Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Quliyeva Əsmətxanım Əlibala qızı 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasında assistent vəzifəsinə qəbul olunmuşdur. 1990-cı ildə dissertasiya müdafiə etdikdən sonra Patoloji fiziologiya kafedrasında baş müəllim vəzifəsində çalışmağa başlamışdır. Moskva və Sankt-Peterburq şəhərlərində təkmilləşmə kurslarında iştirak edib.

1995-ci ildən indiyə qədər Patoloji fiziologiya kafedrasında dosent vəzifəsində çalışır. 103  elmi məqalə və tezisin müəllifidir. “Operativ cərrahlıq və topoqrafik anatomiya” kitabının müəlliflərindən biridir. “Patoloji fiziologiyadan testlər” kitabının yazılmasında, iki cildlik “Patoloji fiziologiya” dərsliyinin yeni nəşrinin hazırlanmasında, patoloji fiziologiya fənni üzrə işçi tədris proqramının, təcrübi dərs vəsaitinin hazırlanmasında yaxından iştirak etmişdir. 

Tibb Universiteti BD 03. 013 şifrli birdəfəlik dissertasiya şurasının üzvü olmuşdur. Hal-hazırda Patoloji fiziologiya üzrə elmi seminarın üzvüdür. Bir çox elmi işlərə rəylər yazmışdır.

Akademik fəaliyyət

1972-ci il Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasında assistent

1990-cı il  Patoloji fiziologiya kafedrasında baş müəllim

1995-ci ildən Patoloji fiziologiya kafedrasında dosent

Təhsil

1966 -1972 Ali təhsil N.Nərimanov adına ADTİ

 

 

Nailiyyətlər (Adlar)

Tibb üzrə fəlsəfə doktoru

 

 

Peşə və Pedaqoji İnkişaf

1973 Leninqrad şəhəri təkmilləşmə kursu

1985 Moskva şəhəri təkmilləşmə kursu

 

Kitab

1.Patoloji fizilogiya I Dərslik. Bakı-2015, 627 səh.

2. Patoloji fizilogiya II Dərslik. Bakı-2016, 339 səh.

3. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti . Dərs vəsaiti Bakı 2019

4. Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramı (3 dildə). Bakı, “Təbib” nəşriyyatı, 2019, 115 səh.

5. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti.  Bakı-2025, 262 səh.

6. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.

7. Patoloji fiziologiya I Dərslik. Bakı-2025, 627 səh.

8. Patoloji fiziologiya II (dərslik) – 2025, 341 səh.

Məqalə

1. Diabetik kardiovaskulyar ağırlaşmaların  inkişafında oksidativ stressin  və limfanın  damardaxili laxtalanmasının rolu. Tibb Elmləri doktoru Ə.T.Ağayevin anadan olmasının 75-illik yubileyinə həsr edilmiş elmi konfransın materialları. İctimai sağlamlıq və Səhiyyə 6-cı cild,  Bakı 2019 səh.95-99

2. Limfastimuləedici korreksiyanın şəkərli diabetin ağırlaşmalarının müalicəsində əhəmiyyəti. Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, №2. Bakı-2022, səh. 69-74 DOİ: 10.58495/LLRZ9762

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası