Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Səfərəliyeva Leyla Xalid qızı 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuş, 1990-cı ildə həmin fakültəni bitirmişdir. Elə həmin il Semaşko adına xəstəxanada internatura keçmişdir. 1991-ci ildə Dəmiryol xəstəxanasında həkim-ginekoloq kimi işə qəbul edilmişdir. Eyni zamanda 2 saylı Tibb məktəbində ginekologiyadan dərs demişdir. 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasında əvəzedici  assistent, 2003-cü ildən isə assistent  kimi işləməyə başlamışdır. 2016-cı ildə kafedranın baş müəllimi vəzifəsinə seçilmişdir. İşlədiyi müddətdə 70 elmi məqalə və tezis çap etdirmişdir. Eyni zamanda bir neçə təcrübi dərs vəsaitlərinin hazırlanmasında, “Patoloji fiziologiyadan testlər” kitabının yazılmasında, “Patoloji fiziologiya fənni üzrə işçi tədris proqramı”nın tərtib edilməsində, “Klinik patofiziologiya” dərsliyinin və “Praktik məşğələlərə dair klinik-patofizioloji aspektlər” dərs vəsaitinin hazırlanmasında iştirak etmişdir

Akademik fəaliyyət

1990-cı il 1 saylı mərkəzi xəstəxana həkim-interna

1991-ci il Dəmiryol xəstəxanası həkim-ginekoloq

1995-ci il 2 saylı Tibb məktəbi

2002-ci il ATU, Patoloji fiziologiya kafedrası assistent

2016-ci ildən ATU, Patoloji fiziologiya kafedrası baş müəllim

Peşə və Pedaqoji İnkişaf

Xalq Sağlığı Uzmanları Dərnəyi tərəfindən 2024-cü il 5-7 dekabr tarixlərində Ankarada keçirilən 8-ci Beynəlxalq və 26-cı Milli İctimai Sağlamlıq konqresi.

Kitab

1. Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramı. (3 dildə). Bakı, “Təbib” nəşriyyatı, 2019, 115 səh.

2. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti.  Bakı-2025, 262 səh.

3. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.

 

Məqalə

1. Diabetik osteopatiyaların inkişaf mexanizmi. "Sağlamlıq" elmi-praktik jurnalı, Bakı 2019, №3, səh. 192-195.

2. Lipidlərin peroksidləşməsinin və limfanın damardaxili laxtalanmasının fəallaşması diabetik mikroangiopatiyaların patogenetik mexanizmi kimi. Tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 75 illiyinə həsr edilmiş elmi konfransın materialları. Bakı-2019.səh. 90-95

3. Xronik xəstəliklər zamanı inkişaf edən anemiyaların patogenezi.  "Sağlamlıq" elmi-praktik jurnalı, Bakı 2021, №2, səh.8-13

4. Diabet osteopeniyası - şəkərli diabetin gecikmiş ağırlaşmalarının təzahür forması kimi. Azərbaycan Tibb Jurnalı, Bakı, 2021, №4, səh.190-195

5. Pathophysiology, diagnosis and treatment of chronic obstructive pulmonary disease caused by risk factors. 7. İnternational Antalya Scientific Research and İnnovative Studies Congress. Antalya, 2024, p.14-19

6. Pathophysiology, treatment, age characteristics of agammaglobulinemia (brutons disease). 7. İnternational Antalya Scientific Research and İnnovative Studies Congress. Antalya, 2024, p. 46-53

7. Dublin-Johnson sindromu zamanı hiperbilirubinemiyanın inkişaf mexanizmində MRP2 mutasiyalarının patofizioloji tədqiqi. “Təbiət və elm” beynəlxalq elmi jurnal. Bakı-2024, səh. 7-11.

8. Xroniki obstruktiv ağciyər xəstəliyinin patofizioloji göstəriciləri, diaqnostikası, ağılaşmaları və korreksiya prinsipləri. “Azərbaycan təbabətinin müasir nailiyyətləri” Rüblük elmi-praktik jurnal. Bakı, 2024, №1, səh. 165-171.

9. The role of endothelial dysfunction in the progression of diabetic nephropathy. "Sağlamlıq" elmi-praktik jurnalı, Bakı 2024, №4, səh. 28-34. DOİ: 10.36719/2706-6614/4/28-34    

10. Изучение гепатотоксического действия доксорубицина в эксперименте. Azərbaycan Tibb Universitetinin jurnalı, Bakı-2025, cild 5, №1, s. 55-60 / DOİ İD: https//doi.org/10.28942/atuj.v5ily2025.111

11. Association of endothelial nitric oxide synthase gene polymorphisms with end-stage renal disease. Свит медицини та биологии. Полтава-2025, №1(91), стр. 61-64. DOİ 10.26724/2079-8334-2025-1-91-61-64

12. The importance of physiotherapy and medical rehabilitation treatment in the development of the pathology of non-communicable diseases as a result of the impact of the environment on human health. "Sağlamlıq" elmi-praktik jurnalı, Bakı 2025, №1, səh. 20-25. DOİ:10.36719/2706-6614/1/16-21

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası