Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Hüseynova Şölə Möhüb qızı 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1993-cü ildə həmin fakültəni bitirmişdir.

1993-1994-cü illərdə Bakı şəhəri 5 saylı şəhər klinik xəstəxanasında həkim-terapevt ixtisası üzrə internatura, 2000-2001-ci illərdə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-kardioloq ixtisas artırma kursunu keçmişdir. 2001-2006-cı illərdə 8 saylı şəhər poliklinikasında həkim-kardioloq vəzifəsində çalışmışdır. 2006-2008-ci illərdə Bakı şəhəri 1 saylı Tibb məktəbində əsas müəllim kimi fəaliyyət göstərmişdir. 2008-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin  "Müalicə Bədən Tərbiyəsi və Həkim Nəzarəti" kursunda assistent kimi çalışmışdır. 2010-cu ildə ATU-nun Patoloji fiziologiya kafedrasında assistent, 2018-ci ildə baş müəllim vəzifələrinə seçilmişdir. 2014-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2019-cu ildən indiyə qədər həmin kafedrada dosent vəzifəsində çalışır.

İşlədiyi illər ərzində patoloji fiziologiyanın problemlərinə həsr edilmiş 51 elmi iş çap etdirmişdir. Onlardan 19-u son 5 ildə nəşr edilmişdir. 2015 və 2016-cı illərdə nəşr edilmiş “Patoloji fiziologiya I və II” dərsliklərinin müəlliflərindən biridir. Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramının və təcrübi tədris vəsaitinin hazırlanmasında yaxından iştirak etmişdir. Ümumilikdə 5 dərslik və 2 dərs vəsaitinin həmmüəlliflərindən biridir

Akademik fəaliyyət

2001-ci il Bakı şəhər 8-saylı poliklinika həkim-kardioloq

2006-cı il 1-saylı tibb məktəbi müəllim

2008-ci il ATU, MBT və həkim-nəzarəti kafedrası assistent

2010-cu il ATU, Patoloji fiziologiya kafedrası assistant

2012-ci il ATU, Patoloji fiziologiya kafedrası baş müəllim

 

2019-cu ildən ATU, patoloji fiziologiya kafedrası dosent

Təhsil

1987-1993 Ali təhsil  Azərbaycan Tibb Universiteti

Nailiyyətlər (Adlar)

Tibb üzrə fəlsəfə doktoru.

 

Peşə və Pedaqoji İnkişaf

2000-2001      Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-kardioloq ixtisas artırma kursu

Kitab

1. Patoloji fizilogiya I. Dərslik. Bakı-2015,  627 səh.

2. Patoloji fizilogiya II. Dərslik. Bakı-2016, 339 səh.

3. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti. “Təbib” nəşriyyatı, ATU-nun  mətbəəsi Bakı 2019, 460 səhifə

4. Patoloji fiziologiya fənni üzrə işçi-təıdris proqramı (3 dildə). Bakı, “Təbib” nəşriyyatı, 2019, 115 s.

5. Patoloji fiziologiyadan situasiya məsələləri,  Təbib nəşriyyatı Bakı 2020.

6. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti.  Bakı-2025, 262 səh.

7. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.

8. Patoloji fiziologiya I  Dərslik. Bakı-2025, 627 səh.

9. Patoloji fiziologiya II  Dərslik. Bakı-2025, 341 səh.

Məqalə

1. Şəkərli diabet zamanı antikoaqulyantlarla  müalicənin qaraciyər fermentlərinin fəallığına təsiri. Sağlamlıq jurnalı 2019 №6

2. Eksperimental şəkərli diabet zamanı Qafqaz böyürtikəni (rubus caucasicus) ekstraktının antioksidant və limfa stimuləedici təsiri. Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2020 №1, səh.19-24

3.Фибринолитическая лимфостимуляция в лечении диабетических ангиопатий. Азербайджанский Медицинский журнал, Баку 2020, №2, стр. 59-66

4. Эндотелиальная дисфункция и нарушение лимфатического дренажа тканей в патогенезе диабетических микроангиопатий. Патологическая физиология и экспериментальная терапия. Москва 2020, январь-март Том 64 №1, стр. 91-95

5. Fibrinolytic lymphostimulation in treatment of diabetic angiopathies. Bullleten of Surgery in Kazakhstan, 2020 (64) №3, p.22-27

6. Bağ zədələrinin patofiziologiyası. "Sağlamlıq" elmi-praktik jurnalı, №4. səh.114-119.Bakı- 2022

7. Hamiləlik dövründə ağız boşluğunda endokrinoloji dəyişikliklərin patoloji fiziologiyası. Beynəlxalq elmi jurnal, Bakı 2023, cild 17, №13, səh. 101-106

8. Pathophysiology of acute fibrinous pneumonia. International Scientific Symposium “Actual Problems of Turkology” dedicated to the 150th anniversary of the birth of Turkish poet Mehmet Akif Ersoy, author of the National Anthem. Stockholm 2023. p. 309-312

9. Роль окислительного стресса в патогенезе нейродегенеративных заболеваний. Медицинские новости. Ежемесечный научно-практический информационно-аналитический журнал. Республика Беларусь, №2, 2024. Стр.84-86

10. Роль окислительного стресса в патогенезе нейродегенеративных заболеваний. Медицинские новости. Ежемесечный научно-практический информационно-аналитический журнал. Республика Беларусь, №2, 2024. Стр.84-86

11. The role of dyslipidemia in the pathogenesis of diabetic angiopathies and its correction by crateaegus pentagyna. Свiт медицини та бiологii. Полтава-2025. №1 (91), р. 141-144. DOİ İD: 10.26724/2079-8334-2025-1-91-141-144

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası.