Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Nərmin Akif qızı Əzizova (Bağırova) 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olub, 2014-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. Tələbəlik dövründə Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətində apardığı elmi iş “İlin elmi mövzusu” seçilmişdir. 2014-2018-ci illərdə rezidenturanı Ə.F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında keçmişdir. 2018-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Hacettepe Universitetində rotasiyada olmuşdur. Həmin ildə (2018) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinə həkim-neonatoloq vəzifəsinə təyin olunmuş və hal-hazırda həmin vəzifədə çalışır. 2018-2022-ci illərdə əlavə iş yeri olaraq 1 nömrəli Bakı Tibb Kollecində “Yoluxucu xəstəliklər” fənnindən müəllimə kimi çalışmışdır. 2021-ci ildən etibarən əlavə iş yeri olaraq Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasında çalışır. 2020-ci ildə dissertanturaya keçirilən imtahanlarda müvəffəqiyyət qazanmış və K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda dissertanturaya daxil olmuşdur. “Kritik vəziyyətdə olan 1 yaşa qədər uşaqlar arasında anadangəlmə anomaliyanın diaqnostikası və proqnostik təhlili” mövzusunda dissertasiya işi tamamlanmış və elmi iş müdafiə ərəfəsindədir. Azərbaycan Respublikasında və bir sıra xarici ölkədə beynəlxalq konfranslarda, elmi seminarlarda, simpoziumlarda və digər tədbirlərdə iştirak etmişdir. 15 beynəlxalq və yerli elmi məqalənin, 6 tezisin və 4 beynəlxalq konfrans çıxışının müəllifidir. Türk, İngilis dillərində sərbəst,  Rus dilində danışa bilir. Ailəlidir, 2 övladı vardır.

Akademik fəaliyyət

Baş laborant, Azərbaycan Tibb Universiteti, 2023 — hal-hazırkı vaxtadək

Dissertantura proqramı, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 2020 — hal-hazırkı vaxtadək

Müəllim, 1 nömrəli Bakı Tibb Kolleci, 2018—2022

Həkim-neonatoloq, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 2018 — hal-hazırkı vaxtadək.

 

Təhsil

Dissertantura. K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 2020 — hal-hazırkı vaxtadək

Rezidentura, Ə.F. Qarayev adına 2 saylı Uşaq xəstəxanası, 2014—2018

Pediatriya fakültəsi, Azərbaycan Tibb Universiteti, 2008—2014.

Peşə və Pedaqoji İnkişaf

2024 “Azərbaycan Uşaq Cərrahiyyəsi günləri, 17-19 may, 2024. I Beynəlxalq Forum”

2024 “The 11th Europaediatrics Congress”

2024 “Pediatriyada müzakirəli məsələlərə müasir baxış”

2023 “1st İnternational Pediatric Congress of the Azerbaijan Paediatric Society” 1-3 İyun, Bakı.

2023 “Təbabətin Aktual Problemləri” Beynəlxalq Elmi Praktiki Konqres

2023 “Neonatologiya və pediatriyada yeniliklər konfransında” , 6 may, Bakı.

2023 “Pediatriyada 2 ci yenilənmə simpoziumu” 24-25 noyabr.

2022 “Azərbaycan Pediatriya Cəmiyyəti I Milli Konqres”

2022 VII Beynəlxalq Azərbaycan Allerqoloq, İmmunoloq və İmmumnoreabilitoloqların Konfransı

2022 “12th İnternational congres of UENPS”

2022 “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş həkimlər və tibb bacıları üçün konfrans”

2022 “1 ci beynəlxalq pediatriya, uşaq cərrahiyyəsi və tibb bacıları konqresi”

2022 “Uşaqlarda təkmil həyata dəstək” 8-9 sentyabr, Bakı.

2021 “Uğurlu gələcək 2”.

2020 “Pediatrik xəstələrdə və yenidoğulanlarda mexanik ventilasiya, reanimasiya və təcili pediatrik yardım” 26-27 noyabr, Bakı.

2019 “İmmunopatoloji xəstəliklər” 17-18 may, Bakı.

2019 “17.UNPSTR- Avrasya kongresi-Nutrisyon Okulu” 19-22 Sentyabr, Bakı.

2019 “Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq konqresi” 17 oktyabr,Bakı.

2019 “Böyüklərdə və pediatrik xəstələrdə ürək çatışmazlığına həsr olunmuş Elmi-Praktik Simpozium” 12-13 aprel.

2018 “Təbabətin Aktual Problemləri”

2018 Bakı Neonatologiyanın müasir aktual problemlərinə həsr olunmuş “Yenidoğulma dövrünün aktual problemləri”

2018 Pediatrik temel ve ileri yaşam desteği,Hacetepe Üniversitesi, Türkiye

Elmi araşdırma sahəsi

“Kritik vəziyyətdə olan 1 yaşına qədər uşaqlarda anadangəlmə anomaliyaların diaqnostikası və proqnostik qiymətləndirilməsi”

Məqalə

1.Hacıyeva N.R., Bağırova N.A. Hiperaktivlik və diqqətin defisiti sindromu: Dəcəllik, yoxsa xəstəlik? Azərbaycan Psixiatriya Jurnalı, 2012, №1(22), s. 96–106.

2.Əzizova N.A. Uşaqlarda piylənmə xəstəliyinə müasir baxış. Sağlamlıq jurnalı. – 2018. – №4. – s. 206–211.

3.Əzizova N.A. Peyvəndlərin etibarlılığı və yan təsirləri. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri. – 2018. – №4. – s. 18–23

4.Əzizova N.A. İmmun çatışmazlıq olan uşaqlara yanaşma.Azərbaycan Perinatologiya və Pediatriya jurnalı. – 2019. – №2. – s. 61–69

5.Əzizova N.A. Anadangəlmə unilateral pulmonar ageneziya müşahidəmiz. Eurasian Journal of Clinical Sciences. – 2020. – №2. – s. 1–2. – İcmal məqalə

6.Əzizova N.A. Kritik vəziyyətdə olan uşaqlarda anadangəlmə anomaliyaların struktur təhlili. Əziz Əliyev adına elmi-praktik jurnal “Tibb və Elm”. – 2021. – s. 15–24.

7.Əzizova N.A. Neonatal dövrdə aşkar edilən anadangəlmə anomaliyaların struktur təhlili. T. Əliyevin 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2021” Beynəlxalq Elmi-Praktik Konqres materialları. – 2021, Bakı. – s. 147–148. – Tezis.

8.Qasımova Y., Azizova N. Üniversite hastanemizde yenidoğan döneminde görülen konjenital anomalilerin yapısal analizi. Ulusal Neonatoloji Kongresi (UNEKO 29). – 2021, Antalya, Türkiyə. – s. 202. – Tezis.

9.Гасымова Е.А., Азизова Н.А., Салехова Г.Б., Акбарова У.К. Легочная гипертензия у новорожденных детей в критическом состоянии, связанная с врожденными пороками сердца. IX Всероссийский Конгресс по Легочной Гипертензии. – 2021, Moskva, Rusiya. – s. 16–17. – Tezis.

10.Əzizova N.A. İnsan embriogenezi və dölün fetal dövrdə inkişafına müasir baxış. Azərbaycan Perinatologiya və Pediatriya jurnalı. – 2022. – C. 8, №2. – s. 42–51.

11.Əzizova N.A. The frequency and types of congenital anomalies observed in the neonatal period among somatic groups of patients in Azerbaijan. 12th International Congress of UENPS. – 2022, Krakow, Polşa. – Çıxış (onlayn).

12.Əzizova N.A. Nadir xəstəlik olan Donohue sindromlu xəstə müşahidəmiz. 3rd Karabakh International Congress of Applied Sciences. – 2022, Şuşa, Azərbaycan. – Çıxış.

13Azizova N.A. The frequency and types of congenital anomalies observed in the neonatal period among somatic groups of patients. V International European Conference on Interdisciplinary Scientific Research. – 2022, Valensiya, İspaniya. – Çıxış (onlayn).

14.Азизова Н.А., Рагимова Н.Дж. Частота встречаемости и анализ структуры врожденных аномалий среди новорожденных, поступивших в стационар за период 2015–2018 гг. XXIV Конгресс педиатров России: Актуальные проблемы педиатрии. – 2023, Moskva, Rusiya. – s. 1. – Tezis.

15.Azizova N.A. Assessment of the critical condition of newborns with congenital anomalies. BMJ Paediatrics Open. – 2024. – Vol. 8, suppl. 5. – s. A106.1.– İndeksləmə: Scopus, Web of Science, PubMed, DOAJ.DOI: 10.1136/bmjpo-2024-PP097.

16.Azizova N.A. Clinical Value of NT-proBNP and Lactate Parameters in Infants with Congenital Heart Defects. Journal of Clinical Medicine of Kazakhstan. – 2024. – Vol. 21(6). – s. 41–47.– İndeksləmə: Scopus.

17.Azizova N., Gafarov İ., Rahimova N., Erdeve O. Comparative Assessment of the Critical Condition of Newborns with Congenital Anomalies on the Basis of Different Scales. Turkish Archives of Pediatrics. – 2025. – Vol. 60(2). – s. 182–190. – İndeksləmə: PubMed, Scopus, Web of Science,DOAJ,EMBASE.10.5152/TurkArchPediatr.2025.24205.

18.Azizova N.A., Gafarov İ., Erdeve O. A cohort study on structural analysis of congenital anomalies in an intensive care unit in Azerbaijan. Congenital Anomalies (Japan). – 2025. – Vol. 65(1). – s. e70007.– İndeksləmə: PubMed, Scopus, Web of Science.

19.Əzizova N.A., Rəhimova N.C. Anadangəlmə anomaliyası olan südəmər uşaqlarda kritik vəziyyətin proqnozlaşdırılmasında PRISM III şkala sisteminin diaqnostik informativliyi. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri. – 2025. – №3. 

20.Azizova N.A. Prognostic biomarkers in congenital heart disease. World of Medicine and Biology. 2025; №6. Ukrayna. İndeksləmə: Web of Science (ESCI), Ulrich’s Web, Index Copernicus.DOI: 10.26724/2079-8334-2025-2-92-7-11.

21.Əzizova N.A. 1 yaşa qədər reanimasiya şöbəsinə qəbul edilən xəstələr arasında anadangəlmə anomaliyaların rastgəlinmə tezliyi. Azərbaycan Tibb Jurnalı. – 2025. – № 2. – s. 11–16.

22.Əzizova N.A. Neonatal reanimasiya şöbəsində izlənilən kritik xəstələrdə anadangəlmə anomaliyaların proqnostik əhəmiyyəti. “Tibb Festivalı”nın tezislər toplusu. – 2025, Bakı. – s. 626. – Tezis.

23.Əzizova N.A. Kritik vəziyyətdə olan yenidoğulmuşlarda anadangəlmə anomaliyaların proqnoza təsiri. “Cərrahi və Mama-Ginekoloji problemlərə multidissiplinar yanaşmalar” mövzusunda beynəlxalq konfrans. – 2025, Naxçıvan. – Çıxış.