
Əzizova G.İ. 1977-ci ildə riyaziyyatdan əla qiymət alaraq, 1 imtahanla Ulu öndər H.Əliyevin rəhbərliyi altında “Müsabiqədənkənar qəbul” çərçivəsində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsinə «biokimya» iхtisası üzrə qəbul olunmuşdur. 1982-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirərək, SSRİ EA-nın M.M.Şemyakin adına Bioüzvi Kimya İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1988-ci ildə akademik Y.A.Ovçinnikovun rəhbərliyi ilə «Na+, K+-ATF-aza a-subvahidinin birincili quruluşu» mövzusunda dissertasiya müdafiə edərək, elmlər namizədi elmi dərəcəsini almışdır.
1988-ci ildə müsabiqə yolu ilə ATU-nun Biokimya kafedrasına assistent seçilmişdir. 1995-1998-ci illərdə baş müəllim, 1998-2018-ci illərdə dosent, 2018-ci ildən professor, 2019-cu ildən Biokimya kafedrasının müdiri vəzifəsində çalışır. 2015-ci ildə "Oksidativ streslə əlaqədar olan biokimyəvi dəyişikliklərin zülal foldinqinə təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2006-cı ildən etibarən хarici tələbələrə ingilis dilində mühazirələr və laborator məşqələlər tədris edir.
2010-cü ildə Azərbaycan Prezidenti yanında "Elmin İnkişafı Fondu"nun qrant müsabiqəsinin qalibi olmuş və endogen antimikrob peptidlərin öyrənilməsi sahəsində geniş tədqiqat işlərini həyata keçirmişdir.
Yerli və хarici mətbuatda dərc olunmuş 205 elmi əsərin, o cümlədən 11 metodik vəsaitin, 4 dərsliyin, 1 monoqrafiyanın müəllifidir. Dəfələrlə mötəbər Beynəlxalq Elmi konqreslərdə ingilis dilində məruzəçi qismində iştirak etmişdir.
Əzizova G.İ. sistematik olaraq özünün nəzəri səviyyəsinin və pedoqoji ustalığının artırılmasının qayğısına qalır, maraqla dinlənilən mühazirələr oxuyur. O, Universitet əməkdaşları və tələbələri arasında böyük hörmətə malikdir.
1988-1995 - ATU-nun Biokimya kafedrası - assistent
1995-1998 - ATU-nun Biokimya kafedrası - baş müəllim
1998-2018 - ATU-nun Biokimya kafedrası - dosent
2018-ci ildən - ATU-nun Biokimya kafedrası - professor
2019-cu ildən - ATU-nun Biokimya kafedrasının müdiri
1977-1982 - Ali təhsil - M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, biologiya fakültəsi, Moskva
1981-1988 - Aspirantura - M.M.Şemyakin adına Bioüzvi kimya İnstitutu, Moskva
1. Tərkibində triptofan aminturşusu olan peptidlərin selektiv ayrılması metodunu ilk dəfə biokimyəvi praktikada tətbiq edib və bu metoddan müasir biokimyəvi laboratoriyalarda geniş istifadə edilir.
2. Na+, K+-ATF-azasının hidrofob və hidrofil xarakterli peptid fraqmentlərini araşdırmışdır.
3. İlk dəfə olaraq müəyyən etmişdir ki, şəkərli diabet zamanı immunoqlobulinlərin avidliyi antioksidant mühafizə sistemi və lipoperoksid oksidləşmənin intensivlik dərəcəsi ilə biləvasitə əlaqədardır.
4. Müəyyən etmişdir ki, zülal, karbohidrat və lipid mübadiləsində oksidativ streslə əlaqədar olan biokimyəvi dəyişikliklərin immunosupressor təsiri kompleks şəkildə araşdırılmış və oksidativ stress immununitetin B-sisteminin fəaliyyətinə, əsasən də anticisimlərin foldinqinə təsir göstərərək, onların protektiv funksiyasını zəiflədir.
5. Sübut etmişdir ki, oksidativ stresin təsiri altında baş verən “zülalın aminturşu ardıcıllığı
1. 2012 - Azərbaycan Respublikası Prezidenti yanında "Elmin inkişafı" Fondu. Qrant № EIE-2010, (1) 40/29-3, Bakı şəhəri
2. June 23-28, 2008 - 2010 İnternational Workshop on Bioinformatics. Baku, sertification;
3. 13-18 september, 2012 - Teachler Training Proqramme. Baku, sertification;
4. 16-20.12.2016 - XIII Ümumdünya Kimya Konfransı, Karaci Universiteti, Pakistan;
5. 04.-11.10.2016 - Biokimyaçılar qurultayı, Soçi, Russiya;
6. 03-10.06.2017 - Sinir Sistemi Biokimyası Konqresi, Sankt-Peterburq, Russiya.
7. 02-04.09.2024 - Avrasiya Biomüxtəlifliyinin Qorunması üzrə 2-ci Beynəlxalq Konfrans, “ICEB-2024”, Ege Universiteti, İzmir, Türkiyə.
8. 19-20.12.2024 - “Biologiyada Nailiyyətlər və Çətinliklər” üzrə 12-ci Beynəlxalq Konfrans, “ACB-2024”, Bakı Dövlət Universiteti, Bakı.
1. Endogen antimikrob peptidlər;
2. Oksidativ stresin biokimyəvi mexanizmləri;
3. Osteoporozun biokimyəvi mexanizmlərinin öyrənilməsi;
4. Oksidativ stress və hipoksiya modelləri əsasında xarici mühit amillərinin xəstəliklərin patogenezinə təsiri
1. Qarayev A.N., Əzizova G.I., Niyazova N.K. Statik biokimyadan testlər. Tədris metodik vəsait., Bakı: 2011, 280 səh.
2. Qarayev A.N., Əzizova G.İ., Eyyubova A.Ə., Niyazova N.K. və b. Statik biokimyadan testlər (A.M.Əfəndiyevin rəhbərliyi ilə). Dərs vəsaiti. Bakı, "Təknur", 2012, 275 səh.
3. Əzizova G.I., Həsənova Ş.I., Eyyubova A.Ə. və b. Statik biokimyadan testlər (F.I.Islamzadənin rəhbərliyi ilə). Dərs vəsaiti. Bakı, "Təknur", 2013, 280 səh.
4. Гасанова Ш.И., Азизова Г.И., Вагабова Г.Р. Тесты по динамической и функциональной биохимии. Tədris metodik vəsait. Bakı, "Təknur", 2017, 336 səh.
5. Həsənova Ş.İ., Əzizova G.İ., Биологическая химия. Dərs vəsaiti. Баку, ГЭЦ-«Абитуриент» – 2019, 591 səh.
6. Azizova G.İ., Dadashova A.R., Vahabova G.R., Biochemistry laboratory manual theory and methods. Tədris metodik vəsait. Bakı, 2019, “Təknur” MMS mətbəəsi, 287 səh.
7. Əzizova G.İ., Qarayev A.N., Eyyubova A.Ə., Niyazova N.K. və b. Statik biokimyadan situasiya məsələləri və testlər (prof. A.M.Əfəndiyevin redaktorluğu ilə). Dərs vəsaiti. "Təknur" nəşriyyatı, Bakı, 2019, 238 səh.
8. Əzizova G.İ., Amirova M.F., Vahabova G.R., Dadaşhova A.R., et al. Situational tasks and tests for static biochemistry (under the general editorship of prof. G.İ.Azizova). Dərs vəsaiti. "Təknur" nəşriyyatı, Bakı, 2019, 240 səh.
9. Əzizova G.İ., Qarayev A.N., Həsənova Ş.I., Ələkbərzadə Ş.İ. və b., Dinamik və funksional biokimyadan testlər (prof. G.İ.Əzizovanın redaktəsi ilə). Dərs vəsaiti. Bakı, «Təknur», MMS mətbəəsi, 2020, 291 səh.
10. Əzizova G.İ., Həsənova Ş.İ., Eyyubova A.Ə., Niyazova N.K., Mustafayeva B.B., və b. Statik biokimyadan situasiya məsələləri və testlər (prof.A.M.Əfəndiyevin redaktorluğu ilə). Dərs vəsaiti. "Müəllim" nəşriyyatı, Bakı, 2021, 240 səh.
11. Azizova G.İ., Dadashova A.R., Amirova M. F., Vahabova G. R. Biochemistry laboratory manual theory and methods. Kitab. “Teknur” publishing house, 2021, 287 p.
12. Əzizova G.İ., Həsənova Ş.İ., Qarayev A.N., Bayramova N.Ş. Tibbi biokimya. Dərslik. Bakı, “Müəllim”, 2022, 252 s. I nəşr.
13. Əzizova G.İ., Vahabova G.R., Həsənova Ş.İ., Qarayev A.N. və b. Statik biokimyadan situasiya məsələləri və testlər. Dərs vəsaiti. “Müəllim” nəşriyyatı, Bakı, 2022, 220 s.
14. Əzizova G.İ., Vahabova G.R., Həsənova Ş.İ., Hacıyev A.H. və b. Cитуационные задачи и тесты по статической биохимии. Dərs vəsaiti. “Müəllim” nəşriyyatı, Bakı, 2022, 220 s.
1. Azizova G.I., Dadashova A.R., Dashdamirova G.S. / Impact of homocysteine on oxidative stress in cooleys’s anemia // International Black Sea Coastline Countries Scientific Research Symposium – VI “Impact of homocysteine on oxidative stress in cooleys’s anemia” April 28-30 2021, Giresun, Turkey.
2. Həsənova N.A., Müseyibova A.A., Rzayeva F.F., Əzizova G.İ. / Osteoporotik sümük sınıqları zamanı qan serumunda osteoaktivin və homosistein səviyyələrinini korrelyasiyası. // Azərbaycan Tibb Jurnalı, Xüsusi buraxılış, 6-8 oktyabr, 2021, s. 26-28
3. Amirova M.F., Azizova G.İ. / SARS-CoV-2 Virus Transmission Mechanism in the Human Body. // Pakistan Journal Of Biochemistry and Molekular Biology, 2021, vol. 54, № 1-2, p. 14-20.
4. Amirova M.F., Azizova G.İ. / Antimikrob peptidlərin təsnifatı ilə təsirinin müzakirəsi. // 4 International European Conference on Interdisciplinary scientific research. 8-9 August 2021. Warsaw, Poland. Full Text Book Volume 1 , p. 338-345.
5. Azizova G.İ., Rzayeva F.F., Mamedov A.M. / Multiyaer Scattering model: structural changes in the cytoplasmic nucleus like bodies. // Scientific collection “Interconf” 2021, № 61, р. 220-224
6. Əmirova M.F., Əzizova G.İ., Hüseynova E.E. / Sağlamlığı qorumaq məqsədiylə antimikrob peptidlərin əsas sintez edilmə prinsipləri. // Elmi Tədqiqat Beynəlxalq online elmi jurnal. İF 0.543.2022/cild 2, sayi 1, s. 19-24.
7. Əmirova M.F., Əzizova G.İ., Hüseynova E.E., Rahimova R.R., Dashdamirova G.S. / Strategy for obtaining anti cancer liposomes. // Journal of RNA and Genomics. London, 2022, vol. 18, issue 3, p. 1-8
8. Əmirova M.F., Quliyeva F.E., Əzizova G.İ. / SARS-COV-2 infeksiyasının müasir yayılma və korreksiya mexanizmləri. // “Təbiət və elm”. Beynəlxalq elmi jurnal, Elmi araşdımalar tezislər toplusu. Bakı, 2022, cild.4, sayı 1, s. 5-13
9. Canbaxışov Q.S., Əzizova G.İ., Həsənova N.A. / Sınıqların bərpa dövründə sümük və qığırdaq metabolizmində qığırdaq qlikoproteini, homosistein və osteoaktivinin rolu. // Azərbaycan Ortopediya və Travmatologiya Jurnalı, Bakı, 2022, № 2, s. 33-37
10. Əmirova M.F., Əzizova G.İ., Əfəndiyev A.M., Yaqubova V.İ., Şahverdyeva İ.C., Rzayeva F.F., Həsənzadə N.Ç., Novruzov E.A., Bayramova N.Ş., Nərimanova G.V. / Tünd çay və kofeinin gənc kişilərin qanında kortizolun və endogen amillərinin qatılığına təsiri. // Azərbaycan Tibb Jurnalı, 2022, № 4, s. 159-163.
11. Əmirova M.F., Əzizova G.İ., Həsənzadə N.Ç., Hüseynoca E.E., Rzayeva F.F., Quliyeva S.R., Quliyeva F.E., Bağırova S.A. / Hormonal panel və qanın energetik substratlarının kofeinli içkilərdən dəyişilməsi. // Sağlamlıq, 2022, № 4, s. 41-56. İSSN: 2706-6614
12. Əmirova M.F., Əzizova G.İ., Əfəndiyev A.M., İslamzadə F.Q., Məlikova N.V., Cəfərov H.R. / İstirahət zamanı kofeinli içkilərin biokimyəvi nöqteyi-nəzərdən orqanizmə fayda və zərərləri. // “Biokimya və təbabətin aktual problemləri” prof. A.M. Əfəndiyevin 80-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materailları. Bakı, 2023, s. 31-41.
13. Mamedov A.M., Rzayeva F.F. / Mio-tindall scattering from biological cells: dependence of radiation on membrane properties. // “Biokimya və təbabətin aktual problemləri” prof. A.M.Əfəndiyevin 80-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materailları. Bakı, 2023, s. 103-106
14. Amirova M.F., Azizova G.I. / Review on SARS-Cov-2 virus transmission mechanism in human. // American Journal of Medical and Clinical Research & Reviews (AJMCRR) Current Issue vol. 2, No. 7, July 2023, p. 1-7. ISSN 2835-6276.
15. Азизова Г.И. / Эндогенные антимикробные пептиды при оценке тяжести течения гепатита С. // Вестник науки. Приоритетные направления развития науки в современном мире. Сб. науч. стат. по материал. XIII Междунар. научно-практ.конференции. Уфа, 22 декабря 2023, часть 2. с. 129-134. Секция 8. Медицинские новости. УДК 61:616, 616.3, 36, 36-002, 36-002.2
16. Həsənova H.E., Əzizova G.İ. / Osteoporoz zamanı mineral mübadiləsinini komponentləri. // “Təbiət və elm” Beynəlxalq Elmi jurnal, 2023, cild 5, sayı 11, s.18-22. İF: 2.101. İSSN: 2707-1146.
17. Həsənova H.E., Quliyeva F.E., Əzizova G.İ. / Osteoporoz zamanı mineral mübadiləsi komponentlərinin və D vitamininin təyini. // Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkilləşdirmə İnstitutu // Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi, Bakı – 2024, s. 386.
18. Həsənova H.E., Əzizova G.İ. / “Osteoporozlu xəstələrdə kalsium, fosfor mübadiləsinin və D vitamininin əhəmiyyətinin təyin edilməsi” / Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans IV – hiissə, 03-04 may Gəncə - 2024, s. 295.
1. “Talassemiya, hemofiliya və digər irsi qan xəstəlikləri zamanı oksidativ stressin təsirinin, antimikrob peptidlərin sekresiyasının və immunoqlobulinlərin avidliyinin kompleks şəkildə tədqiqi” Layihənin dəyəri: 40.000 manat.
Layihə rəhbəri: prof. Gülnarə Əzizova
2. “Oynaq xəstəlikləri zamanı sinovial mayedə və qan plazmasında sərbəst aminturşuların və zülal fraksiyalarının dəyişmə dinamikasının öyrənilməsi və diaqnostik-terapevtik məqsədlə tətbiqi” Layihənin dəyəri: 60.000 manat.
Layihə rəhbəri: prof. Gülnarə Əzizova
1. Azərbaycan Tibb Universiteti, Böyük Elmi Şuranın üzvü
2. Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə Fakültəsinin Elmi Şurasının üzvü
3. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası, Təbiət elmləri şöbəsində ekspert şura üzvü
4. Biokimyaçılar Cəmiyyətinin üzvü
5. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və Aqrar elmlər üzrə Ekspert Şurasının üzvü
6. Tələbə Qəbulu üzrə Dövlət Komisiyyasının biokimya üzrə rezidentura şöbəsinin eksperti
7. Azərbaycan Tibb Universitetinin appelyasiya komissiyasının sədri
8. Türk dövlətləri biokimyaçılar cəmiyyətinin həmtəsisçisi
MAQİSTR
1. 2022-2024 - Həsənova Humay “Osteoporoz zamanı spesifik sümük-qığırdaq biomarkerlərinin təyini”. Bakı
TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU
1. 2018-2023 - Nailə Həsənova “Sınıqla müşayiət olunan osteoporozlu xəstələrin sümük və qığırdaq metabolizmində zülal və peptid təbiətli tənzimləyicilərin rolu”. Bakı
2. 2017-davam edir - Həmidova Gülnarə “Böyük
3, 2021-davam edir - Müseyibova Ayla “Postmenopauzal osteoporoz və osteoartroz zamanı sümük-qığırdaq metabolizminin biokimyəvi xüsusiyyətləri”. Bakı
4. 2022-davam edir - Qənbərova Səadət “Neoplastik proseslərdə metalloproteinazaların və onların inhibitorlarının biokimyəvi tədqiqi”. Bakı
5. 2022 - Məmmədxanova Fəridə “Qalxanabənzər vəzinin disfunksiyası zamanı biokiməvi və oksidativ stress biomarkerlərinin müqayisəli öyrənilməsi”. Bakı
6. 2023-davam edir - Hacıyeva Ülkər “Metabolik sınan osteoartrozlu xəstələrdə adiposit mənşəli hormonların sümük və qığırdaq metabolizminə təsiri”. Bakı
BİOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
1. 2019-davam edir - Şəfiyeva Gülafət “Gənclərdə emosional dəyişikliklərə təsir göstərən biokimyəvi markerləri müqayisəli qiymətləndirilməsi”. Bakı
2. 2022-2024 - Kərimova Leyla “Süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi”. Bakı
3. Həsənova Humay “Kardiovaskulyar patalogiyalar zamanı bəzi adipokinlərin yeni funksional iltihab markerləri kimi öyrənilməsi"
BİOLOGİYA ÜZRƏ ELMLƏR DOKTORU -- Elmi məsləhətçi
1. 2018-davam edir - Əliyev Əli “Anemiya sindromu ilə müşayiət olunan xəstələrdə dəmir mübadiləsi zülallarının proqnostik əhəmiyyəti”. Bakı
2. 2021-davam edir - Dadaşova Arzu “İrsi və qazanılmış qan xəstəlikləri zamanı C677T metilenfolatreduktaza geninin genetik polimorfizminin oksidativ stress ilə qarşılıqlı əlaqəsi”. Bakı