
Əliyeva Aida Cabbar qızı 1963-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1982-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakultəsinə qəbul olmuş, 1988-ci ildə bitirmişdir. İnstitutda oxuduğu müddətdə Respublika Neyrocərrahiyyə xəstəxanasında intensiv terapiya şöbəsində tibb bacısı vəzifəsində çalışmışdır.
1988-1989-cu illərdə Bakı şəhər 6 №-li Uşaq Klinik Xəstıxanasında bir il müddətində həkim-interna vəzifəsində çalışmışdır.
1991-1997-ci illər ərzində Bakı şəhərində N. Nərimanov adına
1№-li Uşaq Yoluxucu Xəstəlikləri xəstəxanasının reanimasiya və intensiv terapiya şöbəsində həkim-reanimatoloq kimi fəaliyyət göstərmişdir.
1998-ci ildə Azərbaycan Tibb Unuversitetinin Patoloji Fiziologiya kafedrasına əvəzedici assistent vəzifəsinə qəbul edilmişdir. 2000-ci ildən kafedranın assistenti vəzifəsində çalışmışdır. Bu müddət ərzində tədrislə məşğul olmaqla bərabər elmi işlə də məşğul olmuş və 2003-cü ildə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 2013-cü ildə dosent vəzifəsinə layiq görulmüşdür. Hal-hazıradək Azərbaycan Tibb Universitetinin Patoloji Fiziologiya kafedrasında dosent vəzifəsində çalışır. İşlədiyi müddət ərzində 80 tezis və məqalə çap etdirmişdir. Eyni zamanda 2 metodik vəsait, 6 dərs vəsaiti, 6 sillabus və 6 dərsliyin həmmüəllifidir.
1988-1989-cu illərdə Bakı şəhəri 6 №-li Uşaq Klinik Xəstıxanasında həkim-interna
1991-ci il 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası həkim reanimatoloq
1998-ci il ATU, Patoloji fiziologiya kafedrası assistant
2013-cü ildən ATU, Patoloji fiziologiya kafedrası dosent
1982 -1988 Ali təhsil N.Nərimanov adına ADTİ
Tibb üzrə fəlsəfə doktoru
2006-2007 “Language proficiency” in British Council
1. Patoloji fizilogiya I. Dərslik. Bakı-2015, 627 səh.
2. Patoloji fizilogiya II. Dərslik. Bakı-2016, 339 səh.
3. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti. Bakı-2019, 459 səh.
4. Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramı. (3 dildə). Bakı, “Təbib” nəşriyyatı, 2019, 115 səh.
5. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti. Bakı-2025, 262 səh.
6. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.
7. Patoloji fiziologiya I Dərslik. Bakı-2025, 627 səh.
8. Patoloji fiziologiya II Dərslik. Bakı-2025, 341 səh.
9. Pathological physiology (Textbook). Dərslik. Bakı-2025, 298 səh.
1. Şəkərli diabetin öyrənilməsində yeni perspektivlər. Azərbaycan tTəbabətinin Müasir Nailiyyətləri №3, Bakı 2018, səh. 143-147
2. Diabetik osteopatiyaların inkişaf mexanizmi. Sağlamlıq, elmi-praktik jurnal, №3, Bakı 2019, səh. 192-195
3. Eksperimentdə yaradılmış diabetik nefropatiya zamanı qan və limfanın lipid tərkibindəki dəyişikliklərin öyrənilməsi və onların korreksiyası. Sağlamlıq, elmi-praktik jurnal, №3, Bakı 2020, səh. 123-126
4. Eksperimentdə yaradılmış diabetik nefropatiya zamanı qan və limfanın lipid tərkibinin dəyişməsi. Tibb elmləri doktoru Əzəm Təyyar oğlu Agayevin anadan olmasının 75 olliyinə həsr edilmiş elmi konfransın materialları. İctimai sağlamlıq və səhiyyə VI cild, Bakı 2019, səh164-167
5. Diabetik osteopatiyaların inkişaf mexanizmi. Sağlamlıq, elmi-praktik jurnal, №3, Bakı 2019, səh. 192-195
6. Şəkərli diabet zamanı bəzi biokimyəvi göstəricilərin dəyişməsi və onların korreksiyası. "Sağlamlıq" elmi-praktik jurnal, №2, Bakı 2021, səh. 165-169
7. Limfastimuləedici korreksiyanın şəkərli diabetin ağırlaşmalarının müalicəsində əhəmiyyəti. Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, №2. Bakı-2022, səh. 69-74 İSSN1994-1951, DOİ İD-10.58495
8. The role of dyslipidemia in the pathogenesis of diabetic angiopathies and its correction by crateaegus pentagyna. Свiт медицини та бiологii. Полтава – 2025 . №1 (91), р. 141-144. DOİ İD: 10.26724/2079-8334-2025-1-91-141-144
1. Yeni Azərbaycan Partiyası
2. Dövlət İmtahan Mərkəzi