Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Zemfira Şahnəzər qızı Məmmədova 1975-ci ildə isə SSRİ-nin 50-illiyi adına Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) daxil olub, 1980-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1983-cü ildən M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun (indiki Neft Akademiyası) Xarici dillər kafedrasında baş laborant, 1989-cu ildən 2002-ci ilə qədər müəllim vəzifəsində çalışmışdır.

2002-ci ildən  Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasına kafedra müdiri vəzifəsinə təyin olunmuş və hal-hazırda həmin vəzifədə çalışır.

İngilis, rus və türk dillərini sərbəst bilir.

Ofis proqramlarından Word proqramında işləməyi bacarır.

1987-ci ildə “Azərbaycan dilində kosmonavtika terminologiyası (Azərbaycan və ingilis dilləri üzrə)” mövzusunda namizədlik işini müdafiə edərək AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 12 fevral 1987-ci il tarixli (protokol № 6) qərarı ilə filologiya elmləri namizədi elmi dərəcəsi verilmişdir.

Ali Attestasiya Komissiyası tərəfindən 23 dekabr 2003-cü il tarixli (protokol № 39-k) qərarı ilə Xarici dillər kafedrası üzrə dosent elmi adı verilmişdir.

2012-ci ildə “Bədii əsərlərdə personaj nitqinin xarakteroloji xüsusiyyətləri” mövzusunda doktorluq işini müdafiə edərək Ali Attestasiya Komissiyası tərəfindən 2 mart 2012-ci il tarixili (protokol № 04-r) qərarı ilə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Ali Attestasiya Komissiyası tərəfindən 17 fevral 2017-ci il tarixli (protokol № 02-r) qərarı ilə Xarici dillər kafedrası üzrə professor elmi adı verilmişdir.

2006-cı ildə Milli Elmlər Akademiyasının Koordinasiya Şurasına üzv seçilmişdir.

Hal-hazırda Azərbaycan Dillər Universitetinin Seminar-Müdafiə Şurasının üzvüdür.

1 oktyabr 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının prezidentinin 2021-ci il 9 aprel tarixli 2571 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adını almışdır.

3 dərslik, 2 dərs vəsaiti, 2 monoqrafiya, 1 metodik tövsiyyə, 1 proqram, 1 lüğət, 1 proqram, 7 tezis və 46-dan artıq elmi məqalənin müəllifidir.

Ümumilikdə 40, Azərbaycan Tibb Universitetində isə 21 il iş stajı var.

 

Akademik fəaliyyət

2023-cü ildən Azərbaycan Dillər Universitetinin Seminar-Müdafiə Şurasının üzvü

2017-ci ildən hal-hazıradək professor / Azərbaycan Tibb Universiteti

2012-ci ildən filologiya üzrə elmlər doktoru / Azərbaycan

Tibb Universiteti

2006-cı ildən Milli Elmlər Akademiyasının Koordinasiya Şurasının üzvü

2003-cü ildən dosent / Azərbaycan Tibb Universiteti

1987-ci ildən filologiya elmləri namizədi / Neft Akademiyası

Nailiyyətlər (adlar)

2008

“Azərbaycan Həqiqətləri” və “Press Azərbaycan” qəzetləri tərəfindən “Jurnalistlərin dostu” fəxri media diplomun

“Orta Təhsil” elmi-təhsil jurnal redaksiyasının təsis etdiyi “Gələcəyin Qurucusu” fəxri diplomu

“Parlamentin Səsi” qəzeti tərəfindən Qızıl Buta Müstəqil Milli Mükafatı adlı diplomu

“Səda” informasiya agentliyi tərəfindən “İlin Vətənpərvər Xanımı” medalı

2010

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı

2021

Azərbaycan Respublikasının prezidentinin 2021-ci il 9 aprel tarixli 2571 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim”fəxri adı

Peşə və pedaqoji inkişaf

2020

“APTİS” - müəllimlər üçün təlim, Azərbaycan

Kitab

Therapy, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, ATU Nəşriyyat-Poliqrafiya şöbəsi, Bakı, 2003, 53 səh. Metodik tövsiyə

Bədii mətndə xarakteroloji nitq, “Elm” nəşriyyatı, Bakı, 2008, 180 səh. Monoqrafiya

Bədii dildə xarakteroloji nitqin linqvistik təhlili, “Elm” nəşriyyatı, Bakı, 2011, 244 səh. Monoqrafiya

İngilis, rus və Azərbaycanca danışıq nitqinin intensiv təlimi üzrə dərs vəsaiti, “Elm və Təhsil” nəşriyyatı, Bakı, 2015, 462 səh. Dərs vəsaiti

English for medical students (tibb tələbələri üçün ingilis dili dərsliyi), “Elm və Təhsil” nəşriyyatı, Bakı, 2015, 372 səh. Dərslik

Учебно-практический материал по русскому языку при обучении научному стилю речи студентов медиков, “Təbib” nəşriyyatı, Bakı, 2016, 130 səh. Dərs vəsaiti

Məqalə
  1. dosent, f.e.n., kafedra müdiri Z.Ş.Məmmədova “Bədii əsərdə personaj nitqinin fonetik üslubiyyatı”, Tezis, Gənc tədqiqatçıların ümumrespublika elmi konfransı, Qafqaz Universiteti, Bakı, 2010, səh. 527-528.
  2. dosent, f.e.n., kafedra mudiri Z.Ş.Məmmədova “Ədəbi-bədii portretin yaradılmasında onomastikanın rolu”, Tezis, Beynəlxalq elmi konfransın materialları. Mədəniyyətlər-arası dialoq, linqvistik, pedaqoji və ədəbi aspektlət. (25-27 noyabr), Azərbaycan Dillər Universiteti, Bakı, 2010, səh. 257-259.
  3. dosent, f.e.d., kafedra müdiri Z.Ş.Məmmədova “Nitqin psixoloji və linqvistik strukturu”, Filologiya məsələləri № 3, Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2014, səh. 79-85.
  4. professor Z.Ş.Məmmədova “Engilish for medical students (tibb tələbələri üçün ingilis dili dərsliyi)”, “Elm və Təhsil” nəşriyyatı, Bakı, 2015, s. 372.
  5. professor Z.Ş.Məmmədova, baş müəlllim T.M.Hüseynova “İngils, rus və Azərbaycanca danışıq nitqinin intensiv təlimi üzrə dərs vəsaiti”, “Elm və Təhsil” nəşriyyatı, Bakı, 2015, s. 462.
  6. professor Z.Ş.Məmmədova “Программа по русскому языку как иностранному (для студентов Медицинского Университета)”, “Elm və Təhsil” nəşriyyatı, Bakı, 2015, s. 80.
  7. professor T.Ə.Xəlilova, professor Z.Ş.Məmmədova, baş müəllim İ.İ.Kazımova, baş müəllim S.Ə.Səmədova “Учебно-практический материал по русскому языку при обучении научному стилю речи студентов медиков”, Dərs vəsaiti, Azərbaycan Tibb Universiteti, “Təbib” nəşriyyatı, Bakı, 2016, s. 129.
  8. professor Z.Ş.Məmmədova “Multifarious variants of english language and its subvarieties”, Norwegian  Journal of Development of the International Science № 11, Vol. 2, Oslo, Norway, 2017, p. 55-57.
  9. professor Z.Ş.Məmmədova “The Problem of Teaching Russian as a Foreign Language in Turkic Speaking Audiences”, Haydar Aliyev: Çok Kültürlülük ve Hoşgördü İdeolojisi Çerçevesinde “Azerbaycan’ın Kurucusu Haydar Aliyevin Doğumunun 95. Yılı Anısına Haydar Aliyev ve Türk Dünyası” Uluslararası Sempozyum, 13-14 Nisan, Erzurum, Türkiye, 2018, səh. 212-216.
  10. professor Z.Ş.Məmmədova “İngilis dilinin tədrisi prosesində texniki vasitələrdən istifadə edilməsinin metod və üsulları”, Filologiya məsələləri № 1, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2020, səh. 157-161.
  11. professor Z.Ş.Məmmədova “O языковых взаимодействиях в сравнительно-историческом и сопоставительном аспектах”, Filologiya məsələləri № 3, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2023, səh. 10-16.
  12. professor, f.e.d. Z.Ş.Məmmədova, baş müəllim A.A.Qadaşova “Müasir ingilis dilində inkarlıq ifadə edən ədatlar və onların leksik semantik təhlili”, Filologiya məsələləri № 2, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024, səh. 10-16.
  13. professor, f.e.d. Z.Ş.Məmmədova, baş müəllim V.G.Abiyeva, müəllim A.H.Səfixanova “New methods used in teaching English grammar”, Filologiya məsələləri № 6, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024, səh. 321-327.
  14. professor, f.e.d. Z.Ş.Məmmədova, baş müəllim V.G.Abiyeva, müəllim A.H.Səfixanova “New methods in teaching English grammar”, Filologiya məsələləri № 6, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024, səh. 321-327.
  15. professor, f.e.d. Z.Ş.Məmmədova, müəllim A.H.Səfixanova “İngilis dilinin tədrisində yeni metodlardan istifadə”, Filologiya məsələləri № 1, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2025, səh. 335-340.
  16. professor, f.e.d. Z.Ş.Məmmədova, müəllim A.H.Səfixanova “Cəmiyyətdə təfəkkürün inkişaf etdirilməsində dillərin rolu”, Filologiya məsələləri № 4, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2025, səh. 191-195.
  17. professor, f.e.d. Z.Ş.Məmmədova, müəllim Ş.Y.Məmmədova “İngilis dilinin tədrisində müxtəlif metodlardan istifadə qaydaları”, Filologiya məsələləri № 4, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2025, səh. 306-310.
  18. professor, f.e.d. Z.Ş.Məmmədova, müəllim Ş.Y.Məmmədova “Müasir ingilis dilində mürəkkəb tamamlıq, onların sintaktik və semantik xüsusiyyətləri”, Filologiya məsələləri № 5, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2025, səh. 201-205
Üzv olduğu qurum

YAP- Yeni Azərbaycan Partiyası