
Qafarova Zöhrə Ənvər qızı 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun biologiya fakültəsinə qəbul olmuş, 1988-ci ildə həmin fakültəni bitirmişdir. 1981-ci ildə ATU-nun dərman formalarının texnologiyası kafedrasında preparator, 1988-ci ildə laborant vəzifələrində çalışmışdır. 1991-ci ildə ATU-nun Patoloji fiziologiya kafedrasının nəzdindəki problem laboratoriyada baş laborant, 1992-ci ildə kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən Patoloji fiziologiya kafedrasında baş laborant vəzifəsində çalışır. İşlədiyi müddət ərzində 14 elmi iş çap etdirmişdir.
1981-ATU, Dərman formalarının texnologiyası kafedrası preparator
1988-ATU, Dərman formalarının texnologiyası kafedrası laborant
1991-ATU, Patoloji fiziologiya kafedrası nəzdində problem laboratoriya baş laborant
1992-ATU, Patoloji fiziologiya kafedrası nəzdində problem laboratoriya kiçik elmi işçi
1996-ci ildən ATU, Patoloji fiziologiya kafedrası baş laborant
1983-1988 Ali təhsil V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutu
1. Eksperimental şəkərli diabet zamanı oksidləşdirici stessin qaraciyərin fermentativ fəaliyyətinə təsiri və fitokorreksiyası. Azərbaycan Təbabətinin Müasir nəaliyyətləri Bakı 2021
2. The relationship between the immune system and coagulation cascade during the recovery period after reanimation. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Təbabətin aktual problemləri" Beynəlxalq elmi-praktiki konqresin materialları. Bakı-2023. Səh. 492
3. Dublin-Johnson sindromu zamanı hiperbilirubinemiyanın inkişaf mexanizmində MRP2 mutasiyalarının patofizioloji tədqiqi. “Təbiət və elm” beynəlxalq elmi jurnal. Bakı-2024, səh. 7-11.
4. Xroniki obstruktiv ağciyər xəstəliyinin patofizioloji göstəriciləri, diaqnostikası, ağılaşmaları və korreksiya prinsipləri. “Azərbaycan təbabətinin müasir nailiyyətləri” Rüblük elmi-praktik jurnal. Bakı, 2024, №1, səh. 165-171.
5. Изучение гепатотоксического действия доксорубицина в эксперименте. Azərbaycan Tibb Universitetinin jurnalı, Bakı-2025, cild 5, №1, s. 55-60
DOİ İD: https//doi.org/10.28942/atuj.v5ily2025.111