Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Dosent Xəyalə Məmmədova 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində bakalavr pilləsində təhsil almışdır. 2004-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin Biofizika ixtisasında magistratura pilləsinə daxil olaraq 2006-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Biofizika laboratoriyasında biofizika ixtisasında doktoranturaya qəbul olmuş, 2010-cu ildə isə oranı bitirmişdir.2007-2008-ci illərdə Bakı Dövlət Universitetinin Gənc İstedadlar liseyində biologiya müəlliməsi kimi fəaliyyət göstərmişdir. 2008-ci ildə Pakistan İslam Respublikasının Karaçi Universitetinin İCCBS(İnternational Center for Chemical and Biological Sciences) elmi mərkəzində məşhur professor, islam dünyasının Nobel mükafatı sayılan, İslam Ölkələrinin Əməkdaşlığı Təşkilatı tərəfindən verilən Mustafa Priz laureatı Muhammad İqbal Choudhary-nin rəhbərliyi altında öz elmi işlərini görmüş, 2015-ci ildə “β-qlükuronidaza inhibitorlarının skrininqi və molekulyar dokinq metodu ilə öyrənilməsi” mövzusunda dissertasiyasını müdafiə etmişdir. 2011-ci ildən Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında Biofizika ixtisasını tədris edən assistent kimi işə başlamış, sonra baş müəllim və dosent vəzifələrinə yüksəlmişdir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin Tibbi və Bioloji Fizika kafedrasının dosenti kimi fəaliyyət göstərir. Pakistan İslam Respublikasının bir neçə Universiteti ilə əlaqələri mövcuddur. Mohammad Ali Jinnah Universitetinin qonaq müəllimi seçilmiş və məzuniyyəti dövründə müəyyən illərdə həmin Universitetdə çalışmışdır.

Calışdığı müddətdə X.R.Məmmədova kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat işlərinə kömək etmiş, Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərmişdir. Dəfələrlə Tələbə Elmi Cəmiyyətində tələbələri birincilik qazanmış, Universitet rəhbərliyi tərəfindən xarici konfranslara göndərilmişdir. Müxtəlif tibbi və bioloji məcmuələrdə nəşr olunan elmi məqalələrin müəllifidir.

Dosent Xəyalə Məmmədova işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, nizamlı, intizamlı və öz işini sevən bir müəllim kimi tanıtmışdır.

 

Akademik fəaliyyət

Assistent / Azərbaycan Tibb Universiteti, 2011-2018-ci illər

Baş müəllim / Azərbaycan Tibb Universiteti, 2018-2021-ci illər

Dosent / Azərbaycan Tibb Universiteti, 2021-hal-hazıradək

Nailiyyətlər (adlar)

Biologiya üzrə fəlsəfə doktoru, dosent

Elmi araşdırma sahəsi

β-qlükuronidaza inhibitorlarının öyrənilməsi, molekulyar dokinq metodu və in silico təcrübələrinin araşdırılması

Kitab

1. Biofizikadan laboratoriya məşğələləri, Abıyev H.Ə.,Bayramov Ş.Q.,Cəfərov R.X., Məmmədova X.R., İsmayılova M.S., Salmanova R.Ə., Azərbaycan Tibb Universitetinin mətbəəsi, Bakı, 2017

2.FUNDAMENTALS OF IMPLANT BIOMATERIALS, S.Mohanasundaram, Khayala Rajab Mammadova, Huseyn Azizulla Abiyev, Mohamed Rabeek, Vidhya Rekha.U, Scientific International Publishing House, India, 2022

Məqalə

1. Synthesis, characterization, antimicrobial and antiproliferative activities, molecular docking, and physicochemical properties of novel hydrazinecarbothioamide derivatives, Venkatesh G., Mammadova Khayala, Ayyar Manikandan, Cheerlyn Mishma J.N., Gnanasekaran, Lalitha, Santhamoorthy M., Vennila P. Journal of Molecular Structure, Volume 134325 October 2025 Article number 142774, Q1 kvartil, doi: 10.1016/j.molstruc.2025.142774

2. Microwave-assisted synthesis of superabsorbent agar-based magnetic composite hydrogel for drug delivery and anti-inflammatory studies , Shah Muffarih, Shah Nasrullah, Shah Ismail, Shah Ibrahim, Rehan Touseff, Mammadova Khayala, Khan Abbas, Majeed Noor, Anjum Maria, Results in Engineering, Volume 26, Article number 104552 , Q1 kvartili, DOI :10.1016/j.rineng.2025.104552

3. Genome-Wide Study of Diabetes Mellitus (Type 2)–Associated Genes in Homo sapiens (Human), Shaukat Rizwan, Hussain Amjad, Akash Muhammad Sajid Hamid, Rehman Kanwal, Imran Muhammad, Ali Enas, Ali Meher, Mammadova Khayala, Jan Afnan, Khan Ajmal, Khan Shoaib, Ayub Muhammad Adnan, Ullah Munzer, Sohail Ammara, Arshad Hafsa, Journal of Gene Medicine, Volume 27, Issue 6, 2025 Article number e70025, Q2 kvartili,  DOI :10.1002/jgm.70025

4. Synthesis, characterization, antiproliferative, antibacterial activity, RDG, ELF, LOL Molecular docking and physico chemical properties of novel benzodiazepine derivatives , Venkatesh G., Vennila P., Govindasamy C., Newehy  Ahmed S.E l, Mammadova Khayala, Mishma J.N. Cheerlin, Manikandan A., Balasubramaniyan S., Journal of Molecular Structure, Volume 132215, 2025, Article number 140519, Q1 kvartili, DOI : 10.1016/j.molstruc.2024.140519

5.Microbial Bioconversion: A Regiospecific Method for Novel Drug Design and Toxicological Study of Metabolites, Maria Yousuf, Waqas Jamil and Khayala Mammadova, Current Pharmaceutical Biotechnology, 20(14): 1156 – 1162, (2019) doi: 10.2174/1389201020666190618115821

6. Diabetes Management through α-Glucosidase Inhibitors Challenges and Current Perspectives Citation: Yousuf M, Shakir S, Khan I, Mammadova K, Ishrat U. Challenges and Current Perspectives. J Mod Biol Drug Discov, 2023; doi:10.53964/jmbdd.2023009

Üzv olduğum qurum

1. Azərbaycan Biofizika Cəmiyyətinin üzvü.

2. Antidiabetik Bitkilər üzrə Araşdırmaların Asiya Şəbəkəsinin (ANRAP) üzvü.

3. Azərbaycan Fitoterapevtlər Cəmiyyətinin üzvü.

4. “Science for Health” cəmiyyətinin təsisçisi və direktoru