Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Talışinskaya Məlahət Bəxtiyar qızı 1954-cü ildə Goranboy rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub, 1977-ci ildə bitirmişdir. 1977-1978-ci illərdə M.N.Qədirli adına Hövzə klinik xəstəxanasında terapiya üzrə internatura keçmişdir. 1982-1983-cü illərdə Bakı şəhər 3 saylı poliklinikada terapiya üzrə staj keçmişdir. 1984-1995-ci illər ərzində Bakı şəhər 7 saylı poliklinikada həkim-helmintoloq olaraq çalışmışdır. 1995-2013-cü illərdə Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasında assistent, 2013-cü ildən indiyə qədər isə dosent vəzifəsində çalışır.

2004-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi adını almaq üçün dissertasiya işini müdafiə etmişdir.

2017-ci ildən İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialinda “Klinik patofiziologiya” üzrə praktiki məşğələ və mühazirə aparır.

Azərbaycan, rus və ingilis bölmələrində məşğələ dərsləri aparır, mühazirələr oxuyur. Kafedrada yazılan dərsliklərin, tədris vəsaitlərinin hazırlanmasında, bu materialların ingilis dilinə tərcümə olunmasında yaxından iştirak edir. İşlədiyi müddətdə 92 elmi işi nəşr olunmuşdur. Eyni zamanda 8 dərslik və 2 dərs vəsaitinin müəlliflərindən biridir.

Akademik fəaliyyət

1984-cü il Bakı şəhər 7 saylı poliklinika

1995-ci il  ATU, Patoloji fiziologiya kafedrası assistent

2013-cü ildən  ATU, Patoloji fiziologiya kafedrasında dosent

Təhsil

1971-1977 Ali təhsil N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu

Nailiyyətlər (Adlar)

Tibb üzrə fəlsəfə doktoru

Kitab

1. Patoloji fizilogiya I Dərslik Bakı-2015, 627 səh.

2. Patoloji fizilogiya II Dərslik Bakı-2016, 339 səh.

3. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti. Bakı, 2019, 450 səh.

4. Pathological Physiology. Rus dilindən ingilis dilinə tərcümə (dərslik).

5. Patoloji fizioligiya. Dərslik. Bakı-2023.

6. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti.  Bakı-2025, 262 səh.

7. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.

8. Patoloji fiziologiya I Dərslik Bakı-2025, 627 səh.

9. Patoloji fiziologiya II Dərslik Bakı-2025, 341səh.

10. Pathological physiology (Textbook) Bakı-2025, 298 səh.

Məqalə

1. Изучение уровней иммуноглобулинов Е, G  и интерлейкина-4 в  крови и лимфе при анафилактическом шоке и феномене Артюса в эксперименте. Журнал Биомедицина. Баку, 2017, №4, стр. 29-31  

2. Eksperimentdə yaradılmış diabetik nefropatiya zamanı qan və limfanın lipid tərkibindəki dəyişikliklərin öyrənilməsi və onların korreksiyası. Sağlamlıq jurnalı 2020 Cild 15 №3 s. 123-126

3. Covid-19 xəstəliyi olan şəxslərə ağciyər transplantasiyasının mümkünlüyünün patogenetik əsasları. Azərbaycan allerqologiya və klinik immunologiya jurnalı. 2021 Cild 9, № 1 s. 27-34

4. Şəkərli diabet zamanı bəzi biokimyəvi göstəricələrin dəyişməsi və onlaırn korreksiyası . Sağlamlıq jurnalı, 2021 Cild 27, №2, səh. 165-169

5. Şəkərli diabet zamanı qanın və limfanın laxtalanma sistaminin pozulması və onun korreksiyasının bəzi prinsipləri  Sağlamlıq jurnalı 2022 Cild 31 №4 s. 95-99 20226.

6. Сравнительное изучение маркеров нарушения обмена веществ в костной ткани, в крови и лимфе при сахарном диабете. Журнал Медицинские новости 2023 № 3 С. 59-61

7. Diabetik osteopatiyanın qanda və limfada təyin olunan bəzi markerlərinin korreksiyası. Azərbaycan Tibb Jurnalı, 2025, №2, səh.177-181/ DOİ: https//doi.org/10.34921/amj. 2025.2.028

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası

Azərbaycan Tibb Universitetinin həmkarlar ittifaqı