Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Pənahova Sevinc Rauf qızı 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsinə qəbul olmuş, 1997-ci ildə həmin fakültəni qırmızı diplom ilə bitirmişdir. 1997-1998-ci illərdə 5№-li ŞKX-da cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 1998-2000-ci illərdə Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 2000-2008-ci illərdə akademik M.A. Topçubaşov adına Kliniki Təbabət İnstitutunda elmi-tədqiqat fəalliyyətini böyük elmi işçi kimi davam etdirmişdir. 1999-2000, 2009, 2010-cu illərdə beynəlxalq mübadilə proqramları xətti ilə Almaniyanın Universitet Klinikalarında elmi məzuniyyətdə olmuşdur. 2003-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru elm dərəcəsini almışdır. 2008-ci ildən ATU-nun Patoloji fiziologiya kafedrasında çalışır. 2015-2019 illərində “Mediclub” klinikasında Qastroenterologiya üzrə həkim kimi işləmişdir. 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursunu uğurla bitirmişdir. 2019-cu ıldə ATU-nun Patoloji fiziologiya kafedrasında baş müəllim vəzifəsinə təyin olunmuşdur. 2023-cü ildən kafedrada dosent kimi çalışır. 2017-ci ildən İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialinda “Klinik patofiziologiya” üzrə praktiki məşğələ və mühazirə aparır. 2017-ci ildən Dövlət İmtahan Mərkəzində ekspert kimi çalışır. Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqatların idarə olunması departamentində çalışır.

İngilis dili Cambridge imtahanında “Upper intermediate” səviyyəsini, DSH və PNDS imtahanlarında alman dili səviyyəsini təsdiq etmişdir.

Xaricdə və Azərbaycanda təkmilləşdirmə və isxtisaslaşma elmi-praktik ixtisasartırma kurslarında və konfranslarda iştirak etmişdir. Azərbaycanda və xaricdə 35-dən artıq elmi məqalənin və tezislərin müəllifidir (Scopus və Web of Science indeksli jurnallarında). H-İndeksi -1. Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Patoloji fiziologiya” dərsliyinin həmmüəllifidir.

Akademik fəaliyyət

1998-ci il  Elmi Tədqiqat Qastroenterologiya institutu, kiçik elmi işçi

2000-ci il  M.A. Topçubaşev adına kliniki təbabət institutu, böyük elmi işçi

2008-ci il  ATU, Patoloji fiziologiya kafedrası, assistent

2019-ci il  ATU, Patoloji fiziologiya kafedrası, baş müəllim

2023-cü ildən ATU, Patoloji fiziologiya kafedrası, dosent

Təhsil

1991-1997  Ali təhsil  Azərbaycan Tibb Universiteti

Nailiyyətlər (Adlar)

Tibb üzrə fəlsəfə doktoru

 

 

Peşə və pedaqoji inkişaf

2017  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda ixtisasartırma kursu

 

Kitab

1. Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramı. (3 dildə). Bakı, “Təbib” nəşriyyatı, 2019, 115 s.

2. Patoloji fiziologiya. Dərs vəsaiti, Bakı-2019

3. Патологическая физиология. Учебное пособие. Баку-2019

4. Pathological Physiology.  Textbook, 2020

5. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti.  Bakı-2025, 262 səh.

6. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.

Məqalə

1. Das PECOM der Leber – eine neue Entitaet der Lebertumoren. Zeitschrift fuer Gastroenterologie.2015 №53. DOI http://dx.doi.org/ 10.1055/s-0034-1399391

2. New recommendations for the treating of Chronic Hepatitis C infection. Azərbaycan Tibb Jurnalı, 2016 (1), s.128-131.

3. Pathophysiological aspects of thyroid dysfunction by the experimental diabetes mellitus. Azərbaycan Tibb Jurnalı, 2019 (3), s.83-86.

4. Изучение гепатотоксического действия доксорубицина в эксперименте. Azərbaycan Tibb Universitetinin jurnalı, Bakı-2025, cild 5, №1, s. 55-60

DOİ İD: https//doi.org/10.28942/atuj.v5ily2025.111

5. Diabetik hepatopatiya şəkərli diabetin gecikmiş ağırlaşmalarının təzahür forması kimi. Azərbaycan Tibb Universitetinin jurnalı, Bakı-2025, cild 5, №2, səh. 23-34

DOİ: https://doi.org/10.28942/atuj.v5i2y2025.131

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası DAAD-Alumni