
Səfərəliyeva Afaq Rüstəm qızı 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutundan məzun olduqdan sonra “Ana və uşaq mühafizəsi” Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1977-ci ildə Moskva şəhərində Ümumittifaq Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib, tibb elmləri namizədi elmi dərəcəsi almışdır.
1982-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunda III Mamalıq-ginekologiya kafedrasında assistent, 2006-ci ildən isə dosent vəzifəsində çalışır. 2011-ci ildən bu günə kimi I Mamalıq-ginekologiya kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir. İşlədiyi dövrdə özünü ixtisaslı həkim və müəllim kimi göstərmişdir. A.Səfərəliyeva kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat işlərində fəal iştirak edir.
A.Səfərəliyeva sözügedən kafedranın yerləşdiyi Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Mama-ginekologiya şöbəsində çalışır və poliklinikada konsultativ saatlar apararaq, səhiyyə təşkilatına praktiki kömək göstərir, habeləgənc kadrların yetişməsində fəal iştirak edir. A.Səfərəliyeva 90-a gədər elmi məqalə və tezislərin, habelə 11 metodik tövsiyyənin və tədris vəsaitinin, Ali Tibb bacıları fakültəsi üçün 4 tədris proqramının müəllifidir.
A.Səfərəliyevanın son 5 il ərzində müxtəlif nəşriyyatlarda 30-a qədər elmi işi dərc edilib. A.Səfərəliyeva hazırda müvafiq kafedrada aparılan “Reproduktiv sağlamlığa təsiredən mamalıq, ekstragenital və ginekoloji xəstəliklərin müasir diaqnostikası və korreksiya üsullarının tədbiqinin əhəmiyyəti” elmi-tədqiqat işinin “Bakı şəhərində tələbə qızların reproduktiv sisteminin xüsusiyyətləri” bölməsi üzərində çalışır. A.Səfərəliyeva mütəmadi olaraq elmi komfranslarda iştirak edir, Universitet və kafedranın işlərinə əhəmiyyətli tövhə verir.
Azərbaycan Tibb Universiteti * 1982-2006-cı illər
AzərbaycanTibbUniversiteti * 2006- hal-hazıra qədər
Müalicə-profilaktikafakültəsi / AzərbaycanTibbUniversiteti *1965-1971-ci illər
Tibb üzrə fəlsəfə doktoru, dosent
ATU-nun I Mamalıq və Ginekologiya kafedrasının Elmi işlər üzrə məsul şəxs 1996-2000
I Mamalıq və Ginekologiya kafedrasının TƏDRİS PROQRAMIN (2016-2021) həmmüəllifidir
2009-2015ci il 3215.01 “Mamalıq və Ginekologiya” ixtisası üzrə Elmi Seminarın üzvü olmuşdur.
Ali məktəbin pedaqogikası Pedoqoji ünsiyyət Ə.Əliyev adına ADHTİ *2022
Mütamadi olaraq azərbaycanda və xaricdə keçirilən konfranslarda, təlimlərə aktiv iştirak edir.
Mamalıq və ginekologiyada endokrinoloji problemlər Ə.Əliyev adına ADHTİ *2025
Qızlarda cinsi inkişafın pozulması (dərs vəsaiti, Bakı 2006)
Uşaqlığın mioması klinika, diaqnostika və müalicəsi (metodik tövsiyə) Bakı, 2007
ATB üçün MAMA-GİNEKOLOGİYA FƏNNİ ÜZRƏ PEŞƏ BACARIQLARI BAKI – 2020
ATB üçün MAMA-GİNEKOLOGİYA FƏNNİ ÜZRƏ TƏDRİS PROQRAMI BAKI – 2020
ATB üçün MAMA-GİNEKOLOGİYA FƏNNİ ÜZRƏ Fizioterapiya ixtisası üçün TƏDRİS PROQRAMI BAKI – 2020
ATB üçün MAMA-GİNEKOLOGİYA FƏNNİ ÜZRƏ Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması üçün TƏDRİS PROQRAMIBAKI-2020