
İbrahimova Gülnarə Hilal qızı 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş, 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Elmi Şuranın qərarı ilə ADTİ-nun Patoloji fiziologiya kafedrasında baş laborant vəzifəsində işləmək üçün saxlanılmışdır. 1990-1993-cü illərdə kafedranın aspirantı olmuşdur. 1993-2009-cu illərdə kafedrada assistent vəzifəsində çalışmışdır. 1994-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. 2009-2012-ci illərdə Patoloji fiziologiya kafedrasında baş müəllim, 2012-ci ildən indiyə qədər isə dosent vəzifəsində çalışır.
2019-ci ildən İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialinda “Klinik patofiziologiya” üzrə praktiki məşğələ və mühazirə aparır.
İşlədiyi müddət ərzində 71 tezis və məqaləsi çap olunmuşdur. Eyni zamanda 7 dərslik və 2 dərs vəsaitinin müəlliflərindən biridir.
1988 ATU, Patoloji fiziologiya kafedrası baş laborant
1990 ATU, Patoloji fiziologiya kafedrası aspirant
1993 ATU, Patoloji fiziologiya kafedrası assistent
2009 ATU, Patoloji fiziologiya kafedrası baş müəllim
2012-ci ildən ATU, Patoloji fiziologiya kafedrası dosent
Tibb üzrə fəlsəfə doktoru
1995 Azərbaycan Akupunktur Assosiasiyası İGMART-ın üzvü, Avropa Akupunktur Assosiasiyasının üzvünün diplomu
2016 Bilik və bacarıqların artırılması.Türkiyə cumhuriyyətinin Konya bölgəsindəki Selcuk Universitetinin tibb fakültəsinin patoloji anabilim dalı
2023 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu. Pediatriya kafedrası “Erkən yaşlı uşaqlarda qidalanmanın əsasları”.
1. Patoloji fizilogiya I Dərslik. Bakı-2015, 627 səh.
2. Patoloji fizilogiya II Dərslik. Bakı-2016, 339 səh.
3. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti. Bakı-2019
4. Patoloji fizioligiya. Dərslik. Bakı-2023.
5. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti. Bakı-2025, 262 səh.
6. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.
7. Patoloji fiziologiya I Dərslik Bakı-2025, 627 səh.
8. Patoloji fiziologiya II Dərslik Bakı-2025, 341 səh.
9. Pathological physiology Textbook Bakı-2025, 298 səh.
1. Anafilaktik şok və artyus fenomeni zamanı E və G immunqlobulinlərinin səviyyələrinin qanda və limfada müqayisəli təyini. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı, 2018, № 1, s.19-22.
2. Deneysel Diyabette Kan ve Lenf Lipid Bileşiminin Değişimi ile Lenf Akış Hızı Arasındakı Bağlantı. XXIII.Ulusal Pediatrik Endokrinoloji ve Diyabet Kongresi ,Türkiye,Antalya 2019
3. Eksperimentdə yaradılmış diabetik nefropatiya zamanı qan və limfanın lipid tərkibinin dəyişməsi. Tibb Elmləri Doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 75 illiyinə həsr edilmiş elmi konfransın materialları, səh.164-167 Bakı, 2019
4. Eksperimentdə yaradılmış diabetik nefropatiya zamanı qan və limfanın lipid tərkibindəki dəyişikliklərin öyrənilməsi və onların korreksiyası. "Sağlamlıq" elmi-praktik jurnalı, Bakı, 2020, № 3, s. 123-126.
5.COVİD-19 xəstəliyi olan şəxslərə ağciyər transplantasiyanın mümkünlüyününpatogenetik əsasları. Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı. Bakı, 2021. №1, cild 9, 27-34
6. Şəkərli diabet zamanı bəzi biokimyəvi göstəricilərin dəyişməsi və onların korreksiyası. "Sağlamlıq" elmi-praktik jurnalı, Bakı, 2021, cild 27, №2, səh.165-169
7. Şəkərli diabet zamanı qanın və limfanın laxtalanma sistaminin pozulması və onun korreksiyasının bəzi prinsipləri."Sağlamlıq" elmi-praktik jurnalı, №4, səh.95-99 Bakı, 2022.
8. Сравнительное изучение маркеров нарушения обмена веществ в костной ткани, в крови и лимфе при сахарном диабете. Медицинские новости, ежемесячный научно-практический информационно-аналитический журнал. Беларус 2023, №3.
9. Diabetik osteopatiya zamanı hemostaz sistemində yaranan dəyişikliklərin korreksiyasının prinsipləri. Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı-2025, s.439-440. https//doi.org/10.28942/atuj.v1(S)i5y2025
10. Şəkərli diabet zamanı qaraciyərdə yaranan metabolik pozulmalar. Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı-2025, s.531-532.DOİ İD: https//doi.org/10.28942/atuj.v1(S)i5y2025
11. Diabetik osteopatiyanın qanda və limfada təyin olunan bəzi markerlərinin korreksiyası , Azərbaycan Tibb Jurnalı, Bakı, 2025, № 2, DOI: https//doi.org/10.34921/amj.2025.2.028
Diabetik osteopatiyanın bəzi markerlərinin qanda və limfada müqayisəli şəkildə öyrənilməsi və onların D vitamini ilə korreksiyası. Şöhrət ordenli, Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Avropa Tibb Elmləri Akademiyasının üzvü, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. Bakı-2025, cild 1, №1, səh. 237-238.
DOI
Yeni Azərbaycan Partiyası