterocolitis in newborn children. Український журнал медицини, біології та спорту.2022. p. 139-142

8.Nekrotik enterokolit keçirən uşaqların katamnezi. Tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 70 illiyinə həsr edilmiş elmi konfransın materialları. İctimai sağlamlıq və səhiyyə. Bakı 2014. Səh 143

9.Nekrotik enterokoliti olan uşaqların analarında hamiləliyin gedişinin xüsusiyyətləri. Aqil Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransların materialları. Bakı 2016. səh.197-199

10.Nekrotik enterokolit keçirmiş uşaqların instrumental müayinə metodlarının məlumatları. Ə.Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı 2017. səh.212-213

11.Relationship Between The Health Status Of The Mother And  Development Necrotızıng Enterocolıtıs In Children. Problems, achievements and prospects of the development of medical, biological and sports sciences.Ukraine 2022. Page 10-12.

12.Psycomotor Development and Neurological Status of Infants Undergoing Necrotizing Enterocolitis.Ukraine 2022. Page 48-50

13.Uşaqlarda nekrotik enterokolitin etiologiysı və yayılması. Elmi İş Beynəlxalq Elmi Jurnal. Bakı 2024.Səh 49-54

14.Perinatal risk amillərinin uşaqlarda bətndaxili infeksiyaların kliniki gedişinə təsiri. Elmi İş Beynəlxalq Elmi Jurnal. Bakı 2024.Səh 150-153

15.Health Condition of Early Age Children Born With Intrauterine Infection. Elmi İş Beynəlxalq Elmi Jurnal. Bakı 2024.Səh 165-169

16.Research of Complex Assesment of Health Condition of Early Age Children Born With Instrauterine Infection. Elmi İş Beynəlxalq Elmi Jurnal. Bakı 2024.Səh 175-179

17.Katamnezdə nekrotik enterokolit keçirmiş uşaqların sağlamlıq vəziyyətinin təhlili. Elmi İş Beynəlxalq Elmi Jurnal. Bakı 2024.Səh 44-48

18.Uşaqlarda nekrotik enterokolit zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyası. Elmi İş Beynəlxalq Elmi Jurnal. Bakı 2024.Səh 34-39

19.Doğuş zamanı az bədən çəkisinin risk amilləri. Azərbaycan Təbiətinin Müasir Nailiyyətləri. No 2,2024.Səh 157-160

Daxili qrantlar

2013-cü ildən etibarən Elmi-Tədqiqat Pediatriya İnstitutunda  Yenidoğulanlarda nekrotik enterokolitin erkən diaqnostikası,klinikası və müalicə prinsipləri mövzusunda planlı elmi tədqiqat işləri başlanmışdır.Bu işlə əlaqədar institutun əməkdaşları ilə birliklə İsmayılova  S.C Azərbaycan Respublikası Prezidenti yaninda Elmin İnkişaf Fondu tərəfindən keçirilən Qrant layihısində iştirak etmiş və qalib gəlmişlər.