
Əliyeva Rəna Qurban qızı 21 yanvar 1948-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 8 №-li orta məktəbi medalla bitirmiş, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olmuşdur. İnstitutun Elmi Şurasının qərarı ilə 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasına klinik ordinaturaya göndərilmişdir. 1973-cü ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun stomatologiya kafedrasına işə qəbul edilmiş, ardıcıl olaraq baş laborant vəzifəsindən dosent vəzifəsinə kimi yüksəlmişdir. 1998-ci il aprel ayında R. Əliyeva Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrasının müdiri vəzifəsinə seçilərək bu günə qədər həmin kafedraya rəhbərlik edir.
1991 –cı ilTibb üzrə fəlsəfə doktoru / 1995-ci il dosent
2001-ci il Tibb üzrə elmlər doktoru / 2005-ci il - professor
Ali 1966-1971N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsi
"Əməkdar elm xadimi" və "Əməkdar həkim" adına layiq görülmüş, "Fədakar əməyə görə" medal və Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir
Əliyeva R.Q., Ulitovskiy S.B. Stomatoloji xəstəliklərin profilaktikası Dərslik ,,Oslar,, nəşriyyatı ,Bakl 2000 400 səhifə İSBN 5-86-874-324-5
1. Алиева Р.Г., Улитовский С.Б. Профилактика сиоматологических заболеваний . Учебник, Издательство «Ослар», Бакл, 2000. 400 страниц. ISBN 5-86-874-324-5
2. Z.İ.Qarayev, R.Q. Əliyeva . Z.H. Novruzov Ortodontiya Dərslik ,,Ttime print,, nəşriyyatı Bakı 2016 , 272 səhifə İSBN 5-86874-085-8
3. R.Q. Əliyeva, G.K. Zeynalova Uşaq Terapevtik Stomatologiyası İSBN:5-86874-344-X Dərslik Səda nəşriyyatı Bakı 2017 360 səh.
4. R.Q. Əliyeva, G.K. Zeynalova Uşaqlarda ağızın selikli qişa xəstəlikləri dərs vəsaiti Təbib nəşriyyatı Bakı 2016 115 səhifə
5. R.Q.Əliyeva , R.A.Abbasiva Uşaqlarda diş xəstəlikləri Dərs vəsaiti Bakı 2016 164 səhifə ,,Avropa ,, nə.riyyatı
Azərbaycan Stomatoloji Assosiasiyası Prezidrnti
FDİ Ümümdünya Stomatoloji Federasiyasının parlament üzvü ,Türk Diş Həkimləri Birliyinin elm komitəsinin üzvü , Beynəlxalq Stomatoloqlar Akademiyasının – (ADİ üzvü