Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Doktor Səbinə Cəfərova 2006-cı  ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakultəsinin məzunu olmuşdur. Universiteti bitirdikdən sonra Sumqayıt Şəhər Uşaq Xəstəxanasında pediatriya ixtisası üzrə internatura keçib. 2008-2015-ci illərdə 5 Saylı Uşaq Poliklinikasında həkim-pediatr vəzifəsində işləmişdir. 2014-2017-ci illərdə Azərbaycan Tibb Universiteti "Pediatriya" ixtisası üzrə  tibb üzrə fəlsəfə doktoru hazırlığı üzrə doktorantura təhsili almış  və "Uşaqlarda revmatik xəstəliklər zamanı anemik sindromun xüsusiyyətləri" mövzusunda dissertasiya  işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-2020-ci illərdə Əmək və Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi yanında  Dövlət Tibbi-Sosial  Ekspertiza və Reabilitasiya  Xidməti,  Əlillərin   Bərpa  Mərkəzində  həkim-terapevt ,  2019-2024 cü illərdə  MediClub  Hospitalda  aparıcı həkim-pediatr vəzifəsində çalışmışdır. 2021-ci ildə "Pediatriya" ixtisası üzrə tibb elmlər doktoru hazırlığı üzrə  doktoranturaya qəbul olub, “Covid-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindromun klinik-immunoloji təzahürləri və gediş xüsusiyyətləri” mövzusunda elmi-tədqiqat işi üzərində çalışır.

2023-cü ilin Sentyabr ayından Azərbaycan Tibb Universiteti II Uşaq Xəstəlikləri kafedasında baş laborant vəzfəsində işləyir.

Səbinə Cəfərova çalışqanlıq, məqsədyönlük, elmə maraq kimi keyfiyyətləri sayəsində ona verilən tapşırıqların öhdəsindən məharətlə gəlir. Elm sahəsində fəal iştirak edən, yeni biliklər əldə etməyə çalışan mütəxəssis kimi müxtəlif vaxtlarda bir çox nüfuzlu yerli və beynəlxalq konfranslarda  iştirak və məruzə ilə çıxış etmişdir. Azərbaycan Pediatrlar Assosiasiyası,

Avropa Pediatrlar  Akademiyası, Avropa Uşaq Revmatologiya cəmiyyətinin üzvü və  çap edilmiş 17 elmi işin müəllifidir. Fəaliyyətinin əsas istiqamətləri 0-18 yaş qrupundan olan uşaqların sağlamlığının izlənilməsi,  poliklinik-ambulator, stasionar şöbələrdə uşaq nozologiyalarının profilaktikası, diaqnostikası və müalicəsinin bütün müasir aspektlərinin təşkilidir.  S.M.Cəfərovanın şəxsi keyfiyyətləri,   günümüzün yüksək tələblərinə cavab verən savad  və peşəkarlığı, eyni zamanda fəaliyyət göstərdiyi müddətdə yenilikçi ideyalar təklif etməsi həmkarları tərəfindən yüksək qiymətləndirilmiş, əməksever, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti Doktorantura və Dissertantura şöbəsi, tibb üzrə fəlsəfə doktoru hazırlığı *2014-2017

Azərbaycan Tibb Universiteti Doktorantura və Dissertantura şöbəsi, tibb elmlər doktoru hazırlığı *2021- hal-hazıradək

Baş laborant *Azərbaycan Tibb Universiteti * 2023-hal-hazıradək

Təhsil

Azərbaycan Tibb Universiteti, Pediatriya fakultəsi * 2000-2006

Azərbaycan Tibb Universiteti, "Pediatriya" ixtisasında  tibb üzrə fəlsəfə doktoru hazırlığı üzrə əyani  doktorantura *2014-2017

Azərbaycan Tibb Universiteti, "Pediatriya" ixtisasında  tibb elmlər doktoru hazırlığı üzrə əyani  doktorantura *2021-hazırkı vaxtadək

Nailiyyətlər (Adlar)

Tibb üzrə fəlsəfə doktoru

 

Peşə və Pedaqoji İnkişaf

2024- Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda "Pediatriya" ixtisası üzrə ixtisasartırma kursu.

2023- Yoluxucu xəstəliklər zamanı  uşaqlara təcili tibbi yardım. Sank-Peterburq, RF.

2023- Uşaq Allerqologiyası və İmmunologiyası üzrə seminar. Filadelfiya Tibb İnstitutu, Uşaq Xəstəxanası və Vyana Tibb Universiteti.

2022 - Uşaq Qastroenterologiyası. Filadelfiya Tibb İnstitutu, Uşaq Xəstəxanası və Vyana Tibb Universiteti.

2021- İnkişaf və Davranış Pediatriyası, Uşaq və Yeniyetmə Psixiatriyası. Filadelfiya Tibb İnstitutu, Uşaq Xəstəxanası və Vyana Tibb Universiteti.

2021-“Uşaqlarda Təcili Tibbi Yardım və Reanimasiya Seminarları”. Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi.

2020- Amerika Ürək assosasiyasının BLS ,ACLS Təkmil Həyata Dəstək Təlimi.

2014-Azərbaycan Tibb Universiteti, Ohayo Ştatı Universiteti və Wisconsin Tibb və ictimai Səhiyyə Universitetinin birgə təşkil etdiyi Pediatrik Allerqologiya, Kardiologiya, Endokrinologiya, Hematologiya və Onkologiya bölmələri üzrə Pediatrik seminar.

2013-Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda "Pediatriya" ixtisası üzrə ixtisasartırma kursu

Elmi araşdırma sahəsi

"Uşaqlarda revmatik xəstəliklər zamanı anemik sindromun xüsusiyyətləri

“Covid-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindromun klinik-immunoloji təzahürləri və gediş xüsusiyyətləri”

Məqalə

Cəfərova S.M.COVID-19 keçirmiş uşaqlarda multisistem iltihabı sindromun klinik-immunolojı təzahürləri və gediş xüsusıyyətləri. Azərbaycan Pediatriya Jurnalı 2023 Cild 1 №2 səh.1-4  


orcid DOI
Məqalə

1.Musayev S.N., Cəfərova S.M. Revmatik xəstəliklər zamanı anemik sindromun xüsusiyyətləri //  Sağlamlıq jurnalı 2015 №4 səh.189-191

2. Джафарова С.М. Особенности  анемического  синдрома  при ревматоидном артрите // Современная педиатрия  2016 №3 с.41-43(г.Киев, Украина 2016) doi10.15574/sp.2016.75.41

3. Cəfərova S.M. Anemik sindromu olan revmatoid artritli uşaqlarda dəmir mübadiləsinin xüsusiyyətləri // Azərbaycan Tibb Jurnalı 2016 №3 səh.5-8

4. Cəfərova S.M. Birləşdirici toxumanın diffuz xəstəliyi olan uşaqlarda anemik sindromun inkişafına təsir edən amillər // Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri 2016 №3 səh.175-179

5. Cəfərova S.M., Musayev S.N. Birləşdirici toxumanın diffuz xəstəliyi olan uşaqlarda anemik sindromun xüsusiyyətləri. Azərbaycan Respublikası Allerqologiya, İmmunologiya və  immunoreabilitologiya elmi cəmiyyəti,Allerqologiya, İmmunologiya, immunoreabilitasiya üzrə V azərbaycan Milli Kongresi Bakı 21 Oktyabr 2016

6. Cəfərova S.M. Anemik sindromlu  revmatik xəstə uşaqlarda immun markerlərlə dəmir mübadiləsinin göstəriciləri arasında korrelyasion əlaqələr. Azərbaycanda anatomiya məktəbinin banisi əməkdar elm xadimi, professor  K.Ə. Balakişiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans Materialları Toplusu. Bakı 2016

7. Cəfərova S.M.Uşaqlarda revmatik xəstəliklər zamanı anemik sindromun inkişafına təsir edən amillər və dəmir mübadiləsinin xüsusiyyətləri // Azərbaycan Tibb Jurnalı 2016 №4 səh.42-45

8. Cəfərova S.M., Musayev S.N. Revmatik xəstəliklər zamanı iltihabın kəskin faza  göstəricilərinin anemik sindromun inkişafına və ağırlığına təsiri. Ə.Əliyevin anadan olmasının 120 illik yubileyi münasibətilə ATU-da keçirilən Elmi-Praktik Konfransın materialları . Bakı 2017

9. Cəfərova S.M., Musayev S.N. Yuvenil revmatoid artrit zamanı anemik sindromun inkişafına təsir edən amillər. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş "Təbabətin aktual problemləri" adlı  elmi-praktik konfransın materialları. Bakı 2017

10. Джафарова С.М., Mусаев С.Н. Роль иммунного воспаления в развитии анемического синдрома при ревматических болезнях у детей. XIII European Conference on Biology and Medical Sciences 15.03.2017  (г. Вена, Австрия).

11. Джафарова С.М., Мусаев С.Н.Oсобенности факторов приводящих к развитию анемического синдрома у детей с ревматическими заболеваниями.  7 Съезд Ревматологов  26.04.2017-28.04.2017 (г. Москва, Россия).

12. Cəfərova S.M. Birləşdirici toxumanın diffuz xəstəliyi olan uşaqlarda autoimmun iltihabı prosesin anemik sindrom inkişafına təsiri. İnsan genetikası və genetik xəstəliklər : problemlər və inkişaf prespektivləri . Birinci Beynəlxalq elmi-praktik  konfrans. Bakı 30-31 may, 2020 s.117

13. Jafarova S. Characteristics of anemic syndrome during rheumatic diseases in children.

European Academy of Pediatrics EAP Congress and Master Course, April 22-25 , 2021 p.661-662

14. Cəfərova S.M. Covid-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindromun klinik   immunoloji təzahürləri və gediş xüsusiyyətləri “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Təbabətin Aktual Problemləri üzrə elmi-praktiki konqresi çərçivəsində keçirilən “Pediatriya və Neonatalogiyada Yeniliklər Konfransı 

15. Cəfərova S.M. Covid-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindrom zamanı mədə-bağırsaq sistemi zədələnmələrinin klinik və laborator təzhürləri. Təbabətin Aktual Problemləri Beynəlxalq Elmi-Praktik Konqresi. Səh. 115 – 116. Bakı 4-6 May, 2024

16. Cəfərova S.M. Covid-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindromun klinik-immunoloji təzahürləri və gediş xüsusiyyətləri. Azərbaycan-Türkiyə Allerqoloq və İmmunoloqlarının I Beynəlxalq Konfransı. Səh. 20. Bakı 7 Dekabr, 2024

Üzv olduğu qurum

Azərbaycan Pediatrlar Assosiasiyası / Avropa Pediatrlar  Akademiyası