
Mən, İmanov Elnur Ədalət oğlu 1976-cı ildə Neftçala rayonunun Astanlı kəndində anadan olmuşam.
1993-cü ildə Astanlı kənd orta məktəbini bitirmişəm. 1993- cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olub, 1998-ci ildə həmin Universiteti bitirmişəm.
1999 ildə 3 saylı stomatoloji poliklinikada həkim-stomatoloq-interna vəzifəsində çalışmışam.
2000-ci ildən Azərbaycan Tibb Universitetinin Uşaq Stomatologiyası kafedrasında baş laborant,
2002-ci ildə stajor assistent, 2003-cü ildən assistent, 2019-cu ildən dosent vəzifəsində çalışıram.
Həmçinin, 2013-cü ildən kafedrada tədris işləri üzrə müdür müavini vəzifəsində işləyirəm.
2010-cu ildə təsdiq olunmuş “ Uşaqlarda parodontun iltihabi xəstəliklərinin kompleks müalicəsi” mövzu sunda dissertasiya işi 2016-cı ildə müdafiə edilmiş və 2017-ci ildə AAK-nın kolleqalar şurasında təsdiqlənərək diplomla təltif olunmuşam. 52 məqalə və tezis, 2 metodik tövsiyə, 1 dərs vəsaiti və 1 Patentin müəllifiyəm. Ölkə daxilində və xaricində müxtəlif elmi konfranslarda, səhiyyənin təşkil etdiyi tədbirlərdə iştirak etmişəm. Həkimlərə kömək məqsədi ilə işlər aparmışam. Belə ki, Bakı, Gəncə, Mingəçevir, Quba şəhərlərində həkim-stomatoloqlarla görüşlər keçirərək parodont xəstəliklərinin profilaktika və müalicəsi mövzusunda mühazirələr oxuyaraq bu sahədə olan yeniliklərlə tanış etmişəm.
Baş laborant / Azərbaycan Tibb Universiteti, Uşaq stomatologiya kafedrası*2000-2021
Assıstent / Azərbaycan Tibb Universiteti, Uşaq stomatologiya kafedrası*2003-2019
Dosent / Azərbaycan Tibb Universiteti, Uşaq stomatologiya kafedrası*2019- dan hal-hazıradək
Kafedra müdirinin tədris işləri üzrə müavin / Azərbaycan Tibb Universiteti, Uşaq stomatologiya kafedrası*2013- dən hal-hazıradək
Tibb elmləri üzrə fəlsəfə doktoru, Dosent
1. Uşaqlarda parodontun iltihabi xəstəliklərinin kompleks müalicəsində Loroben preparatının istifadəsi.Sağlamlıq Jurnalı № 2, Bakı, 2020 İSBN-5-8035-0168-9 İSSN-2706-6614
2. Некоторые аспекты лечения воспалительных заволеваний пародонта. Современная стоматология. Минск (Беларусь), 2021, № 3(84) İSSN 2077-642X
3.Эффективность лоробена в лечении воспалительных заболеваний парадонта у детей.Azərbaycan Tibb Jurnalı. № 2, Bakı, 2024 İSSN 0005-2523
4. Devitalizing agents used in the treatment of pulpitis in children. Sciences of Europe. Praqa. № 143, 2024
DOİ:10.5281/zenodo.12540779
5. Periodontal reactivity, metabolic processes and caries resistance in adolescents.İnternational independent scientific journal, №66, Polşa, Krakov şəhəri. 2024 https://doi.orq/10.5281/zenodo.13908305
6.Uşaqlarda daimi diş köklərinin formalaşması dövründə kariyesin müalicəsi. Azərbaycan Tibb Jurnalı..№, Bakı, 2025.İSSN 0005-2523 DOİ: https//doi.org/10.34921/amj.2025.2.004
7.Uşaqlarda daimi dişlərin köklərinin formalaşması dövründə plomblanmasının xüsusiyyətləri. Qafqazın Stomatoloji Yenilikləri” Jurnalı.. №, Bakı, 2025 İSSN: 2664-1089
8.Uşaqlarda daimi dişlərin köklərinin formalaşması dövründə kariyesin müalicəsinin optimal üsulu. Tibb və Elm Jurnalı.. №, Bakı, 2025. İSSN: 2413-3302
Methods to increase the treatment effectiveness for inflammatory diseases of periodontium in children.Archiv euromedica. Almaniya. 2021, № 6
DOI
1. Yeni Azərbaycan Partiyası
2. Azərbaycan Stomatoloji Assosasiyası