Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Niftəliyeva Səadət Fəxrəddin qızı 1970-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1993-cü ildə bitirmişdir.

1993-1994-cü illərdə Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda internatura keçmişdir. 1995-2000-ci illərdə Bakı şəhər 22 saylı poliklinikada oftalmoloq-həkim kimi çalışmışdır. 2000-2015-ci illərdə 2 saylı Baza Tibb məktəbində müəllimə olaraq fəaliyyət göstərmişdir. 2015-2021-ci illərdə ATU-nun Patoloji fiziologiya kafedrasında assistent, 2021-2022-ci illərdə baş müəllim vəzifəsində çalışmışdır. 2015-ci ildə dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2023-cü ildən Patoloji fiziologiya kafedrasında dosent vəzifəsində çalışır.

İşlədiyi müddət ərzində 29 elmi məqalə çap etdirmişdir. Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramının hazırlanmasında yaxından iştirak etmişdir. Eyni zamanda “Klinik patofiziologiya” dərsliyinin həmmüəlliflərindən biridir.

Akademik fəaliyyət

1995-ci il 22 saylı şəhər poliklinikası  oftalmoloq-həkim

2000-ci il 2 saylı Baza Tibb Məktəbi müəllimə

2015-ci il ATU, Patoloji fiziologiya kafedrası assistent

2022-ci il ATU, Patoloji fiziologiya kafedrası baş müəllim

2023-cü ildən ATU, Patoloji fiziologiya kafedrası dosent

Təhsil

1987-1993 Ali təhsil N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu

 

Nailiyyətlər (Adlar)

Tibb üzrə fəlsəfə doktoru

Kitab

1. Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramı (3dildə). Bakı, “Təbib” nəşriyyatı, 2019

2. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti.  Bakı-2025, 262 səh.

3. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.

 

Məqalə

1. Diabetik pəncə sindromu zamanı urokinazanın qan və limfanın damardaxili laxtalanmasına və toxumaların limfadrenajına təsiri. Tibb Elmləri doktoru Ə.T.Ağayevin anadan olmasının 75 illiyinə həsr edilmiş elm konfransın materialları. İctimai sağlamlıq və səhiyyə, VI cild, Bakı 2019, səh. 226-229

2. Şəkərli diabet zamanı antikoaqulyantlarla müalicənin qaraciyər fermentlərinin fəallığına təsiri. “Sağlamlıq” jurnalı, Bakı 2019, səh. 146-151

3. Diabetik angiopatiyaların patogenezində immun reaktivliyin və toxumaların limfadrenajının pozulmasının əhəmiyyəti. Azərbaycan Tibb Jurnalı. Bakı, 2019, №2, səh.74-78

4. Diabetik angiopatiyaların patogenezində limfa dövranının pozulmasında damardaxili mexanizmlərin rolu. Azərbaycan Tibb Jurnalı. Bakı, 2019, №3, səh.77-80

5. Tikanlı ödotu ekstraktının antidiabetik və limfatrop təsirinin öyrənilməsi. Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı. Bakı, 2019, №1, səh. 33-37

6. Роль окислительного стресса в патогенезе нейродегенеративных заболеваний. Медицинские новости. Ежемесечный научно-практический информационно-аналитический журнал. Республика Беларусь, №2, 2024. Стр.84-86

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası