Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Bağırova Aliyə Musa qızı, 2004-cü ildə Azərbaycan Tibb Universitetinin I müalicə - profilaktika fakultəsini bitirib. 2005-ci ildən III mamalıq-ginekologiya kafedrasında baş laborant vəzifəsində çalışır. Bu illər ərzində Bağırova A.M. özünün işgüzarlığına, nəzəri və elmi hazırlığına görə kafedranın kollektivi arasında xüsusi hörmət qazanmışdır. 2020-ci ildən hal-hazıradək   assistent vəzifəsində çalışır.2009-cü ildən kafedranın müdiri, tibb elmləri doktoru, professor, E.M.Əliyevanın rəhbərliyi altında "Bakı şəhəri şəraitində tələbə qızların reproduktiv sisteminin xüsusiyyətləri" mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işi üzərində çalışmışdır.Kafedrada işlədiyi müddətdə A.M.Bağırova bütün ictimai işlərdə fəal iştirak etmişdir. A.M.Bağırova özünə qarşı yüksək tələbkarlıqla və iş yoldaşlarına hörmətlə yanaşır. Prinsipialdır, xeyirxahdır, həyatda təmkinlidir. A.M.Bağırovanın mamalıq və ginekologiya fənni üzrə praktik dərsləri azərbaycan dilində tədris edir. Kafedranın və Universitetin içtimai işlərində fəal iştirak edir.Kafedranın, universitetin, işlədiyi Tədris Cərrahiyyə Klinikasının elmi-praktik seminarlarında, konfranslarda fəal iştirak edir.20-dən çox tezis və məqalə, ixtisası üzrə müxtəlif səviyyəli elmi konfransların iştirakçısı olub, çoxsaylı sertifikatlara malikdir.

Akademik fəaliyyət

Baş laborant 2005-2020-ci illər;

Assistent  2020-ci ildən hal-hazıradək.

Təhsil

Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsi. 1998-2004-cü illər.

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru 2016-ci il.

Peşə və pedaqoji inkişaf

Mamalıq və ginekologiyada endokrinoloji problemlər Ə.Əliyev adına ADHTİ *2025

Elmi araşdırma sahəsi

2016-ci ildə “Bakı şəhəri şəraitində tələbə qızların reproduktiv sisteminin xüsusiyyətləri” mövzusunda elmi iş müdafiə edib