
Əsgərova T.Ə. 1977-ci ildə indiki Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. O, 1969-1977-ci illərdə Azərbaycan Tibb Universitetinin fakültativ pediatriya kafedrasında laborant işləmişdir.
1977-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiya Institutunda işləmişdir. 1990-cı ildə Moskva şəhərində Rusiya Federasiyasının Hematologiya Institutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildən Azərbaycan Tibb Universitetinin bioloji kimya kafedrası üzrə elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifəsində, 2012-ci ildən bioloji kimya kafedrasına professor vəzifəsində çalışır.
T.Ə.Əsgərovaya “Struktur-anomal hemoqlobinlərin təyini” kəşfinə görə SSRİ Dövlət Komitesi tərəfindən həqiqi müəllif şəhadətnaməsi verilmişdir.
O, ilk dəfə olaraq, Azərbaycan Respublikasında gənclərin genetik pasportunu hazırlamışdır. Azərbaycan Respublikasında irsi xəstəliklərin kütləvi və biokimyəvi üsulla təyini metodlarını müəyyən etmişdir. Onun yeni doğulmuş uşaqlarda
2003-cü ildə «Azərbaycan Respublikasında hemoxromatoz» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Dövrü və xarici mətbuatda dərc olunmuş 300 elmi əsərin, o cümlədən 3 kitab, 4 broşura, 1 metodik tövsiyə və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. T.Ə.Əsgərova dəfələrlə xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə öz elmi işləri ilə çıxış etmişdir.
T.Ə.Əsgərovanın apardığı mühazirələr və laboratoriya məşqələləri kafedra iclaslarında dəfələrlə müzakirə olunaraq müsbət qiymətləndirilmişdir. O, həm elmi, həm də praktiki cəhətdən hazırlıqlıdır. T.Ə.Əsgərova əməksevərliyi, işinə ciddi yanaşması ilə biokimya kafedrasının əməkdaşlarının dərin hörmətini qazanmışdır.
1969-1977 - ATU - fakültativ pediatriya kafedrası - laborant
1977-1997 - AMEA - Molekulyar Biologiya və Biotexnologiya Institutu - aparıcı elmi işçi
2012-ci idən - ATU - bioloji kimya kafedrası - professor
1972-1977 - Ali təhsil - Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
1985-1988 - Aspirantura - AMEA-nın Molekulyar Biologiya İnstitutu, Bakı, Azərbaycan
1990-2003 - Doktorantura - AMEA-nın Molekulyar Biologiya İnstitutu, Bakı, Azərbaycan
1. “Struktur-anomal hemoqlobinlərin təyini” kəşfinə görə SSRİ Dövlət Komitesi tərəfindən həqiqi müəllif şəhadətnaməsi
2. 2005 - İlk dəfə olaraq, Azərbaycan Respublikasında gənclərin genetik pasportunu hazırlamışdır (Bakı)
3. İlk dəfə olaraq, Azərbaycan Respublikasında irsi xəstəliklərin kütləvi və biokimyəvi üsulla təyini metodlarını müəyyən etmişdir
4. 2023 - İlk dəfə olaraq, Reproduktiv sağlamlıqda baş verən patoloji halların genetik aspektləri. Spontan abortlar və dölün bətndaxili ölümü haqqında araşdırmalar aparmışdır (Bakı)
5. 2023 - İlk dəfə olaraq, İrsi kallogenozlar haqqında geniş araşdırmalar aparmışdır (Bakı)
6. Yeni doğulmuş uşaqlarda
1. 5-11 iyun 1985 – Tibbi genetikanın aktual məsələləri, Moskva
2. 19-21 sentyabr 2014 - Qohum nigahlar və irsi xəstəliklər; Bakı
1. Struktur-anomal hemoqlobinlər;
2. İrsi xəstəliklərin kütləvi və biokimyəvi üsulla təyini;
3. Reproduktiv sağlamlıqda baş verən patoloji halların genetik aspektləri. Spontan abortlar və dölün bətndaxili ölümü;
4. İrsi kallogenozlar;
5. Qan xəstəlikləri və irsi xəstəliklərin diaqnostikası;
6. Dəmir mübadiləsinin pozulmasının biokimyəvi mexanizmlərinin öyrənilməsi.
1. Аскерова Т.А., Дадашова Т.С., Багиров Э.К. Методы выявления β-талассемии у новорожденных. Методические рекомендации. Баку, 1996, с. 136.
2. Ягубова В.И., Аскерова Т.А. Установление дифференциально-диагностических критерий гетерозиготной b-талассемии с помощью исследования β-глобиновых цепей. Dərslik. Там же., с. 64-66.
3. Алиева Ф.К., Аскерова Т.А., Джавадов С.А. Генетический скрининг для диагностики и прогнозирования наследственных заболеваний крови. metod. göstəriş. Баку, 2000, 40 s.
4. Аскерова Т.А. Справочник по генетическим болезням обмена. Dərslik. Баку, 2006, 80 s.
5. Əsgərova T.Ə. İrsi xəstəliklərin kütləvi və biokimyəvi üsulla təyini (laboratoriya məşğələləri üçün dərs vəsaiti) Bakı, 2014. 130 s.
6. Аскерова Т.А. Гемохроматоз в Азербайджанской Республике. Kitab. Издательство «Lambert» Баку, 2018, 257 с.
1. Askarova T. Different genetic forms of hereditary hemochromatosis in Azerbaijan population // ATU-da “İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf perspektivləri” mövzusunda I beynəlxalq konfransın materialları. Bakı, 30-31 may 2020, s. 83-84.
2. Аскерова Т.А., Гусейнова А.Т., Мухамедли Н.Р. Ранняя диагностика наследственного гемохроматоза среди новорожденных // Osterreichisches Multiscience Journal, 2021, № 39, p. 24-27
3. Аскерова Т.А., Мамедова К.М., Османов Х.М. Скрининг на врожденный гипотиреоз в Aзербайджанской Pеспублике // «Наука и образование: Актуальные вопросы, достижения и инновации в медицине» Сборник научных трудов. Международная онлайн-конференция, Ташкент, Узбекистан, 16 апреля 2021. c. 505-508.
4. Əsgərova T.Ə., Həsənzadə N.Ç., Qafarov İ.A. Transfuzion asılılığı olan b-talassemiyalı uşaq orqanizminin dəmirlə yüklənməsi zamanı qanda ferritinin səviyyəsi // Azərbaycan Tibb Jurnalı, 2022, № 1, 32-37.
5. Аскерова Т.А., Гaсанова Ш.И., Кулиева С.Р. Новые возможности в диагностике железодефицитных анемий с помощью определения гепсидина // Azərbaycan Respublikasında “Şuşa ili”nə həsr olunmuş “Təbabətin aktual problemləri-2022” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans materialları. 24-25 may 2022, Bakı, с. 337.
6. Аскерова Т.А., Гасанзаде Н.Ч., Гафаров И.А. Уровень ферритина в крови при перегрузке организма железом детей с трансфузионно-зависимой
7. Аскерова Т.А., Гулиева Ф.Э. Синдром «кошачьего крика» // Ümummilli lider H.Əliyevin anadan olmasının 100-illik yubileyinə həsr olunmuş konfransın materialları. Bakı, 2023, s. 152.
8. Əsgərova T.Ə. Birləşdirici toxumanın irsi displaziyasının Azərbaycan Respublikasının rayonları üzrə paylanması //Ümummilli lider H.Əliyevin anadan olmasının 100-illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqresin materailları. Bakı, 2023, s.346.
9. Əsgərova T.Ə., Əfəndiyeva G.M., Rəhimli K.M., Novruzov E.A. Yenidoğulmuşlar arasında birləşdirici toxumanın displaziyasının postnatal Diaqnostikasında oksiprolinin rolu // “1st International Azerbaijan Laboratory Medicine Congress H.Aliyev 100. Azerbaijan Journal of laboratory medicine, Baku, Azerbaijan 3-5 may 2023, s. 192-193
10. Əsgərova T.Ə., Həsənova Ş.İ. Birləşdirici toxumanin irsi displaziyası zamanı mikroelementlərin miqdarının dəyişilməsi // “Biokimya və təbabətin aktual problemləri” prof. A.M. Əfəndiyevin 80-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materailları. Bakı, 2023, s. 42.
11. Əsgərova T.Ə., Rəhimli K.M., Şahverdiyeva İ.C., Əfəndiyeva G.M. Neonatal dövrdə tiroid hormonlarının skrininqi və biokimyəvi xüsusiyyətləri // “Biokimya və təbabətin aktual problemləri” prof A.M. Əfəndiyevin 80-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materailları. Bakı, 2023, s. 43.
12. Əşrəfov K., Əsgərova T.Ə. Birləşdirici toxumanın displaziyası olan xəstələrdə sərbəst oksiprolinin yaş həddindən asılı olaraq dəyişilməsi // “Düşüncədən elmi uğura doğru” İctimai Səhiyyə fakültəsinini XLVI Tələbə elmi konfrasının materiallarının toplusu, Bakı, 2023, s. 33-34.
13. Nəzərova G.E., Əsgərova T.Ə. Azoospermiyali şəxslərin qan serumunda follikul stimuləedici hormonun əsas xarakteristikası // “Biokimya və təbabətin aktual problemləri” prof A.M. Əfəndiyevin 80-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materailları. Bakı, 2023, s. 87-88.
14. Şükürlü A., Əsgərova T.Ə. Dəmir mübdiləsi pozulması qaraciyər sorrozunun yaranma səbəblərində biri kimi // Təbiət və elm. Beynəlxalq elm jurnalı. İF: 2.101. 2023, cild 5, sayı 11, s. 12-17. İSSN: 2707-1146.
15. Şükürlü A.Ş., Əsgərova T.Ə. Dəmir mübadiləsinin pozulmasi ilə müşayiət edilən irsi və ikincili xəstəliklər // “Biokimya və təbabətin aktual problemləri” prof. A.M. Əfəndiyevin 80-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materailları. Bakı, 2023,s. 95
16. Şükürova Z., Əsgərova T.Ə. Yenidoğulmuş uşaqların göbək qanında izoelektrofokuslaşma metodu ilə oraqvari anemiyaların təyini // Elmin gücü ilə yaşıl gələcəyı! İctimai səhiyyə fakültəsinin XLVII tələbə elmi konfransının materiallarının toplusu. Bakı, 2024, s. 25.
17. Əsgərova T.Ə. Hemoqlobinopatiyaların yenidoğulmuş uşaqların göbək qanında izoelektrofokuslaşma üsulu ilə təyini // Azerbaijan Journal of Laboratory Medicine. Bakı, 2024, s. 98.
18. Əsgərova T.Ə., Əbilova R.Q., Məhəmmədli N.R. Yenidoğulmuşların göbək qanında qlutationreduktaza fermentinin aktivliyi // Ə.M.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi. Bakı, 2024, s. 150-153.
1. ATU-nun Tibbi-biologiya və tibbi-profilaktika fakültəsinin Elmi şurasının üzvü;
2. ATU-nun Problem Komissiyasının üzvü;
3. ATU-nun müdafiəyə qədər Elmi Şurasının sədr müavini.
MAGİSTR
1. 2024 - Şükürlü Aytac “Dəmir mübadiləsi pozulması qaraciyər sirrozunun yaranma səbəblərindən biri kimi” Bakı
2. 2023-davam edir - Piriyeva Nübar “I və II tip şəkərli diabet zamanı qlikozilləşmiş Hb müqayisəli təhlili” Bakı
3. 2024-davam edir - Qədirli Həbibə “Revmotizm və irsi kollagenozları olan uşaqların biokimyəvi göstəricilərinin xüsusiyyətləri” Bakı
TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU
1. 1998 - Talıbova Müjgan “Dəmir mübadiləsi pozğunluğu olan xəstələrdə ürək zədələnməsinin gedişinin xüsusiyyətləri” Bakı
2. 2016 - Yaqut Hüseynli “Fenilketonuriyalı yenidoğulmuşlarda fenilalanin mübadiləsinin biokimyəvi xüsusiyyətləri” Bakı
3. 2023 - Həsənzadə Nazənin “Hemoqlobino-enzimopatiyaların müxtəlif kliniki və genetik formalarında dəmir mübadiləsi göstəricilərinin polimorfizminin tədqiqi” Bakı
4. 2024 - Nəzərova Günay “Azərbaycanda idiopatik kişi sonsuzluğunda bəzi biokimyəvi göstəricilər ilə kariotip arasında əlaqənin müqayisəli tədqiqi” Bakı
BİOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
1. 2014 - Vəliyeva Gülnarə “Yenidoğulmuşlar arasında qlükoza-6-fosfatdehidrogenaza və qlutationreduktaza fermentlərinin biokimyəvi polimorfizmi və genetik heterogenliyi” Bakı