
Əliyeva Təranə Rzaqulu qızı 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olmuş və 1985-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1985-1986-cı illərdə internaturanı Semaşko adına xəstəxananın I daxili xəstəliklər kafedrasında keçdikdən sonra Məlikov adına xəstəxanada terapevt vəzifəsində işləmişdir. 1999-cu ilin mart ayından Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasında əvəzedici assistent kimi fəaliyyətə başlamışdır.
2005-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi adını almaq üçün dissertasiya işini müdafiə etmişdir.
2024-cü ilin mart ayında tibb elmləri doktoru elmi adını almaq üçün dissertasiya işinin açıq müdafiəsi kecirilmişdir. Bu mövzuya dair 54 elmi işi dərc olunmuşdur. Onlardan 36-sı məqalədir və məqalələrdən 20-si xarici olkələrdə dərc olunmuşdur ki, bunlardan da 6-sı impakt faktorlu jurnallardır. Dəfələrlə allerqologiya və immunoreabilitasiyaya həsr olunmuş konfranslarda məruzə ilə, Sinqapurda allerqologiya və immunoreabilitasiya üzrə konfransda isə posterlə çıxış etmişdir. Patoloji fiziologiya aid 6 dərsliyin, tədris-metodik vəsaitin, situasiya məsələləri və test kitabının yazılmasında iştirak etmişdir.
1985-ci il Semaşko adına xəstəxananın I Daxili Xəstəliklər kafedrasında həkim-interna
1999-cu il ATU, patoloji fiziologiya kafedrası assistent
2018-cu il ATU, patoloji fiziologiya kafedrası baş müəllim
2019-cu ildən ATU, patoloji fiziologiya kafedrası dosent
1979-1985 Ali təhsil N.Nərimanov adına ADTİ
Tibb üzrə fəlsəfə doktoru
1. Patoloji fizilogiya I Dərslik Bakı-2015, 627 səh.
2. Patoloji fizilogiya II Dərslik Bakı-2016, 339 səh.
3. Patoloji fizioligiya. Dərslik. Bakı-2023.
4. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti. Bakı-2025, 262 səh.
5. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.
6. Patoloji fiziologiya I Dərslik. Bakı-2025, 627 səh.
7. Pathological physiology (Textbook). Dərslik. Bakı-2025, 298 səh.
1. Artyus və Overi fenomeni zamanı qanda və limfada interleykin 4,6-nın səviyyələrinin təhlili. Azərbaycan Onkologiya Jurnalı, №1 Bakı 2017
2. Изучение уровней иммуноглобулина E,G и интерлейкина-4 в крови и лимфе при анафилактическом шоке и феномене Артюса в эксперименте. Биомедицина, №4, 2017
3. Artyus fenomeni zamanı qanda və limfada interleykin 4,6-nın səviyyələrinin müqayisəli təhlili. Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı 2018, № 1
4. Cравнение концентрации циркулирующих иммунных комплексов, уровней некоторых иммуноглобулинов и гистамина в крови и лимфе при анафилактическом шоке и феномене Артюса в эксперименте. Казанский медицинский журнал, Казань 2018, №1
5. Сравнительное определение концентрации микроэлемента лития, циркулирующих иммунных комплексов и активности комплемента в крови и лимфе при экспериментальном анафилактическом шоке и феномене Артюса. Казанский медицинский журнал, Казань 2018, №3
6.Determination of the Levels of IgE and ifG and the Activity of Complement comparatively in the Blood and Lymph in the experimental Arthus and Overy Phenomenon. International Journal of Immunology, USA,2019, C.7 N3
7. Determining the level of histamine in the experimental anaphilactic shock. International Conference on Applied Biosciences (İCAB-2019) N3 December 5-6, 2019
8. Determination of the Levels of IgE and IgG and the Complement activity Relatively in the Blood and Lymph. Journal of Immunology Research and Therapy, USA 2020, N5(1)
9. Bəzi allergik reaksiyalar zamanı dövr edən immunkomplekslərin (DİK) qatılığının dəyişiklikləri. Azərbaycan Tibb Jurnalı, №1, 2021
10. Определение микроэлемента лития в крови и лимфе при феномене Артюса. Сборник материалов V Евразийского конгресса. Санкт- Петербург-2024.
11. Eksperimental Artyus və Overi fenomeni zamanı qanda və limfada komplementin titrinin dəyişiklikləri. Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı-2025, s.417-418.
DOİ İD: https//doi.org/10.28942/atuj.v1(S)i5y2025