
Əliyev Sərdar Hicran oğlu 1966-ci ildə Füzuli rayonu Alıxanlı kəndində anadan olmuşdur. 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tibbi profilaktika fakültəsinə daxil olmuş, 1989-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Tibb İnstitunun Böyük Elmi Şurasının qərarı ilə METL-da baş laborant vəzifəsində işləmək üçün saxlanılmışdır. 1992-ci ildə METL-da kiçik elmi işçi seçilmişdir.
1993-cü ildə ATU-nun Patoloji fiziologiya kafedrasında assistent vəzifəsinə qəbul olunmuşdur. Kafedrada aparılan tədris, tədris-metodik, elmi-tədqiqat və ictimai işlərdə fəal iştirak etmişdir. 1994-cü ildə dissertasiya işini müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Dünyanın müxtəlif ölkələrində və respublikamızda müxtəlif elmi konfranslarda və simpoziumlarda iştirak etmişdir. Bu illər ərzində 77 elmi iş çap etdirmişdir. Patoloji fiziologiya üzrə 7 dərslik və 2 dərs vəsaitinin müəlliflərindən biridir.
Dövlət İmtahan Mərkəzində Patoloji fiziologiya fənni üzrə ekspert kimi çalışır. ATU-da TEC-i xətti ilə 10-larla tələbənin elmi işinə rəhbərlik etmiş, dəfələrlə münsif olmuş və serifikatlar qazanmışdır. 2016-cı ildə ATU tələbələrinin yekdil rəyinə əsasən “İlin müəllimi” adını qazanmış, rezidentlərə kömək məqsədilə təşkil olunan vebinarlarda və mühazirələrdə fəal iştirakına görə ATU rektorunun imzası ilə 3 dəfə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
ATU-da YAP-ın sədrinin müavinidir. MPF-2 Elmi Şurasının, Patoloji fiziologiya, Farmokologiya və Biokimya müdafiə şurasının və Problem komissiyasının üzvüdür.
1989 Mərkəzi Elmi Tədqiqat laboratoriyasında baş laborant
1992 Mərkəzi Elmi Tədqiqat Laboratoriyasında kiçik elmi işçi
1993 Patoloji fiziologiya kafedrasında assistant
1998 Patoloji fiziologiya kafedrasında baş müəllim
2008-ci ildən Patoloji fiziologiya kafedrasında dosent
1983-1990 Ali təhsil N.Nərimanov adına ADTİ
Tibb üzrə fəlsəfə doktoru
2010 Həkimləri Təkmilləşdirmə İnstitutunda “Kardiologiya” üzrə kurs
1. Patoloji fizilogiya I (dərslik)- 2015
2. Patoloji fizilogiya II (dərslik)- 2016
3. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti. Situasiya məsələləri, test tapşırıqları, izahlı cavabları ilə birlikdə, Bakı-2019, 459 səh.
4. Patoloji fiziologiya. Dərslik. Bakı-2023.
5. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti. Bakı-2025, 262 səh.
6. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.
7. Patoloji fiziologiya I Dərslik. Bakı-2025, 627 səh.
8. Patoloji fiziologiya II Dərslik. Bakı-2025, 341 səh.
9. Pathological physiology (Textbook). Dərslik. Bakı-2025, 298 səh.
1. Beckwith-Wiedemann Sendromu. XVIII. Ulusal Pediatrik Endokrinoloji ve Diyabet Konqresi. 17-21 Nisan 2019 BELEK/ANTALYA
2. Diabetik pəncə sindromu zamanı urokinazanın qan və limfanın damardaxili laxtalanmasına və toxumaların limfadrenajına təsiri. Tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 75-illiyinə həsr edilmiş elmi konfransın materialları, Bakı-2019, səh. 226-230
3. Xroniki xəstəliklər zamanı inkişaf edən anemiyaların patogenezi. “Sağlamlıq” jurnalı, Cild 27, N2, Bakı- 2021, s. 1-8
4. Piylənmələr - XXI əsrin epidemiyası kimi "Sağlamlıq" jurnalı, Bakı, 2022, Cild 30, N3, s. 114-118
5. Влияние антидиабетического лимфатропного комплекса и урокиназы на показатели свертывания крови и лимфы при экспериментальных диабетических ангиопатиях. Медицинские новости. Ежемесечный научно-практический информационно-аналитический журнал. Республика Беларусь, №2, 2024. Стр. 57-61
6. Qlomerulonefritis – as an infectiqus-allergic disease affectinq the kidneys, characterized by hereditary predisposition, incompletely cured viral diseases, histological patterns and carakterization of its pathogenesis. 2nd International Canadian Scientifik Research Conqress, Oktober 24-25, 2024,Toronto, Canada, p. 172-177
7. Endoscopic and barium diagnostic methods, treatment and pathophysiological refutation of gastroesophageal reflux disease. 2nd International Canadian Scientifik Research Conqress, Oktober 24-25, 2024,Toronto, Canada, p. 165-172
8. Pathophysiological structure of pandas syndrome, which manifests itself in different forms of neuropsychiatric disorders and symptom complex of autoimmune origin associated with streptococcal infection. 11th International European congress on scientific research full text book. November, 11-13, 2024 Rome, Italy. p.622-628
9. Graves¢ disease – pathophysiological study, genetic features and treatment as one of the most common forms of hyperthyroidism. 11th International European congress on scientific research full text book. November, 11-13, 2024 Rome, Italy. p. 684-690
10. Neyrodegenerativ xəstəliklərin inkişafı və ağırlaşmalarında renin-angiotenzin-aldosteron sisteminin fəallaşmasının rolu. Şöhrət ordenli, Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Avropa Tibb Elmləri Akademiyasının üzvü, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. Bakı-2025, cild 1, №1, səh. 198-199. DOİ İD: https://doi.org/10.28942/jtcem.v4i1-2
11. The role of dyslipidemia in the pathogenesis of diabetic angiopathies and its correction by crateaegus pentagyna. Свiт медицини та бiологii. Полтава-2025. №1 (91), р. 141-144. DOİ İD: 10.26724/2079-8334-2025-1-91-141-144
12. Gigiyena hipotezi ilə autoimmun xəstəliklər arasında əlaqə. Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı-2025, s.410-412.
DOİ İD: https//doi.org/10.28942/atuj.v1(S)i5y2025
13. Limfastimuləedici korreksiyanın şəkərli diabetin ağırlaşmalarının müalicəsində rolu. Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı-2025, s.413-415.
DOİ İD: https//doi.org/10.28942/atuj.v1(S)i5y2025
14. Qaraciyər xəstəlikərinin patofiziologiyasında oksidativ stress, antioksidant müdafiə sisteminin rolu və müalicədə əhəmiyyəti, Nəzəri, klinik və eksperimental morfologiya jurnalı, Publik elmi-praktiki jurnal, Cild 5, N2, 2025, səh. 85-95 DOİ İD: https://doi.orq.10.28942/jtcem.v5i1
1. Azərbaycan Patofizioloqlar Cəmiyyətinin üzvüdür.
2. ATU üzrə YAP-ın sədrinin müavinidir.