
Əliyev Sabir Cahan oğlu 1944-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Orta məktəbi həmin rayonun Gölkənd kəndində medalla bitirmişdir. 1961-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1967-ci ildə həmin fakültəni bitirmişdir. Təyinatla Naftalan sanatoriyasında həkim-ordinator, sonra müalicə işləri üzrə şöbə müdiri təyin olunmuşdur. 1969-1972-ci illərdə N.Nərimanov adına ADTİ-nin Patoloji fiziologiya kafedrasında aspirantura keçmiş, 1973-cü ilin mart ayında isə namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə baş müəllim, 1976-ci ildə isə dosent vəzifəsinə seçilmişdir. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışmışdır. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilmişdir. 1994-cü ildə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 1999-2001-ci illərdə I Müalicə profilaktika fakültəsinin dekanı işləmiş, 2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəsinə seçilmiş, həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. 2014-cü ildən 2024-cü ilə qədər həm tədris, həm də müalicə işləri üzrə prorektor vəzifəsində çalışmış, 2015-2016-cı tədris ilində ATU-nun rektoru vəzifəsini icra etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən "Tibbi-nəzəri bölmə"nin, universitetin "Patofiziologiya, biokimya, farmakologiya" üzrə ixtisaslaşmış Müdafiə Şurasının sədridir. Universitetin Böyük Elmi Şurasının və II Müalicə profilaktika fakültəsinin Elmi Şurasının, “Azərbaycan Tibb Jurnalı”nın Redaksiya Şurasının üzvüdir.
1992-ci ildən YAP-ın üzvü və universitet üzrə YAP-ın sədridir. 1986-cı ildə «Səhiyyə əlaçısı», 2000-ci ildə isə «Respublikanın əməkdar müəllimi» fəxri adlarına layiq görülmüşdür. 2003-cü ildə "VEKTOR" Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq lahiyəsininn qalibi olmuşdur. 2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, 2007-ci ildə isə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
27 fevral 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi təfərindən Tıp bölümü üzrə akademik secilmişdir.
6 mart 2009-cu ildə isə həmin akademiya tərəfindən «Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız» medalı ilə təltif olunmşdur.
15 dekabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsində qazandığı nailiyyətlərə görə Avropa “Şərəf və Vicdan” ordeni ilə təltif olunmuşdur.
12 may 2010-cu ildə Avropa Akademiyası tərəfindən Nikolay Piroqov ordeni ilə təltif olunmuşdur.
20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə əməkdar elm xadimi fəxri adı almışdır.
24 dekabr 2011-ci ildə Beynəlxalq təltiflər ittifaqi tərəfindən “Hippokrat” ordeni ilə təltif olunmuşdur.
26 mart 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tıp bölümüne üstün hizmetlerinden dolayi “İbn-Sina” diplomu ilə təltif olunmuşdur.
26 dekabr 2018-ci ildə ATGTİ sıx əməkdaşlıq etdiyinə görə, təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərdiyinə görə “İlin prorektoru” mükafatına layiq görülmüşdür.
18 dekabr 2020-ci ildə Beynəlxalq Elmlər Akademiyanın tam üzvü kimi diploma layiq görülüb.
10 mart 2021-ci ildə Dünya elmindəki və təhsilindəki xidmətlərinə görə Avropa Şərəf ordeni ilə təltif olunmuşdur.
27 dekabr 2022-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi ödül komitəsi kararıyla 2022 Yılı Başarılarından dolayı ödülləndirilmişdir.
05 yanvar 2023-cü ildə Europaische Akademie der Naturwissenschaften in Hannover e.V. tərəfindən dünya miqyasında elm və təhsil sahəsində xidmətlərinə görə "Wilhelm Conrad Röntgen Medal"na layiq görülmüşdür.
413 elmi işin, 11 dərsliyin, 11 dərs vəsaitinin, 4 elmi-populiyar broşurun, ilk dəfə olaraq 3 dildə (azərbaycan, rus, ingilis) çap olunan Patofizioloji atlas elektron-dərsliyin, bir neçə tədris-metodik vəsaitin, digər ali məktəblər üçün dərslik kimi istifadə olunan “Tibbi biliklərin əsasları” (2013) kitabının, 2015-ci ildə isə yeni tədris proqramına uyğun «Patoloji fiziologiya»dan dərslik kitabının (I və II hissə) müəllifidir. 2019-cu ildə çap olunmuş “Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti”nin və rezidenturaya hazırlaşanlar üçün 3 dildə (azərbaycan, rus və ingilis) nəşr edilmiş “Patoloji fiziologiya” adlı vəsaitin müəllifidir. 2020-ci ildə çap olunan “Patoloji fiziologiya”dan situasiya məsələləri kitabının, 2023-cü ildə nəşr olunan "Руководство к практическим занятиям по патофизиологии с клинико-патофизиологическими аспектами", 2023-cü ildə nəşr olunan "Patoloji fiziologiya" dərs vəsaiti kitabının müəllifidir. Eyni zamanda 2025-ci ildə çap olunmuş “Patoloji fiziologiya” (I və II hissə), “Klinik patofiziologiya” dərsliklərinin və “Praktik məsələlərə dair klinik-patofizioloji aspektlər” dərs vəsaitinin müəlliflərindən biridir.
Rəhbərliyi altında 20 namizədlik dissertasiyası, 3 doktorluq dissertasiyası müdafiə olunmuş, 2 doktorluq işi, 1 namizədlik işi davam etdirilir.
1969-1972-ci illərdə N.Nərimanov adına ADTİ-nin Patoloji fiziologiya kafedrasında aspirantura keçmişdir.
1973-cü ilin mart ayında namizədlik dissertasiyası müdafiə etmişdir.
1972-ci il kafedranın assistenti
1973-cü il baş müəllim
1976-ci il dosent
1992-ci ildə doktorluq dissertasiyası
1993-cü ildə kafedranın professoru
1994-cü ildə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
1999-2001-ci illərdə I Müalicə profilaktika fakültəsinin dekanı işləmişdir.
2001-ci ilin fevral ayında Patoloji fiziologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir
2001-ci ilin may ayında universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
2014-cü ildən 2024-cü ilin noyabr ayına qədər həm tədris, həm də müalicə işləri üzrə prorektor vəzifəsində çalışmışdır.
2015-2016-cı tədris ilində ATU-nun rektoru vəzifəsini icra etmişdir.
1961-1967 Ali təhsil N.Nərimanov adına ADTİ
1969-1972 Aspirantura N.Nərimanov adına ADTİ
1973 - cü il Tibb Elmləri namizədi
1986 - cı il "Səhiyyə əlaçısı"
1992 - ci il Tibb elmləri doktoru
2000 - ci il "Respublikanın əməkdar müəllimi"
2003 - cü il "Azərbaycanın Tanınmış Həkimləri" Beynəlxalq layihəsinin qalibi
2003 - cü il "Azərbaycanın Tanınmış Alimi" Beynəlxalq diplomu
2004 - cü il Səhiyyə Nazirliyinin "Fəxri Fərmanı"
2007 - ci il "Tərəqqi medalı"
2008 - ci il Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi, Tibb bölümü üzrə akademik
2009 - cu ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi, uluslararası Altınyıldız
2009 - cu ildə BMT - nin Beynalxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsindəki nailiyyətlərinə görə Avropa "Şərəf və Vicdan" ordeni
2010 -cu ildə Avropa Akademiyası tərəfindən "Nikolay Piroqov" ordeni
2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar Elm Xadimi"
2011 - ci ildə Beynəlxalq Təltiflər İttifaqı tərəfindən "Hippokrat" ordeni
2014 -cü ildə Türk dünyası araşdırmaları Uluslararası İlimler Akademisi tərfindən Tibb Bölümünə üstün hizmetlerindən dolayı "İbn - Sina" diploma
2018-ci ildə ATGTİ sıx əməkdaşlıq etdiyinə görə, təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərdiyinə görə “İlin prorektoru”mükafatına
2020-ci ildə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü diplomuna layiq görülüb.
2021-ci ildə Dünya elmindəki və təhsilindəki xidmətlərinə görə Avropa Şərəf ordeni ilə təltif olunub.
2022-ci il Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi, Türk dünyasında Yılın Bilim Adamı Uluslararası Ödülü,2021 Yılı Başarılarından Dolayı Ödüllendirilmişdir.
2023-cü il Europaische Akademie der Naturwissenschaften in Hannover e.V. tərəfindən dünya miqyasında elm və təhsil sahəsində xidmətlərinə görə "Wilhelm Conrad Röntgen Medal"na layiq görülmüşdür.
2024-cü il. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4289 nömrəli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur.
1. Sağlamlığın düşməni. Bakı, “Gənclik”, 1974, 47s.
2. Микроэлементы и здоровье.М.Знание.1979. 65с.
3. Экология и здоровье. М.Знание.1985. 64с
4. Старая говая наука. М.Знание. 1989. 64с.
5. Rusca-azərbaycanca tibbi patoloji terminlər lüğəti. Bakı "Təbib", 1996.
6. Kütləvi Tibb Ensklipediyası. “Azərbaycan Ensiklopediyası” – Nəşriyyatı poliqrafiya birliyi. Bakı, 2000
7. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti. Bakı, 2004
8. Tibbi biliklərin əsasları. Bakı, 2004
9. Patoloji fiziologiyadan situasiya məsələləri. Bakı, 2004
10. Patoloji fiziologiyadan tədris proqramı.Bakı 2005
11. Patoloji fiziologiyadan atlas. Dərslik 3 dildə (azərbaycan, rus və ingilis), "Azərbaycan Nəşriyyatı"Baki, 2008, 468 s
12. Patoloji fiziologiyadan testlər. Dərslik 3 dildə (azərbaycan, rus və ingilis),"Təbib Nəşriyyatı"Baki, 2011
13. Tibbi biliklərin əsasları. Dərslik."Təbib Nəşriyyatı"Baki, 2013, 519s
14. Müasir tibb təhsilinin əsasları.Kitab, "Bilik Nəşriyyatı"Bakı, 2014
15. Patoloji fizilogiya I (dərslik)- 2015
16. Patoloji fizilogiya II (dərslik)- 2016
17. Normal fiziologiya. “Təbib” nəşriyyatı, 396- Bakı, 2019
18. Patoloji fiziologiyadan təcrübə dərlik kitabı -2019-cu il
19. Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramı. (3 dildə). Bakı, “Təbib” nəşriyyatı, 2019, 115 s.
20. Patoloji fiziologiya. Rezidenturaya hazırlaşanlar üçün dərs vəsaiti. (Azərbaycan və rus dillərində) Dövlət İmtahan Mərkəzi-“Abituriyent-2020”, Bakı. Səh 453
21. Patoloji fiziologiyadan Situasiya məsələləri kitabı- Patoloji fiziologiyadan situasiya məsələləri. Bakı, Təbib Nəşriyyatı, 2020, səh 340
22. "Patoloji fiziologiya" dərs vəsaiti Bakı – 2023
23.Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti. Bakı-2025, 262 səh.
24. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.
25. Patoloji fiziologiya I Dərslik. Bakı-2025, 627 səh.
26. Patoloji fiziologiya II Dərslik. Bakı-2025, 341 səh.
1. Коагуляционный гемостаз и нарушения лимфатического дренажа тканей в патогенезе сахарного диабета. Əziz Əliyev 120. Bakı 2017, səh. 491
2. Изменение функции надпочечкиков при экспериментальных состояниях. Əziz Əliyev 120. Bakı 2017, səh. 492.
3. Deneysel Diyabette Kan və Lenf Lipid Bileşiminin Değişimi ile Lenf Akış Hızı Arasındakı Bağlantı. XXII. Ulusal Pediatrik Endokrinoloji və Diyabet Kongresi. XVII.Diyabet Ekibi Kursu V. Pediatrik Endokrinolojiye Giriş Kursu Genetik kursu.Gloria Golf Resort Otel-Belek/Antalya 2019, səh 83
4. Eksperimental şəkərli diabet fonunda qalxanabənzər vəzidə baş verən funksional dəyişikliklərin patogenetik aspektləri. SCOPUS Azərbaycan Tibb Jurnalı, №3, 2019, s.83-86
5. Diabetik angiopatiyaların patogenezində limfa dövranı pozulmasının damardaxili mexanizmlərinin rolu. Azərbaycan Tibb Jurnalı, Rüblük elmi-praktik jurnal, Bakı, 2019, № 3, 77-82
6. Lipidlərin peroksidləşməsinin və limfanın damardaxili laxtalanmasının fəallaşması diabetik mikroangiopatiyaların patogenetik mexanizmi kimi. t.e.d.Ə.T.Ağayevin anadan olmasının 75 illiyinə həsr edilmiş elmi konfransının materialları, İctimai sağlamlıq və səhiyyə, Bakı 2019, s.90-94
7. Diabetik angiopatiyaların müalicəsində fibrinolitik limfastimulyasiya// Azərbaycan Tibb Jurnalı, 2020,№2 səh, 59-66 (SCOPUS beynəlxalq indeksləmə və xülasələndirmə bazasına daxilidir) DOİ 10.34921/amj.2020.2.009
8. Şəkərli diabet zamanı antikoaqulyantla müalicənin qaraciyər fermentlərinin fəallığına təsiri. Sağlamlıq jurnalı, Bakı 2019, səh. 146-151
9. Fibrinolitik lymphostimulation in treatment of diabetik angiopathies// Bulleten of surgery in Kazakhstan, 2020, №3, pp.22-27 (SCOPUS beynəlxalq indeksləmə və xülasələndirmə bazasına daxilidir)
10. Xroniki xəstəliklər zamanı inkişaf edən anemiyaların patogenezi. Sağlamlıq.az., Elmi –praktik cilid 27; jurnal №2; Bakı 2021 səh 8-13
11. Eksperimental şəkərli diabet zamanı oksidləşdirici stresin qaraciyərin fermentativ fəaliyyətinə təsiri və fitokorreksiyası. Rüblük elmi-praktik jurnal. Azərbaycan təbabətinin müasir nailiyyətləri Bakı 2021, səh. 114-117 №3
12. "Piylənmələr - XXI əsrin epidemiyası kimi". "Sağlamlıq" elmi-praktik jurnalı, cild 30, №3, Bakı 2022, səh. 114-118.
13. Bağ zədələrinin patofiziologiyası. "Sağlamlıq" elmi-praktik jurnalı, №4. səh.114-119. Bakı- 2022
14. Limfastimuləedici korreksiyanın şəkərli diabetin ağırlaşmalarının müalicəsində əhəmiyyəti. Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, №2. Bakı-2022, səh. 69-74 İSSN1994-1951, DOİ İD-10.58495
15. Патогенетические механизмы диабетических осложнений. Professor Z.A.Zeynalovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2023. s.176-177
16. Изучение действия доксорубицина на показатели свертываемости крови в эксперименте. Клиническая патофизиология. Москва – 2024. Том 30, №2, стр. 10.
17. Şəkərli diabet zamanı ölüm riskini artıran səbəblər. Tibb elmləri doktoru, professor Əzəm Təyyar oğlu Ağayevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı - 2024. Səh.178-181
18. Diabetik angiopatiyaların patogenezində limfa dövranı pozulmasının damardaxili mexanizmlərinin rolu. Şöhrət ordenli, Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Avropa Tibb Elmləri Akademiyasının üzvü, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. Bakı-2025, cild 1, №1, səh. 197-198. DOİ İD: https://doi.org/10.28942/jtcem.v4i1-2
19. Диабетические микроангиопатические осложнения и их коррекция. Şöhrət ordenli, Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Avropa Tibb Elmləri Akademiyasının üzvü, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. Bakı-2025, cild 1, №1, səh. 288.
DOİ İD: https://doi.org/10.28942/jtcem.v4i1-2
20. Gigiyena hipotezi ilə autoimmun xəstəliklər arasında əlaqə. Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı-2025, s.410-412
DOİ İD: https//doi.org/10.28942/atuj.v1(S)i5y2025
21. Limfastimuləedici korreksiyanın şəkərli diabetin ağırlaşmalarının müalicəsində rolu. Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı-2025, s.413-415.
DOİ İD: https//doi.org/10.28942/atuj.v1(S)i5y2025
22. Dəmirə refrakter anemiyaların patogenezində B6 vitamininin rolu. Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı-2025, s.412-413.
DOİ İD: https//doi.org/10.28942/atuj.v1(S)i5y2025
1992-ci ildən YAP-ın üzvü və universitet üzrə YAP-ın sədridir.
1. Qarayeva K.Q. Dölün formalaşmasında neqativ təsir göstərən amillər, profilaktikası və patogenezi. Bakı – 2022
2. Yaqubova S.M. Normada, hipoksiya və infeksiya zamanı bəzi endokrin orqanların və periferik qanın limfositlərinin morfofunksional xüsusiyyətləri. Bakı – 2022
3. Məmmədzadə A.Y. Şəkərli diabet zamanı poliorqan çatışmazlığının patogenezində endotelial disfunksiya və limfadrenajın pozulma mexanizmləri, onların korreksiyası. Bakı-2024
1. Koroleva-Munts L.İ. Normal şəraitdə və iltihabi prosesin modelləşdirilməsi zamanı limfanın element tərkibi (eksperimental tədqiqat) 1992
2. Qarayeva K.Q. İstmiko-istmik anastomozun omentoplastika ilə müştərək aparılmasının patogenetik əsasları. Bakı – 2005
3. Əliyeva T.R. Artyus fenomeni zamanı qanın və limfanın laxtalanma dəyişiklikləri və onların litium mikroelementi ilə korreksiyası. Bakı – 2005
4. Cavadova C.T. Peritoneal intoksikasiya sindromu zamanı qaraciyərin fermentativ funksiyasının pozulmasının patogenezinin bəzi məsələləri. Bakı – 2005
5. Abdullayev Ə.Y. Ürəyin işemik xəstəliyinin patogenezində H.Pylori mənşəli iltihabı prosesin rolu. Bakı – 2006
6. İbrahimova Ş.S. Ürək əzələsi infarktının müxtəlif formalarında atriyal natriumuretik qranulaların fəaliyyətinin tənzimlənməsində E.prostaqlandinin rolu. Bakı – 2007
7. Axundov İ.A. Anafilaktik şokun dinamikasında immun komponentlər ilə laxtalanmanın qanda və limfada dəyişməsinin korreksiyası. Bakı – 2008
8. Kərimova N.V. Tac damarların spazmı zamanı pozulmuş lipid mübadiləsinin, hemo-limfokoaqulyasiyanın və limfodrenaj vəziyyətinin korreksiyasında kalsium antaqonistlərinin rolu. Bakı – 2008
9. Əsgərova H.E. Peritonit zamanı qarın boşluğu möhtəviyyatının lipid peroksidləşməsi məhsullarının qan və limfanın laxtalanmasının pozulmasında rolu. Bakı – 2009
10. Məmmədzadə A.Y. Xroniki böyrək çatışmazlığı zamanı kardiovaskulyar pozulmaların patogenezində qan və limfanın laxtalanması, onların korreksiyası. Bakı – 2010
11. Əliyev E.M. Üz-çənə nahiyəsinin travmatik zədələnmələri zamanı regional limfotrop terapiyanın patogenetik əsaslandırılması. Bakı – 2012
12. Məmmədyarova K.F. Ateroskleroz zamanı pozulmuş lipid mübadiləsinin tənzimlənməsində “metabol” bitki yığımı dəmlənməsinin rolu. Bakı – 2013
13. Hüseynova Ş.M. Şəkərli diabet zamanı kardiovaskulyar ağırlaşmaların patogenezində qan və limfanın edamardaxili laxtalanması, onların korreksiyası. Bakı – 2014
14. Bayramov Q.H. Ali məktəb tələbələrinin valeoloji tərbiyəsi. Bakı – 2016
15. Əhmədzadə Ü.İ. Peritoneal intoksikasiya sindromunun patogenezində zülal mübadiləsində baş vermiş dəyişikliklərin rolu. Bakı – 2016
16. Cəfərova N.Ə. Diabetik nefropatiyanın patogenezində lipid mübadiləsinin, qan və limfanın laxtalanmasının pozulmaları, onların korreksiyası. Bakı – 2018
17. Bədəlova A.T. Şəkərli diabet və onun ağırlaşmalarının müalicəsində erkən diaqnostikanın və limfatrop fitoterapiyanın əhəmiyyəti. Bakı - 2021