
İsmayıl Adil oğlu Qafarov 1990-cı ildən Tibbi və bioloji fizika kafedrasında mühəndis-proqramlaşdırıcı, assistent, baş müəllim, dosent və kafedra müdiri vəzifəsində işləyir.
«İnformatika», «Biostatistika», «Tibbi statistika», «Ali riyaziyyat», «Biofizika» fənlərinin proqramların müəllifi və həmmüəllifidir. Azərbaycan və rus dillərində mühazirə və praktik dərslər aparır və onun tərəfindən tərtib olunmuş öyrədici proqramlar tədrisdə istifadə olunur.
2005-ci ildə «Obyektləri hərəkətdə olan mürəkkəb sistemlərin stoxastik modelləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 01.01.05 – ehtimal nəzəriyyəsi və riyazi statistika, 05.13.18 – riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri ixtisasları üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Elmi maraq dairəsi - tibdə proqnozlaşdırma problemləridir. Mütəmadi elmi məcmuələrdə, konfranslarda səhiyyənin avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili, tibbi diaqnostika, proqnozlaşdırma məsələlərinin həll üsulları barədə çıxışlar edir. Beynəlxalq sitatlar bazasına daxil edilmiş (Web of Science, Scopus, PubМed, EBSCO, Ulrichs Periodicals Directory, РИНЦ) jurnallar da daxil olmaqla, müəllifi olduğu 90-dan çox elmi məqaləsi jurnallarda dərc olunmuşdur, 2 patentin, 5 səmərələşdirici təklifin, 4 müəlliflik şəhadətnaməsinin və 4 tədris vəsaitinin müəllifidir.
ATU-da və həmçinin dəvət ilə digər universitetlərdə (BDU, Xəzər Universiteti, ABTA və s.) doktorant və dissertantlar üçün “elmi tədqiqatların aparılması və nəticələrin statistik analizi” mövzusunda mühazirələr aparır və treninqlər təşkil edir.
ATU-da elektron imtahan mərkəzi fəaliyyətə başlayandan müxtəlif fənlər üzrə ekspert kimi fəaliyyət göstərmişdir.
Rəhbərliyi altında 1 PHD elmi işi müdafiə ərəfəsindədir.
Rəhbərliyi altında 1 magistr elmi işi yerinə yetirilir.
Ayrı-ayrı illərdə tələbələrin TEC-də elmi işlərinə rəhbərlik etmişdir.
2012-ci ildən DİM-də «İnformatika» fənni üzrə seminarın üzvü və 2018-ci ildən rəhbəridir.
Assistent / Baş müəllim
Dosent / Kafedra müdiri
Bakı Dövlət Universiteti /Tətbiqi Riyaziyyat fakültəsi *1982-1989
Dosent elmi adı (AAK)
Способ прогнозирования развития деструктивного холецистита. Евразийский патент на изобретение № 050036, Сертификат 1650024017000, 30 мая 2025. https://old.eapo.org/ru/publications/publicat/viewbull.php?bull=2025-05&id=050036&kind=B1&ipc=G01N033/49
Способ ранней диагностики деструктивного холецистита Евразийский патент на изобретение № 050662, Сертификат 202591627, 05 августа 2025.
https://www.eapo.org/pubservices/info/registry/inventions/patents/050662?ipType=InventionPatentCase
Tibb avadanlığının standarlaşdırılması və sertifikatlaşdırılması (Amerika Birləşmiş Ştatları * 2003)
Teletəbabət (Almaniya Federativ Respublikası * 2009)
Pedaqoji peşəkarlığın inkişafı (ATU * 2024)
• Riyazi modelləşdırmə / statistik analiz
• Tibdə proqnozlaşdırma problemləri
• Süni intellektin köməyi ilə proqnozlaşdırma
Qafarov İ.A. Biostatistika. Bakı, Təbib, 2025, 250 s. ISBN: 978-9952-39-330-9 https://www.researchgate.net/publication/365806405_Biostatistika
İnformatika (elmi redaktor). DİM: CBS, 2022, 342 s. ISBN 978-9952-48-293-5
Информатика (научный редактор). DİM: CBS, 2022, 342 с. ISBN 978-9952-48-300-0
Serum IL-6 and IL-18 responses in COVID-19 in children: the role of vitamin D status in a cohort from Azerbaijan
DOI
Informativeness of biochemical indicators in the diagnosis of viral hepatitis B and C in pregnant women // World of Medicine and Biology, 2022. № 1 (79), s.121-126 ISSN 2079-8334 (coaut: Sariyeva E.G.) Web of Science Quartile – Q4
DOI
DOI
DOI
DOI
DOI
DOI
Diagnostic value of cytokine profiles in children with atopic bronchial asthma and concurrent vitamin D deficiency // Acta Biomed 2025; Vol. 96 (N. 4), 16249 (couat: Naila Sultanova, Aytan Jafarova, Rana Karimova, Mushfig Orujov) Scopus: Quartile – Q1
DOI
Elmi məsləhətçi / G.Ə.Hüseynova.
Öz boyu hündürlüyündən səth üzərinə yıxılma nəticəsində əmələ gəlmiş xəsarətlərin biomexaniki və morfoloji meyarlarının məhkəmə-tibbi təhlili
M.S.Yusifov / Səhiyyə xidmətlərində informasiya texnologiyalarinin tətbiqinin effektivliyi