Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Qurbanova Nəzakət Hacı qızı 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Avtomatlaşdırılmış idarəetmə sistemləri” ixtisası üzrə bitirmişdir. 1990-ci ildən Azərbaycan Tibb Universitetinin “Tibbi və bioloji fizika” kafedrasında mühəndis,  assistent, baş müəllim vəzifələrində çalışmışdır. 2011-ci ildən Tibbi və bioloji fizika kafedrasında  dosent vəzifəsində çalışır.

Elmi fəaliyyətində Qurbanova N.H. 1994-cü ildə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə namizədlik dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika institutunda müdafiə etmişdir. 2006-cı ildə dosent elmi adı almışdır.

Qurbanova N.H. 5 kitab, 1 dərs vəsaiti, 2 metodik vəsait, 3 patent, 100-ə yaxın elmi məqalənin müəllifidir, bir sıra beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir.

Akademik fəaliyyət

Dosent / Azərbaycan Tibb Universiteti * 2011-hal-hazıradək

Baş müəllim / Azərbaycan Tibb Universiteti * 1996 - 2011

Assistent / Azərbaycan Tibb Universiteti * 1991 - 1996

Mühəndis / Azərbaycan Tibb Universiteti * 1990 - 1991

Kiçik elmi işçi / Azərbaycan EA Kibernetika institutu * 1989 - 1990

Mühəndis / Azərbaycan EA Kibernetika institutu * 1979 - 1989

Təhsili

İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsi / Azərbaycan Neft və Kimya İnstitutu *1974-1979

Peşə və pedaqoji inkişaf

İxtisasartırma kursu / Azərbaycan pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanmsı institutu, 1999

Elmi araşdırma sahəsi

Süni intellekt, obrazların tanınması, informsiya sistemləri

Kitab

1. Abdullayeva G.G., Qurbanova N.H İsbata əsaslanan tibbdə informasiya texnologiyaları. Bakı, “Ulduz”, 2005, 277 s.

2. Абдуллаева Г.Г., Курбанова Н.Г. Информационные технологии в доказательной медицине. Баку, «Улдуз», 2005, 287 с.    

3. Qurbanova N.H. Bina texnikası üçün informasiya və kommunikasiya texnologiyaları. AzMİU, Bakı, 2008, 163 s.

4. Abdoullayeva G.G.,   Gurbanova N.H., Mizazadeh I.Kh. Information Technologies in Toxicology. LAP Lambert Academic Publising, 2014, 118 p.

5. Abdullayeva G.G., Qurbanova N.H., Mirzəzadə İ.H. İnformasiya texnologiyaları: toksikologiyada diaqnostika və monitoring. “İnformasiya texnologiyaları” nəşriyyatı, Bakı, 2016, 234 s.

6. Qurbanova N.H., Talıbova D.A. İnformatikanın əsasları. Dərs vəsaiti. “İnformasiya texnologiyaları” nəşriyyatı, Bakı, 2017, 332 s.

Məqalə
  1. Abdullayeva Q.Ə., Qurbanova N.H., Hacıyev Z.Ə. Цифровизация управления аптечной сети (Dıgıtalısatıon of pharmacy network management). Annali d’Italia, 2024, N 61, p. 81-84. DOI: 10.5281/zenodo.14231210
  2. Abdullayeva Q.Ə., Qurbanova N.H., Hacıyev Z.Ə. Electronıc prescrıptıon system ın the unıfıed healthcare ınformatıon space. Znanstvena misel journal, 2024, N 91, p.102-105. DOI: 10.5281/zenodo.12541243
Üzv olduğum qurum

Yeni Azərbaycan Partiyası