
Səmədli Səma Ağalar qızı 2009-2015-ci illərdə ATU-nin MPFII fakültəsində baza ali tibb təhsili üzrə təhsil almışdır. 2017-ci ildə Çin Xalq Respublikasının “Chinese Scholarship Council” təqaüdünü qazanaraq ÇXR-in Anhui Tibb Universitetinin Birinci Xəstəxanasında tibb üzrə magistr pilləsi üzrə həkim hazırlığından keçmiş və elmi fəaliyyətlərə cəlb olunmuşdur. 2020-ci ildə həmin proqramı uğurla başa çatdırmışdır. 2021-ci ildə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nı qazanmış və ÇXR-in Nanjing Tibb Universitetinin Uşaq Xəstəxanasında və Jiangsu Pediatriya üzrə Əsas Laboratoriyada Tibb üzrə Fəlsəfə Doktoru namizədi kimi təhsilə başlamış və 2025-ci ildə həmin proqramı müvəffəqiyyətlə tamamlayaraq Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2018-2025-cil illər ərzində pediatrik revmatologiya və endokrinologiya istiqamətində 10 SCI məqaləsi çapdan çıxmışdır və bir neçə beynəlxalq forumlarda məruzələrlə və posterlərlə çıxış etmişdir. 2025-ci ilin oktyabrından etibarən ATU-nun II Uşaq Xəstəlikləri kafedrasında baş laborant vəzifəsində çalışır.
Azərbaycan Tibb Universiteti / Baş laborant 2025–ci ildən hal-hazıradək
Azərbaycan Tibb Universiteti MPFII fakültəsi 2009-2015
ÇXR-in Anhui Tibb Universitetinin Birinci Xəstəxanasında tibb üzrə magistr pilləsi 2017-2020
ÇXR-in Nanjing Tibb Universitetinin Uşaq Xəstəxanasında və Jiangsu Pediatriya üzrə Əsas Laboratoriyada Tibb üzrə Fəlsəfə Doktoru 2021-2025
“Cutting-edge technology in Cardiovascular Pharmacology” kursu. 2022-ci il
Uşaqlarda Kavasaki xəstəliyi, İg-A nefropatiyası və Monogenik Diabetlə bağlı