
Doktor Səfərova Səadət 1999-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdi. Universiteti bitirdikdən sonra 1999-2000-ci ildə Bakı şəhərin 1 saylı Dəmir yolu xəstəxanasında doğum və ginekologiya söbələrində internaturanı kecib. 2000-2002-ci illərdə Bakı şəhərin 1 saylı Dəmir yolu xəstəxanasında doğum və ginekologiya söbələrində həkim mama-ginekoloq vəzifəsində işləmişdir. 2002-ci ildə Azərbaycan Tibb Universitetinin I müalıcə-profilaktika fakultəsinin I mamalıq və ginekologiya kafedrasına baş laborant vəzifəsinə işə qəbul olunub. 2002-2005-ci illərdə baş laborant vəzifəsində, 2005-2019-cü illərdə I Mamalıq və Ginekologiya kafedrasında assistent vəzifəsində çalışıb. 2001-ci ildə Rusiya Federasiyasının qabaqcıl tibb mərkəzlərindən biri olan Moskva Vilayətinin Mamalıq və Ginekologiya Elmi-Tədqiqat institutunun aspiranturasına daxıl olmuşdur. 2003-cü ildə “Daxili cinsiyyət üzvlərinin xroniki irinli iltihabının nəticəsində cinsi steroid reseptorlarının klinik əhəmiyyəti” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə tibb elmləri namizədi elmi dərəcəsi təsdiqlənmişdir. 2019-ci ildən hazırkı vaxtadək müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin I Mamalıq və ginekologiya kafedrasında dosent vəzifəsində işləyir. 2023-cü ildə Ali Attestasiya Komissiyası Kollegiyasının qərarı ilə S. Səfərovaya dosent elmi adı verilmişdir.
Çalışdığı müddətdə S.Səfərova kafedranın elmi işində, eləcə də elmi-praktik seminarlarda, konfranslarda yaxından iştirak edir. Mamalıq və ginekologiyanın aktual problemlərinə həsr olunmuş Respublikada və xaricdə elmi-praktik konfransların iştirakçısı olmuşdur. Respublika və xarici mətbuatda çap olunmuş tezis, məqalələrin, metodik vəsaitin, dərs vəsaitlərin müəllifidir.
Universitetimizin əməkdaşı olduğu müddətdən özünü bacarıqlı, işgüzar, nizam-intizamlı, savadlı və qayğikeş həkim, tələbkar müəllim kimi tanıtmışdır.
Dosent / Azərbaycan Tibb Universiteti * 2019-hal-hazıradək
Assistent / Azərbaycan Tibb Universiteti * 2005-2019
Baş laborant / Azərbaycan Tibb Universiteti * 2002-2005
Bakı şəhərin 1 saylı Dəmir yolu xəstəxanası doğum və ginekologiya söbəsi, internatura 1999-2000
Müalicə işi Azərbaycan Tibb Universiteti *1993-1999
Dosent Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyası * 2023
Tibb üzrə fəlsəfə doktoru Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyası * 2006
Tibb elmləri namizədi Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi yanında Ali Attestasiya Komissiyası *2003
Pedaqoji peşəkarlığın inkişafı / Azərbaycan Tibb Universiteti *2024
Ginekolojı endokrinologiya / Ə.Əliyev adına ADHTİ *2024
Effective curiculum sylabus design / Azərbaycan Tibb Universiteti *2023
Mamalıq, perinatologiya, ginekologiya, reproduktiv ginekologiya
Нейросетевой анализ состояния костной ткани у пациентов с сахарным диабетом ИННОВАЦИОННЫЕ ТЕХНОЛОГИИ В ЭНДОКРИНОЛОГИИ
DOI
Сборник тезисов IV (XXVII) Национального конгресса эндокринологов с международным участием. Москва, 2021
Сафарова С.С.
DOI
Костное ремоделирование у пациенток с сахарным диабетом 1 и 2 типа в пре- и постклимактерическом периоде
Ж. Акушерство, гинекология и репродукция. Москва-2020, №5(14), с.611-618.Сафарова С.С. ISSN 2313-7347 https://www.gynecology.su/jour/article/view/836
DOI
Особенности гормонального статуса при хроническом гнойном воспалении внутренних половых органов.
Tibb və elm jurnalı, №03 (33) Bakı-2023, s.35-38. Aлиева Э.М., Аббасова Ф.Ю., Султанова И.А., Мурсалова С.А., Худиева А.Н.