
Nigar Bayramova ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti, AR Səhiyyə Nazirliyinin mütəxəssis ekspertidir. Səhiyyənin idarə edilməsi və Pediatriya sahəsində malik olduğu geniş bilik və böyük təcrübə ilə, o, özünü Inkişaf Pediatriyası və Sosial Pediatriya sahəsində uşaq və yeniyetmələrin sağlamlığı və ölümlərinin qarşısının alınması, ölkəmizdə təhsil proqramlarının yaxşılaşdırılması, həmçinin, uşaqlar arasında müxtəlif inkişaf ləngimələrinin profilaktikası və yardımına, ölkəmizdə Uşaq sağlamlığı və xəstəliklərinin inkişafı sahəsinə həsr etmişdir. Dosent N.A.Bayramova bu bakalavr dərəcəsini Pediatriya sahəsi üzrə almışdır, bu da uşaqların sağlamlığı və diaqnostikası üçün möhkəm təməl təmin etmişdir. ATU-nun dosenti olaraq N.A.Bayramova gələcək pediatrların və həkimlərin yetişməsində, əhalinin maariflənməsində ictimai xadim və beynəlxalq təlimçi olaraq böyük rol oynayır.
Belə ki,akademik fəaliyyətindən əlavə pediatriyanın müxtəlif istiqamətləri üzrə aktiv iştirak etmiş və etməkdədir. O, həm universitetimizdə(ATUREK), həm də ÜST, İPA, UNİCEF, AzPC və UNPSTR birlikdə müxtəlif beynəlxalq konqres, konfrans, simpozium, kurs, seminarların təşkili və keçirilməsində aktiv iştirak edir və bu zaman öz kolleqaları ilə peşəsi üzrə təcrübəsini bölüşür. Beynəlxalq Pediatriya Assosiasiyasının Erkən uşaq İnkişafı elmi komitəsində uğurla fəaliyyət göstərir. N.A.Bayramova Azərbaycan Pediatriya Cəmiyyətilə birlikdə fəaliyyətilə, uşaq evlərində uşaqları müayinə etməklə köməklik göstərməyə davam edir. 1976-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub.Bakı şəhərində 54saylı orta məktəbi əla qiymətlərlə bitirib.1994-2000-cü illərdə Azərbaycan Tibb Universitetinin, Pediatriya fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə K.Y.Fərəcova ad. ETPİ-da həkim-interna vəzifəsində çalışmışdır. 2001-ci ildən ATU-nin I Uşaq xəstəlikləri kafedrasında çalışır. 2006-2007-cı illərdə Hacettepe Universiteti Tibb Fakultəsi İhsan Doğramaçı adına Uşaq Xəstəxanasında Uşaq Saglamlığı ve Xəstəlikləri Kafedrasında, Neonatologiya, RİT, Gastroenterologiya, Hepatologiya və Diyet Bölümlərində ixtisasartırma kurslarını keçmiş, Hacettepe Universiteti İnkişaf Pediatriyası Bölümündə – Bayley-3 və Denver-2 İnkişafı Qiymətləndirmə Testlərini öyrənərək yetərlilik sertifikatını almışdır. 2014-cü ildə Türkiyədə “İlk beş yaşta uşaq sağlamlığı izlənməsi kursu”nu keçmişdir. 2014-2015 illərdə Harvard Universitetində İctimai Sağlamlıq Fakultəsində (Post Doc Research Fellow) təhsil almışdır. Bu müddətdə Qlobal Əqli Sağlamlıq/Inkişaf Problemləri Araşdırma Proqramı üzrə Harvard School of Public Health, Harvard Universiteti, Boston Childrens Hospital, McLean Hospital-da kurslar, klinik vizitlər, seminarlarda iştirak etmiş, təhsilini uğurla başa vurmuşdur. 2015-ci ilin iyun ayında Koç Universitetində “Tibbdə tədqiqatların metodologiyası və etikası” adlı təlimdə iştirak etmişdir.
”Azərbaycanda süni mayalanma ilə doğulan uşaqların sağlamlıq vəziyyətinin multifaktorial üsulla qiymətləndirilməsi ” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
2016-2019-cu illərdə ATU-nin Rezidentura şöbəsində şöbə müdiri müavini, 2019-2021-ci illərdə illərdə Təhsilin Keyfiyyətinin təminatı və İnnovasiya şöbəsi şöbə müdiri vəzifəsində çalışmışdır.
Hazırda ATU-nin I Uşaq xəstəlikləri kafedrasında dosentdir. AR Səhiyyə Nazirliyinin mütəxəssis ekspertidir. Dissertasiya Şurasının 3220.01 Pediatriya seminarının, ETPİ-nun Elmi Şurasının üzvüdür. “Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyinin istifadəsi”Mütəxəssislər üçün təlim kursunun təlimçisidir, ölkədə dəfələrlə pediatr, nevroloq və inkişaf sahəsi mütəxəssəsislərinə İDİR təlimləri vermişdir. Jurnalistlərə, valideynlərə immunizasiya sahəsində təlimlər keçmişdir.
ATU-nin Tədris Terapevtik Klinikasında ambulator və stasionar xəstələrin qəbulu sağlam uşaq təqibi, uşaqlarda sinir-psixi inkişafın qiymətləndirilməsi, inkişaf geriliklərinin erkən aşkarlanması ilə məşğuldur. Azərbaycan Tibb Assosiyasının idarə heyətinin və Türkiyə Pediatriya Dərnəyinin üzvüdür, Azərbaycan Pediatriya Cəmiyyətinin idarə heyətinin, Beynəlxalq Pediatriya Assosiasiyasının Erkən Uşaq İnkişafı elmi komitəsinin üzvüdür. Turkish Archives of Pediatrics jurnalının redaksiya heyətinin üzvüdür. Azerbaijan Medical Association Journal –ın redaktor müavinidir. UNPSTR-Mərkəzi Asiya Birliyinin baş katibidir. Azərbaycan Pediatriya Cəmiyyətinin Elmi-tədris mərkəzinin elmi heyətinin üzvüdür. Uşaq inkişafına yardım etmək üçün nəzərdə tutulmuş “Xoş gəldin körpəm” kitabın, Uşaq sağlamliğinin izlənməsi və inkişafinin dəstəklənməsi üzrə dərs vəsaitinin və 47 elmi işin müəllifidir.
Dosent, ATU, 2018-2025.
Assistent, ATU, 2004-2018.
Qonaq assistent professor, Harvard Universiteti Tibb Fakultəsi 2014-2015
Baş laborant, 2001-2004 İnternatura, K.Y.Fərəcova ad. ETPİ 2000-2001
2010 - ATU, Tədris Terapevtik Klinikası
2014 – 2015 Post – dok Elmi isçi, Boston Usaq Xəstəxanası, Boston, ABŞ
2016-2019 ATU, Rezidentura şöbəsində müavin
2019-2021 Təhsilin Keyfiyyətinin təminatı və İnnovasiya şöbəsi şöbə müdiri
Harvard Universiteti Ictimai Saglamliq Fakultəsində Post-Doktorluq Elmi tədqiqatçısı,2014-2015, ABŞ.
Pediatriya ixtisası, tibb üzrə fəlsəfə doktoru, 2016.
İnternatura, ETPİ, 2000-2001. Bakı.
Pediatriya üzrə bakalavr, Azərbaycan Tibb Universiteti, 1994-2000. Bakı.
Kurslar:
1. Hacettepe Universiteti Tibb Fakultəsi İhsan Doğramaçı adına Uşaq Xəstəxanasında Uşaq Saglamlığı ve Xəstəlikləri Kafedrasında, Neonatologiya, RİT, Gastroenterologiya, Hepatologiya və Diyet Bölümləri 2006-2007-cı illər
2.Denver II Gelişimsel Tarama Testi Kursu ve Yeterlilik Sertifikası 2007 Ankara
3. Bayley Scales of Infant and Toddler Development(Bayley- III) 2009 Ankara
4. Research Methodology in Health Sciences. June 2013. Koç University. Istanbul
5.NRP May 2014 Bakı TİKA
6. İSSOP Training Course “Well Child Care” May 2015, Ankara Turkey
7. EXPO E-1 13781 Introduction to Expository Writing 2014 Harvard University
8.İnkişafın Dəstəklənmməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərlik UNİCEF May 2017 Bakı
9.Neonatologiya üzrə Azərbaycan-Türkiyə 2-ci intensiv təlim kursu 14-16 dekabr 2018 Bakı
10. Yeniyetmə sağlamlığı 7-10 noyabr 2024 Ankara
11.Ümumdünya Səhiyyə Təşkilatın "Təlimçilərin Təlimi" hazırlıq proqramı 2020 iyul
12. PROACT-Care 2020
13. UNICEF_ Step by Step _Home visiting 2019 dekabr və s.
ATU məzun tələbələr arasnda keçirilən gizli səsvermədə “Ən yaxşı müəllim”2025
Pedaqoji peşəkarlığın inkişafı təlimi 2024 ATU
Azərbaycan ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi layihəsi çərçivəsində təlim, 2020 yanvar
Beynəlxalq akkreditasiyadan keçmək üçün Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi beynəlxalq seminarları, 2019 noyabr BMU Milli Erasmus Azərbaycan ofisi və s.
“Azərbaycanda süni mayalanma ilə doğulan uşaqların sağlamlıq vəzyyətinin multifaktorial üsulla qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyası
1.Affection of Pollution of Environment and Climatic Changes to the Child’s Health (Turk Arch Pediatr 2023; 58:356-357)10.5152/TurkArchPediatr.2023.231206
2.Sotos Syndrome: A Case Report AMAJ January 2016 Azerbaijan Medical Association Journal1(2):36 10.5455/amaj.2016.02.011
3.Теоритические аспекты лечения железодефицитной анемии у детей(обзор) “Фармация Казахстана”, 4 август 2021, стр.32-39 10.53511/pharmkaz.2021.69.34.007
4.MEDICAL SCIENCES EVALUATION OF THE EFFECTIVENESS OF SOUR-MILK MIXTURES DURING ALIMENTARY DIARRHEA IN CHILDREN Norwegian Journal of development of the International Science No 156/2025 May 202510.5281/zenodo.15397797
5.Tibb təhsil sistemində pedaqoji texnologiyalar və innovasiya metodlarının tətbiqi Azərbaycan təbabətinin müasir nailiyyətləri No1/2022 səh.150-153
6.İltihabi bağırsaq xəstəliyi olan uşaqlarda qaraciyərin zədələnməsi Tibb Festivalı,2025 0.28942/atuj.v1(S)i5y2025
7.Частота встречаемости врожденных пороков развития у детей, родившихся путем вспомогательных репродуктивных технологий в Азербайджане Место публикации : Український журнал клінічної та лабораторної медицини. - 2012. - Том 7, N 3. - С. 85-88 (Шифр УУ42/2012/7/3)
8.YARDIMCI REPRODUKTIV TEXNOLOGIYA ILƏ ASSOSIASIYA OLUNMUŞ PERINATAL RISKLƏR Azərbaycan təbabətinin müasir nailiyyətləri №1/2013, səh 3-6
9.Azərbaycanda yardımçı reproduktiv texnologiya ilə doğulan ekizlərin neonatal dövrdə sağlamlıq vəziyyəti Azərbaycan Perinatologiya və Pediatriya jurnalı(elmi-praktik jurnal) cild № 1,2013, səh.75-81
10.Azərbaycanda Köməkçi Reproduktiv Texnologiya ilə doğulmuş uşaqların böyümə və inkişafı «Sağlamlıq» jurnalı, Bakı. 2014 səh. 136-141
11.Azərbaycanda Yardımçı Reproduktiv Texnologiya ilə doğulan uşaqların sinir-psixi inkişafı «Azərbaycan təbabətinin müasir nailliyyətləri» Bakı №2,2015, səh.77-83.
12.Uşaqlarda periodik qızdırma sindromları «Azərbaycan təbabətinin müasir nailliyyətləri» Bakı №2, 2015
13.COVİD-19, etiologiya və patogenezi, klinikası,diaqnostikası və müalicəsi «Azərbaycan təbabətinin müasir nailliyyətləri»Bakı №2, 2021, səh.181-185.
14.Birincili immundefisitlərdə inkişaf və davranışın qiymətləndirilməsi Azərbaycan Allerqologiya və klinik immunologiya jurnalı, Cild 7;№2, 2019, səh.33
15.Denver II Developmental Screening Test in Assesses development of infants and preschool children Azərbaycan Onkologiya və Hematologiya Jurnalı,2011,1,səh 71.
Azərbaycan Tibb Assosiyasının idarə heyətinin və Türkiyə Pediatriya Dərnəyinin üzvüdür, Azərbaycan Pediatriya Cəmiyyətinin idarə heyətinin, Beynəlxalq Pediatriya Assosiasiyasının Erkən Uşaq İnkişafı elmi komitəsinin üzvüdür. Yeni Klinika PHŞ Tibbi Tədqiqatlar Etik Komssiyanın üzvüdür.
Turkish Archives of Pediatrics jurnalının redaksiya heyətinin üzvüdür. Azerbaijan Medical Association Journal –ın redaktor müavinidir. UNPSTR-Mərkəzi Asiya Birliyinin baş katibidir. Azərbaycan Pediatriya Cəmiyyətinin Elmi-tədris mərkəzinin elmi heyətinin üzvüdür. N.A.Bayramova beynəlxalq təşkilatlarla aktiv əməkdaşlıq etmiş, bir çox beynəlxalq proqramlarda çalışmışdır (erkən yaşlarda uşaq inkişafı, vaksinasiya mövzularında ölkə səhiyyəsinə kömək məqsədilə ÜST və UNİCEF layihələri çərçivəsində həkimlərin, tibb bacılarının və valideynlərin maarifləndirilməsində çoxsaylı təlimlər vermişdir. 4 yaşa qədər uşaq İnkişafının Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyinin istifadəsi. Mütəxəssislər üçün təlim kursunun təlimçisidir. Erkən yaşlarda inkişaf ləngimələrinin, autizm spektr pozulmalarının diaqnostikası və izlənməsinə dair mövzularda psixoloqlara. İnkişaf mütəxəssislərinə dəfələrlə təlim kursları vermişdir. UNİCEF təşkilatçılığı ilə 4-6.03.2025 tarixlərində Ana Südü Əvəzedicilərinin Marketinqinə dair Beynəlxalq Məcəllə üzrə Seminarda iştirak etmişdir.
2016-2021, ATA Pediatriya Dərnəyi idarə heyəti üzvü, Pediatriya Dərnəyi sədri
2016-AMAJ jurnalında redaktor müavini
2019-2022,UNPSTR-Mərkəzi Asiya Baş katib
2021-Dissertasiya Şurasının 3220.01 Pediatriya seminarının üzvü
2021-2023, ETPİ-nun Elmi Şurasının üzvü
2021-Klinik Tıp Dergisi Koşe yazarı
2022-Azərbaycan Pediatriya Cəmiyyəti idarə heyətinin üzvü
2024-Yeni Klinika PHŞ Tibbi Tədqiqatlar Etik Komssiyanın üzvüdür.