Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

İradə İbrahimova Rza qızı ingilis və fransız dilləri müəllimidir. 1977–1982-ci illərdə Bakı şəhərində yerləşən, SSRI-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) “İngilis və fransız dilləri müəllimi” ixtisası üzrə ali təhsil almışdır. Pedaqoji fəaliyyətinə 1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasında saat hesabı müəllim kimi başlamışdır. 1994-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasında müəllim vəzifəsində çalışır. Uzun illərin pedaqoji təcrübəsinə malik olan İradə İbrahimova xarici dillərin tədrisi sahəsində peşəkar fəaliyyəti, tələbələrlə səmərəli işi və tədris prosesinə məsuliyyətli yanaşması ilə seçilir. Hazırda Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasında baş müəllim vəzifəsində fəaliyyətini davam etdirir

Məqalə

1.Ədəbi ingilis dilinin yaranma tarixi haqqında

İbrahimova İ.R. – ADU, Elmi Xəbərlər, №1, Bakı, 2004, s. 168–171.

2.The Historical Origin of American Lexicography

İbrahimova İ.R. – ADU, Elmi Xəbərlər, №1, Bakı, 2009, s. 162–166.

3.The Historical Origin of English Lexicography

İbrahimova İ.R. – ADU, Elmi Xəbərlər, №2, Bakı, 2008, s. 135–140.

4.Dialektik, etimoloji və ideoqrafik lüğətlər

İbrahimova İ.R. – ADPU, Elmi Xəbərlər, №1, Bakı, 2014, s. 265–268.

5.Dahi Ulu Öndərimiz H. Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş məqalə

İbrahimova İ.R. – ATU, “Təbib” qəzeti, 30 aprel 2013, s. 4.