
Şərifova Nərgiz Talıb qızı 1997-ci ildə Bakı şəhər 25 saylı orta məktəbi bitirmişdir. 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə qəbul olunmuş, 2003-cü ildə Universiteti bitirmişdir. 02.01.2002-ci ildən 01.05.2003-cü ilədək Bakı şəhər M.Nağıyev adına RTTYX-nın RİTŞ-də tibb bacısı vəzifəsində çalışmışdır. 01.08.2003-cü ildən 27.01.2004-cü ilədək Respublika Uşaq Klinik Xəstəxanasında Pediatriya ixtisası üzrə internatura kursu keçmək üçün həkim-intern vəzifəsində qəbul edilmiş, 02.02.2004-cü ildən 31.07.2004-cü ilədək isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutunda internatura kursunu davam etdirmişdir. 18.08.2004-cü ildən 06.01.2012-ci ilədək K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutunun Reanimasiya və intensiv Terapiya şöbəsində 0,5 ştat vahid həkim-pediatr vəzifəsində çalışmışdır. 06.01.2012-ci ildən həmin şöbənin müdiri vəzifəsinə təyin edilmiş, 21.10.2013-cü ildə şöbə müdiri vəzifəsindən azad edilmiş və həkim-neonatoloq-renimatoloq kimi fəaliyyətini davam etdirmişdir. 18.05.2016-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. 13.05.2016-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinə müdir müavini vəzifəsinə qəbul edilmişdir. 13.05.2016-cı ildə 1-ci dərəcə Dövlət Qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 07.12.2020-ci ildə Səhiyyənin Təşkili şöbəsinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri vəzifəsinə keçirilmiş və 01.04.2022-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. 2022-ci ildən hal-hazıradək ATU-nin I Uşaq xəstəlikləri kafedrasında assistent vəzifəsində çalışır.
Assistent, ATU, 2022-ci ildən hal-hazıradək.
Həkim-pediatr, ETPİ-nun Reanimasiya və intensiv Terapiya şöbəsi,18.08.2004- 06.01.2012.
Şöbə müdiri, ETPİ-nun Reanimasiya və intensiv Terapiya şöbəsi, 06.01.2012-21.10.2013.
Həkim-neonatoloq renimatoloq, ETPİ-nun Reanimasiya və intensiv Terapiya şöbəsi, 21.10.2013-18.05.2016.
Müdir müavini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsi, 13.05.2016-07.12.2020.
Sektor müdiri, Səhiyyənin Təşkili şöbəsinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektoru, 07.12.2020-01.04.2022. Tibb bacısı, Bakı şəhər M.Nağıyev adına RTTYX-nın RİTŞ, 02.01.2002-01.05.2003.
ATU, Pediatriya fakültəsi1997-2003.
Həkim-intern, Respublika Uşaq Klinik Xəstəxanası, 01.08.2003- 27.01.2004.
Həkim-intern, K.Y.Fərəcova adına ETPİ 02.02.2004- 31.07.2004.
13.05.2016-cı ildə 1-ci dərəcə Dövlət Qulluqçusu ixtisas dərəcəsi verilmişdir.
Early prediction of mortality in preterm newborn with perinatal asphyxia. Panakhova N.F., Hajieva N.N., Sharifova N.T., Adilova A.I.
Avropa Pediatriya Cəmiyyətləri Akademiyasının 10-cu Konqresi Vyana, Avstriya və Onlayn, 17-20 oktyabr 2024-cü il.
Orfan xəstəliklərin diaqnostikası və müalicəsinə aid beynəlxalq forum), Özbəkistan, Daşkənd, 30-31 oktyabr, 2024.
68 Türkiyə Milli Pediatriya Konqresi, 20-24 noyabr, Türkiyə, Antalya, 2024.